Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...
Tarix: 1-10-2024, 09:26 | Çap et
 Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı baş tutub. Abidənin açılışından sonra sosial mediada paylaşılan fotoları isə həm də tənqidlərə yol açıb. Paylaşımlarda hazırlanmış abidədə Aşıq Ələsgərin obrazının daha balacaboy təəssüratı yaradıldığı, eyni zamanda onun sazı tutma tərzi tənqid olunub.
Mövzu ilə bağlı Kult.az-a münasibət bildirən Aşıq Ələsgərin abidəsinin müəllifi, xalq rəssamı Natiq Əliyev bildirib ki, heykəlin boyu barəsində münasibət bildirənlər realda heç onu görməyiblər.
“Heykəlin 4 metr hündürlüyü var. Mən Aşıq Ələsgərin heykəlini hazırlayarkən bilirdim ki, onun boyu 210 sm olub”, - xalq rəssamı bildirib.
O, müəllifi olduğu heykəldə sazın o cür təsvir edilməsinin də izahını verib:
“Biz burada təkcə heykəl hazırlamırıq. Aşıq Ələsgər sadəcə toylarda saz ifa edən aşıqlardan deyil. O, filosof, şair olub, torpağından didərgin düşən bir sənətkardır, yurd-yuvasına qayıtmaq üçün hayqırır. Aşığın orada qəbri dağıdılıb, Bakıda sazı sinəsinə basıb, saz çalıb, mahnı oxumalı idi? Bir növ hayqırır ki, torpaqlarımıza qayıtmalıyıq. Şükür Allaha ki, rəşadətli Ordumuzun qanı hesabına, cənab Prezidentin rəhbərliyiylə torpaqlarımız qayıtdı. Bu fonda Aşıq Ələsgərin heykəli də hayqıran obrazdır. Bundan əlavə, Qazaxda Ağköynək qəbiristanlığında Aşıq Ədalətin heykəlini də mən hazırlamışam. Aşıq Ədalət sazı necə çalırdı, hara qaldırırdı? Bunu təkcə Aşıq Ədalət yox, çox aşıq edirdi. Ekstaza gələndə saz başın üstünə kimi qalxır. Bu, ona verilən dəyərdir. Tar, gitara kimi ifa edənlər də var. Ancaq eyni stereotip olmalı, sazı sinəsinə basmalıdırlar? Aşıq Ələsgərin şəkli var ki, orada sazı dizinin üzərinə qoyub çalır. Həmin foto əsasında heykəli hazırlasaydım, onda nə deyəcəkdilər? O şəkli nəticəsi çəkib”.
Öncədən bütün detalları öyrəndiyini bildirən müəllif vurğulayıb ki, abidənin ərsəyə gəlməsində yazılı təsvirlərdən istifadə edib:
“Məsələyə olduqca dar çərçivədən baxılır. Obraz necə olmalı idi? Qayanın üzərində aşığın şeirləri əks olunub, həyatından epizodlar qeyd edilib - bunlara heç kim baxmayıb, oxumayıb. Eləcə kiminsə çəkdiyi, sosial şəbəkədən yaydığı fotoya baxmaqla hərə bir fikir yürüdür. Bu, düzgün deyil. 3 ildir həmin abidə üzərində işləyirəm. Yazılı portretlər var, orada qeyd olunur ki, Aşıq Ələsgər hansı görkəmdədir, qulağının quruluşu, gözü, üz cizgiləri necə olub. Həmin yazılı mənbədə təsvir edildikcə, rəssam da onu gözündə canlandırır. Bu vaxta kimi Aşıq Ələsgərin portretini Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev kimi rəssamlar çəkib. Bütün çəkilən əsərlərə nəzər yetirmişəm, araşdırmışam. Əsasən isə Aşıq Ələsgərin şagirdinin onun obrazı haqqında qeydlərini rəhbər tutmuşam. Bundan əlavə, sənətkarın nəticələri sağdır. Onlar gəlib mənim emalatxanama baxıblar. Deyiblər ki, biz elə bunun çox arzusunda idik. Heykəltaraşın bunu necə təsvir edəcəyini düşünürdük. Heykəli belə də görmək istəyirdik”.
O qeyd edib ki, abidənin layihəsi əvvəlcə Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə ekspert komissiyasının rəyini alır:
“Rəssamlar, peşəkar memarlar, heykəltəraşlar buna baxırlar. İki dəfə müsabiqə keçirilib. Birinci müsabiqədə qalib olmadı. İkinci müsabiqənin qalibi seçildikdən sonra isə layihə mənə tapşırıldı. İş asanlıqla həvalə olunmur ki! Bizdə ümumiyyətlə işin yaxşı tərəfi qalır bir tərəfdə, tənqid etməyə fokuslanırlar. Nə qədər istəyirlər, danışsınlar, mən bilirəm ki, nə etmişəm. Açılışda dövlət başçısı iştirak edib, layiqli qiymətini verib. Mənə təsir edən insanların gəlib işi görmədən, foto üzərindən onu qiymətləndirməsidir. Bu, tənqiddən çox, qarayaxmaya bənzəyir. İllərdir gözlənilən bir layihədir. Çox heyif ki, abidənin çoxşaxəliliyi, üzərində qeyd etdiyim geniş informasiyanı, ötürdüyüm mesajı işıqlandıra bilmirlər. Bu abidə hazırda bizə çox lazımdır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Bu gün, 13:15 |
|
|
|
| • Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Bu gün, 13:10 |
|
|
|
| • İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Bu gün, 13:08 |
|
|
|
| • TƏBİB-də kadr dəyişiklikləri davam edir - BU DƏFƏ...
Bu gün, 13:06 |
|
|
|
| • Nazir regional idarə rəislərinin yerini dəyişdi - BUNDAN SONRA...
Bu gün, 13:03 |
|
|
|
| • Baş həkim öz istəyi ilə işdən çıxarıldı - ƏMR
Bu gün, 13:02 |
|
|
|
| • Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
Bu gün, 12:59 |
|
|
|
| • AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib - FOTO
Bu gün, 12:57 |
|
|
|
| • Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib - FOTO
Bu gün, 12:53 |
|
|
|
| • İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
Bu gün, 12:47 |
|
|
|
| • Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Bu gün, 12:40 |
|
|
|
| • Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək - Paşinyan
Bu gün, 12:37 |
|
|
|
| • Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü
Bu gün, 12:28 |
|
|
|
| • Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
Bu gün, 12:25 |
|
|
|
| • Ermənistanda hərbçinin meyiti aşkarlanıb - “Armenpress”
Bu gün, 12:22 |
|
|
|
| • RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU - Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir
Bu gün, 12:21 |
|
|
|
| • Putini Ermənistandan rədd edəcəyik - Babacanyan
Bu gün, 12:18 |
|
|
|
| • "CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" - İsa Qəmbər
Bu gün, 12:11 |
|
|
|
| • Nazirdən QƏRAR - Yeni qadağalar başladı
Bu gün, 12:10 |
|
|
|
| • Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi - ƏMR
Bu gün, 12:04 |
|
|
|
| • Gecikmiş maaş iddiaları ilə bağlı “Space” TV-dən AÇIQLAMA
Bu gün, 11:49 |
|
|
|
| • Amansız qətl törədən böyük biznes sahibinə böyük bəraət – Öldürülən qadının yaxınları etiraz edir
Bu gün, 11:46 |
|
|
|
| • “Sürücü yola yox, xətlərə baxır” – Professor AYNA-nı tənqid etdi
Bu gün, 11:43 |
|
|
|
| • TƏBİB-ə yeni təyinat - BU GÜNDƏN...
Bu gün, 11:37 |
|
|
|
| • 165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT - "Çıxarış yoxdur deyə..."
Bu gün, 11:33 |
|
|
|
| • Daha bir neçə separatçı evlərindən çıxarılır - KİV
Bu gün, 11:20 |
|
|
|
| • Keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib
Bu gün, 11:18 |
|
|
|
| • İbtidai təhsil sistemində təhsil mulyajlarının konveyeri - Sistemli maneələr və innovasiya imitasiyası
Bu gün, 11:17 |
|
|
|
| • Son bir ildə Mərkəzi Bankın valyuta ehtiyatları 1,6 milyard dollar artıb
Bu gün, 11:15 |
|
|
|
| • Kart ödənişləri ilə bağlı qərar verildi – Nə dəyişəcək?
Bu gün, 11:13 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqla bağlı məhkəmədə məcburi gətirilmə qərarı çıxarılıb
Bu gün, 11:12 |
|
|
|
| • “PAŞA Həyat Sığorta” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
| • DSMF-nin filial müdiri vəzifəsindən azad olundu - ƏMR
Bu gün, 11:05 |
|
|
|
| • Məişət məsələləri üzrə ekspert, feminist deputatımız - Saffari yazır…
Bu gün, 10:59 |
|
|
|
| • Əkiz övladlarını itirən aparıcı yenidən ana oldu - VİDEO
Bu gün, 10:57 |
|
|
|
| • Kəlbəcərdəki vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 10:52 |
|
|
|
| • Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxs qərardan şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 10:49 |
|
|
|
| • Tramp onu Azərbaycana səfir GÖNDƏRİR - FOTO
Bu gün, 10:48 |
|
|
|
| • BOĞAZI QURUYAN Qorçulu sakinləri... - İllərdir davam edən içməli su problemi...
Bu gün, 10:45 |
|
|
|
| • Saleh Məmmədovun kadrı şərikinin başına BELƏ OYUN AÇDI - Keçmiş AAYDA şefinin də xəbəri olub, amma...
Bu gün, 10:31 |
|
|
|
| • 1 ayın əsgərinin ölüm işi - Məhkəmədə GƏRGİN ANLAR
Bu gün, 10:20 |
|
|
|
| • Sağlam Radio 93 FM fəaliyyətə başlamasının iki ilini qeyd edir
Bu gün, 10:19 |
|
|
|
| • Eyni sertifikat, fərqli qiymət: Azərbaycanda IELTS imtahanları niyə DAHA BAHADIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
| • Fuad Çıraqov Gürcüstanda təhsil məsələləri üzrə müşavir oldu - BUNDAN SONRA...
Bu gün, 10:11 |
|
|
|
| • Rüşvət alan 19 vəzifəli şəxs qərardan narazıdırlar
Bu gün, 10:09 |
|
|
|
| • Rusiya ordusu Ukraynaya genişmiqyaslı zərbə endirib - MN
Bu gün, 10:07 |
|
|
|
| • Cənab Nəsirli də YAMAQÇILIQLA məşğuldur... - FOTOFAKT
Bu gün, 10:06 |
|
|
|
| • Ermənistan bu tarixə qədər Aİ üzvü olmayacaq - "İzvestiya"
Bu gün, 10:03 |
|
|
|
| • “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:58 |
|
|
|
| • Azərbaycanda yeni xəstəxana korpusu tikilir
Bu gün, 09:56 |
|
|
|
|