Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                     ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? .....                     “3+3” formatı yenidən gündəmdə .....                     Öncə arvadını, sonra özünü bıçaqladı .....                     Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək .....                     Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb .....                     SKSP-nın rezidentinə yeni direktor gəlib .....                     İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... .....                     “TuranBank”da yeni təyinat .....                     Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb .....                     Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR .....                     Ruslar erməni güllərini TANIDILAR... .....                     Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı .....                     Quzu əti bahalaşıb: .....                     Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır .....                     Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                     Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar .....                     Müştəridən “Kontakt Home”a ETİRAZ .....                     Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi .....                     Nəriman Həsənzadənin vəziyyəti ağırdır .....                     Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? .....                     Zakir Quliyevdən şübhəli anlaşma .....                     ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var .....                     Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? .....                     "Toylara o dəbi ilk dəfə mən gətirdim" .....                     Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi .....                     Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı .....                     İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? .....                 

İsmayıllıda NƏ İŞLƏR ÇEVRİLİR: Özü yeyir, başçını hədəf göstərir... - İLGİNC FAKTLAR
Tarix: 24-08-2023, 09:00 | Çap et
İsmayıllıda NƏ İŞLƏR ÇEVRİLİR: Özü yeyir, başçını hədəf göstərir...
Təxminən üç ay əvvəl İsmayıllı rayonunda yerli Suvarma Sistemləri İdarəsinin (SSİ) tabeliyində olan Aşıqbayramlı kəndi ərazisindəki su anbarının SSİ rəisi Elşad Quliyev tərəfindən həm də gəlir gətirən istirahət mərkəzi kimi istifadə olunmasından, orada özü üçün balıqçılıq təsərrüfatı yaratmasından, ərazidə bəndin üstündə besedkalar qoydurmaqla çay, pivə və sair şeylər satdırmasından yazmışdıq.

İsmayıllıda NƏ İŞLƏR ÇEVRİLİR: Özü yeyir, başçını hədəf göstərir...

Bildirmişdik ki, bəndin üstündən avtomobil yolunun olmasına baxmayaraq, həmin yoldan istifadə etməyə qadağan qoyulub və bu səbəblə bəndin girişinə mühafizə postu qoyulub.



Bu mövzuda qələmə aldığımız ötən məqalədə o da qeyd olunurdu ki, Elşad Quliyev bir qrup savadsız idmançını qabağa verməklə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub. Sitat: “Belə ki, həmin göldən həmişə insanlar “atma qırmaq” deyilən vasitə ilə balıq tutublar. İndi isə təzə rəis köhnə bazara yeni qayda gətirib. Əraziyə gələn ətraf kənd və İsmayıllı sakinləri balıq tutmağa buraxılmır, hətta idmançılar tərəfindən döyülərək yola salınır. Baş verən özbaşınalıqlara həm rayon polisi, həm prokurorluğu göz yumur. Rəis Elşad Quliyevin idmançılardan ibarət bandası göldə sintetik tor ataraq balıqları kütləvi şəkildə tutub satır, hətta bu məqsədlə Elşad Quliyev idmançılar üçün motorlu qayıq da alıb verib, hansı ki, belə su anbarlarında motorlu qayıqdan istifadə qanunla qadağan olunub və qayıq idarə etmək üçün su polisinin razılığı və sürücülük vəsiqəsi tələb olunur. Rəis Elşad Quliyev isə ölkə qanunlarını saya salmadan öz biznesini genişləndirməkdə davam edir”.



