İsmayıllı kefindən yox, dərd əlindən dağlarda yerləşir... - Bu bəxtəvər niyə turizm yaylağına çevrilə bilmir?
Tarix: 9-09-2015, 09:07 | Çap et
 Bu gün biz hamımız Azərbaycanın sürətlə dünya turizm mərkəzlərindən birinə çevrilməsinin şahidiyik. Təbii ki, bu proses Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğının nəticəsi kimi təzahür etməkdədir. Bununla belə etiraf olunmalıdır ki, hazırda bölgələrdə fəaliyyət göstərən və bu sahədə sövlət siyasətinin həyata keçirilməsi xüsusunda birbaşa məsul olan qurumların heç də hamısı qarşıya qoyulan məqsədləri düzgün qiymətləndirmir. Bu xüsusda yerli mənbələrdən aldığımız məlumatlarda da təsdiq olunur ki, bəzi rayon Mədəniyyət və Turizm şöbələrinə rəhbərlik edən şəxslər öz fəaliyyətlərində büdcə vəsaitlərinin məqsədyönlü xərclənməməsi, mənimsəmələrə yol verilməsi kimi ciddi qanun pozuntularına yol verirlər. O cümlədən, redaksiyamıza daxil olan məlumatlarda İsmayıllı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasovun da öz işində yol verdiyi ciddi nöqsanlara dair bəzi açıqlamalar təqdim olunmaqdadır. Məlum olduğu kimi İsmayıllı rayonu respublikamızın ən qədim mədəniyyət və turizm mərkəzlərindən biridir. Mehranilər sülaləsinin görkəmli dövlət xadimi Cavanşirin adına qala, həmçinin Qız, Qasımxan, Niyal, Mustafaxan qalaları və digər tarixi abidələr xalqımızın qəhrəman keçmişindən xəbər verir. Bu abidələr forma zənginliyi və estetik təsir gücü ilə səciyyələnir. Bu gün İsmayıllıda 13 mədəniyyət evi, 24 klub, 60 kitabxana, 1 uşaq incəsənət məktəbi, Lahıc və Basqal tarixi mədəniyyət qoruqları, rayon və Lahıc Tarix Diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Aldığımız məlumatlarda isə vurğulanır ki, rayonda fəaliyyət göstərən bütün mədəniyyət ocaqları və turizm müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə haqq ödəməlidirlər. Əks halda isə Azər Abbasov tərəfindən ödənişdən boyun qaçıran müəssisə rəhbəri üçün ciddi problemlər yaradıla bilər. Daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitlərin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Azər Abbasov tərəfindən mənimsənilir. Bildirilir ki, bu məqsədlərlə şöbə müdiri təmir-bərpa idarəsi adı altında qeydiyyatdan keçmiş, əslində isə heç bir maddi-texniki bazası olmayan müəyyən şirkətlərlə iş birliyinə girərək, nağdlaşma üsulu ilə dövlət vəsaitlərinin mənimsənilməsinə yol açır. Daha sonra məlumatlarda bildirilir ki, son illərdə İsmayıllı şəhərində, Qaraqaya, Sumağallı kəndlərinin yaxınlığında, Mican kəndi ərazisində və digər yerlərdə çoxsaylı istirahət mərkəzləri və kompleksləri tikilib istifadəyə verilmiş, yeni turizm marşrutları müəyyənləşdirilmişdir. Azər Abbasov isə, həmin bu turizm obyektlərini, hətta turist-gəzinti marşrutlarını belə şəxsi gəlir mənbəyinə çevirmişdir. Mənbələr iddia edirlər ki, şöbə müdiri turist-gəzinti marşrutları boyunca da özünə əsil ticarət şəbəkəsi yaratmışdır. Belə ki, marşrut üzərində yerləşən xırda ticarət obyektlərində turistlərə yerli suvenirlər, xatirə hədiyyələri və sairənin satışı həyata keçirilir. Əldə olunan gəlirlərin isə, böyük bir hissəsini bu ticarətlə məşğul olanlar yenə də Azər Abbasova verməli olurlar. Digər tərəfdən də bəzi mənbələr rayonda fəaliyyət göstərən bəzi müəssisələrin ümumiyyətlə yalnız sənəd üzərində mövcud olduğunu iddia edirlər. Əldə etdiyimiz məlumatlara əsaslanaraq birmənlı şəkildə demək olar ki, bu gün Azər Abbasov bütöv bir rayonun turizm və mədəniyyət obyektlərinin sırf şəxsi məqsədləri naminə istismarı ilə məşğuldur...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
| • “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12 |
|
|
|
| • Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11 |
|
|
|
| • İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08 |
|
|
|
| • Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01 |
|
|
|
| • AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59 |
|
|
|
| • Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
| • Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40 |
|
|
|
| • TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38 |
|
|
|
| • ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34 |
|
|
|
| • Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07 |
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
|