Sonradan Elşad Quliyev mətbuata belə bir informasiya ötürdü ki, guya İsmayıllı RİH-nin başçısı cənab Nahid Bağırov onun rəis təyin olunduğu qısa müddət ərzində gördüyü təqdirəlayiq işlərdən xəbərdar olub, su anbarında ümumi durumun müsbətə doğru dəyişdiyini görüb və belə bir tapşırığını verib ki, yaxın ərazidə yaşayan sakinlərin, şəhid ailəsi üzvlərinin, qazilərin, müharibə veteranlarının və imtiyaz sahibi olan digər şəxslərin isti yay günlərində rahat istirahət etmələri üçün, Aşıqbayramlı kəndi ərazisindəki su anbarının yaxınlığında istirahət mərkəzi inşa olunsun və ümumi işlərə nəzarəti Elşad Quliyev həyata keçirsin. Bir sözlə, Elşad Quliyev istirahət mərkəzinin inşası təşəbbüsünün məhz başçıdan gəldiyini ictimai rəyə sızdıraraq dolayısı ilə oradan gələn gəlirlərin də başçıya çatdığına eyham vurub. Həmçinin Elşad Quliyev yazdırıb ki, bəs bu ünvanda isti çay, kofe və dondurma satılır, hər hansı spirtli içkidən söhbət gedə bilməz.
Ola bilsin ki, Elşad Quliyevin “vur” dediyi idmançıların arasında Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailəsi üzvləri vardır. Elə qurulan besedkaların qonaqları, eləcə də torla balıq tutdurduğu şəxslərin arasında da bu kateqoriuyadan olan adamlar az deyil. Amma bu, Elşad Quliyevin qanunsuzluğa rəvac verməsinə heç də haqq qazandırmır.
Elşad Quliyevlə bu dəfəki telefon təmasımız İsmayıllı SSİ-nin balansında olan, bir müddət əvvəl kəsilərək oğurlanmış dəmir su borularının aqibəti barədə oldu. İdarə rəisi fakt barədə polisə xəbər verildiyi və məsələnin hələ də prokurorluqda araşdırıldığını söylədi. Amma oğruların tutulub-tutulmaması, hansısa cəza tədbiri görülüb-görülməməsi barədə heç nə demədi, bunu hüquq-mühafizə və cinayət təqibi orqanlarından soruşmağımızı tövsiyə etdi. Daha sonra mühəndis Tərlan Gərayevə zəng vurub eyni sualları verdik. T.Gərayev cəmi dörd aydır işlədiyini, son vaxtlar isə cərrahi əməliyyata məruz qaldığı üçün bir müddət işə çıxmadığını deyərək, məlumatsız olduğunu dedi. Həm də bildirdi ki, indi idarədə işi dəmir borularla deyil, torpaq və beton kanallarla bağlıdır.



Qeyd edək ki, boruların kəsildiyini, hətta bir çoxunun kənarda atılmış vəziyyətdə qaldığını əks etdirən video-görüntülər əlimizdədir. Boruların aralarında köhnə, paslı olanlar da az deyil. Ola bilsin ki, oğurlanmış borular köhnəlmə, sıradan çıxma səbəbindən yeniləri ilə əvəz olunmaları barədə qərar qəbul edilmiş olsun və hətta yenilənmə prosesi başlamılş da olsun. Amma bu o demək deyil ki, onlar mühafizə olunmalı deyildilər. Əvəzlənmə məqsədiylə çıxarılsaydılar belə, atılmalı deyildilər. Onları metal qəbulu sexlərinə aktla satıb pulunu idarənin hesabına mədaxil etmək olardı. Yeri gəlmişkən, nəhəng diametrli həmin boruların kəsilib aparılması xəlvət görülməsi mümkün iş deyil; qaynaq vasitəsilə kəsilən boruları qaldırmaq üçün ekskovator, daşımaq üçünsə iri yük maşınları işləyib. Maraqlı nüans həm də odur ki, mühəndis Gərayev hazırki vəzifəsinə təyin olunmazdan əvvəl bir müddət işsiz, qazancsız qalıbmış, daha əvvəl isə 25 il metallurgiya sahəsində işləyib, yəni, dəmirin “dilini”, qiymətini yaxşı bilir. Düşündürücüdür, deyilmi?
İbrahim Hümbətov
//azerinfo.info//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Bu gün, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Bu gün, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Bu gün, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Bu gün, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Bu gün, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Bu gün, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Bu gün, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Bu gün, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Bu gün, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Bu gün, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Bu gün, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Bu gün, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Bu gün, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Bu gün, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Bu gün, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Bu gün, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Bu gün, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Bu gün, 14:36
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Bu gün, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Bu gün, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Bu gün, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Bu gün, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Bu gün, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Bu gün, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Bu gün, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bu gün, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Bu gün, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Bu gün, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Bu gün, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Bu gün, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Bu gün, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Bu gün, 10:51
İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Bu gün, 10:45
"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Bu gün, 10:36
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Bu gün, 10:35
Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Bu gün, 10:18
“Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Bu gün, 10:16
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:12
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru