VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                     Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb .....                     ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib .....                     Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                     Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? .....                     Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb .....                 

KTN-nin subsidiyaları gecikdirməkdə məqsədi nədir? – Şəkili fermerlərdən İnam Kərimovun menyusuna
Tarix: 26-05-2021, 09:10 | Çap et
KTN-nin subsidiyaları gecikdirməkdə məqsədi nədir?
Şəki rayonunun Çayqaraqoyunlu, Turan və digər ətraf kəndlərindən çoxsaylı kənd təsərrüfatı məhsulları istehsalçıları (Məhəmməd Qurbanov və digərləri) ölkə Prezidentinə, Baş nazirə, Milli Məclis sədrinə, bir sıra millət vəkillərinə, hüquq-mühafizə və mərkəzi icra hakimiyyəti orqanlarına, partiya və KİV rəhbərlərinə ərizə ilə müraciət edərək, Kənd Təsərrüfatı Nazirliyini şikayət etmişlər. Fermerlər Nazirliyi dövlət başçısının təsdiqlədiyi kənd təsərrüfatı məhsulları istehsalçılarına stimullaşdırıcı subsidiyaların verilməsi qaydasında özbaşına dəyişikliklər etməkdə qınayırlar. Hesab edirlər ki, Nazirlik və onun yerlərdəki qurumlarının bu məsələdə etdikləri manipulyasiyalar korrupsiya məqsədi güdür:

BƏYAN EDİLMİŞ TORPAQLARIN AQROKİMYƏVİ ANALİZİNİN YARIM İL GECİKDİRİLMƏSİ KORRUPSİYA
MƏQSƏDİ DAŞIYIR

“Subsidiyaların verilməsi qaydasında görə, istehsalçı fermer kartına yüklənmiş vəsaitlərin 25 faizini nəğd, 75 faizini isə taxılın zərər vericilərinə, xəstəliklərinə qarşı mübarizə tədbirlərinə, məhsuldarlığın artırılması üçün gübrələrin
alınmasına sərf etməlidir. Kənd təsərrüfatından bir az məlumatı olanlar bilirlər ki, vaxtında taxılın xəstəlik və
zərərvericilərinə qarşı mübarizə aparılmazsa, məhsuldarlığın artırılması üçün mineral maddələrinə tələbatı vaxtında ödənilməzsə, məhsuldarlığa ciddi mənfi təsirləri qaçılmaz edir… İstehsalçılar səpilmiş payızlıq taxılın qaydalarına uyğun məlumatları (yəni, bəyanlarını) keçən il, 2020-ci ilin axırlarında veriblər. Nazirliyin bu sahədən anlayışı olmayan işçiləri “yuxudan gec ayılaraq” bəyanların monitorinqinə hələ indi başlayıblar. Halbuki, taxıl üçün monitorinqlər indiyə qədər qurtarmalı idi. Onların bu səhlənkar münasibəti taxıl istehsalına ciddi ziyan vurur, istehsalçıları iqtisadi cəhətdən acınacaqlı vəziyyətə salır. Nazirlik nəinki Prezidentin təsdiq etmiş olduğu subsidiya qaydalarına əməl edir, hətta həmin qaydalara özbaşına dəyişikliklər etməyə cürət tapır. Belə ki, qaydalarda nəzərdə tutulan işləri vaxtında görmək əvəzinə, əkinləri yoxlayıb qurtarmamış bildirirlər ki, torpaqlar analiz edilməsə, vəsaitlər verilməyəcək. Yəqin, torpağın aqrokimyəvi analizi barədə onlar kimdənsə eşidiblər, amma həmin işlərin hansı dövrdə aparılmalı olduğunu bilmirlər. Hazırda taxılın elə bir fazasıdır ki, torpaq analizlərinin indiki vaxtda aprılmasının fermerə bir faydası olmaz, əksinə, aldadıcı nəticələrin ortaya çıxması bu işlərə daha da zərbə vura bilər. Bunların yalnız bir məqsədi var: Dolayı yollarla istehsalçıları aldadıb, qorxudub pul qopartmaq”.

SUBSİDİYALAR HAQQINDA FƏRMANA DÜZƏLİŞ ETMƏ HÜQUQUNU PREZİDENT HEÇ KİMƏ VERMƏYİB

Fermerlər qeyd edirlər ki, Nazirliyin hər hansı əmr və təlimatları Prezidentin imzaladığı fərmandan üstün ola bilməz:
“Nazirlik tərəfindən istehsalçıya problem yaradılması azmış kimi, Milli Məclisdə subsidiyaların təyinatından kənar
istifadə edilməsi hallarında istehsalçıların cərimə edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etmək təklif olunur və müzakirəyə çıxarılır. Gülünc məsələlər ortaya çıxır: 7-8 ay öncə Nazirlik tərəfindən istehsalçıların hesabına qanunla ödənilməli olan vəsaitlər hələ də fermerlərin kartlarına yüklənilmədiyi halda, istehsalçıların üzərinə
öhdəliklər qoymağa cəhd göstərilir. Halbuki, ölkənin ərzaq təhlükəsizliyinin təminində böyük önəm daşıyan taxıl
istehsalçılarına vəsaitləri vaxtında ödəmədiyinə görə Cinayət Məcəlləsində dəyişikliklər edilərək Nazirliyin üzərinə öhdəlik qoyulmalıdır. Yaxud, Nazirlik ictimaiyyət qarşısına çıxaraq Prezidentin tapşırıqlarına hansı müddətdə əməl ediləcəyinə dair öhdəliklər götürməlidir”. Hər dəfə Kənd Təsərrüfatı Nazirliyində rəhbər kadr dəyişikliyindən sonra yaranan ümidlərinin çox keçmədən boşa çıxdığını qeyd edən fermerlər xatırladırlar ki,əvvəllər subsidiyaların veriməsi mexanizmini istənilən vətəndaş izləyə bilirdi, amma indi ictimai nəzarətə dolayı məhdudiyyətlər qoyulub: “Çirkab içində olan, bütün işləri gizli aparan Nazirlik düzlükdən, şəffalıqdan dəm vurur. Bütün maliyyə məsələləri, subsidiya və digər yardımlar ictimaiyyətdən gizlədilir. Fermerlərə satılan texnika, gübrə və digər mal-materiallar yerindəki alış qiymətləri ilə deyil, əldən-ələ keçmiş son yüksək qiymətlərlə satılır. Məcburiyyətdən bu yükün altına girən fermerin ödəniş problemi yarandığı üçün müflisləşir. Nazirlik tərəfindən əvvəllər istənilən rayonun istənilən kəndinin əkin məlumatları internetə yüklənir, yalnış məlumatlar ictimaiyyət tərəfindən anında aşkarlanırdı…”
Şikayətçilər haqlı suallar ortaya qoyurlar: “ – Nazirliyin işçilərinin təkidlə tələb etdikləri torpaq analizlərinin taxılın boruya çıxma fazasında götürülməsinin nə mənası var?; – Əgər istehsalçı tərəfindən Nazirliyin köməyi olmadan səpin vaxtı və ondan sonrakı dövrlərdə sahələrə mineral gübrələr verilibsə, biçinə az qalmış nümunələrin götürülməsinin elmi izahını verə bilərlərmi?; – Taxılın indiki fazasında lazımi ehtiyaclar peşəkar istehsalçı tərəfindən ödənilmişsə, biçinə az qalmış analiz götürülməsinin nəticələri aldadıcı olmazmı?; – Subsidiyaların verilməsi qaydasında “hansı hallarda imtina edilməlidir” bəndində torpaq analizindən bəhs olunubmu?; – Nazirliyin günahı ucbatından vaxtsız olaraq torpaq analizi tələbinin qoyulması, onsuz da pandemiya və başqa səbəblərdən ağır durumda olan istehsalçıya qanunsuz olaraq subsidiyaların verilməməsi istehsalçının maddi durumunu daha da ağırlaşdırmırmı?; – İstehsalçı tərəfindən bəyan olunmuş əkinləri yoxlamaq üçün Nazirliyin 5-6 ay vaxt olub, indiyə qədər monitorinq aparmamalarını nə ilə izah edə bilərlər?..”

ÇƏYİRTGƏ İLƏ BAL ARISINI DƏYİŞİK SALAN “MÜTƏXƏSSİSLƏR”

Fermerlər həmçinin hal-hazırda taxıl zəmilərində müşahidə olunan pas xəstəlikləri ilə sirayətlənmənin minlərlə hektar taxıl zəmilərini məhv edə biləcəyindən narahatlıqlarını ifadə ediblər: “Subsidiyaların fermer kartlarına yüklənilməməsi səbəbindən istehsalçının bitki xəstəliyinə qarşı mübarizə apara bilməməsi taxıl zəmilərinin məhvinə gətirib çıxararsa, Nazirliyin məsuliyyət daşıdığını bilirlərmi? Bilirlərmi ki, onların iş bilməmələrinin əziyyətini ölkəni çörəklə təmin edən istehsalçılar çəkir? Nazirliyin çəyirtgə ilə bal arısını dəyişik salan “mütəxəssisləri” eşitdiklərini əzbərləməklə, yadda saxlamaqla sanki bu sahəni bilirlərmiş kimi görüntü yaratmaqda peşəkardırlar. Əgər ən yaxın zamanda istehsalçıların bu işlər üçün qanunla almalı olduqları vəsaitlər verilməzsə, gec də olsa mübarizə tdbirləri
aparılmazsa, geniş taxıl zəmiləri məhv ola bilər?” Şikayətçilər həmçinin işğaldan azad olunmuş torpaqlarda “Abad kənd” layihəsinin də belə məmurlara tapşırılacağı təqdirdə uğurlu alınmayacağından ehtiyatlandıqlarını bildiriblər və buna misal olaraq AKİA rəhbərinin bu yaxınlarda televiziyada başqalarının səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilən və sonradan onun özü tərəfindən korrektə edilən uğursuz çıxışını xatırladıblar.

“SÖZÜN BİTDİYİ YERDƏYİK”

Zəhmətkeşlər ölkənin ərzaq təhlükəsizliyinə zərbə vuran belələrinin illər ötdükdən sonra deyil, vaxtında
cəzalandırılmasının cəmiyyət tərəfindən müsbət qarşılanacağını düşünürlər: “Bəzi məmurlar tərəfindən edilən müraciətlərə baxmaq əvəzinə, gah məktubların onlara çatmadığını, gah da ictimaiyyətə sanki qurumlarda olan “5-ci kalon” adında kimlərinsə mane olduğu fikirlərini sızdırırlır. Başa düşmürük, birdəfəlik məktublara əngəl yaradan səbəbləri, yaxud bəhanələri aradan qaldırmaq olmazmı? “5-ci kalon” deyiləndə bizlər kimlərin nəzərdə tutulduğunu bilmirik, deyilənlərə də artıq inanmaq istəmirik. Onlar (nəzərdə tutulan kimlərsə) Prezident Aparatından tutmuş bütün aidiyyəti qurum rəhbərlərinin hamsına təsir göstərirlər ki, edilən müraciətlərə diqqət yetirilməsin? Müraciətlərimizdə çox ciddi məsələlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Dövlətin ərzaq təhlükəsizliyinə yaratmış olduğu təhlükələrdən, cənab Prezidentin imzaladığı sənədlərə düzəliş etmə cəhdlərindən bəhs etməyimizə baxmayaraq, heç bir reaksiya verilməmişdir. Aidiyyəti bütün rəhbər şəxslərin yanaşmalarından bu qənaətə gəlmək olar ki, sözün bitdiyi yerdəyik. Müraciətimizdə aidiyyati rəhbər şəxslərə bir yolumuz qaldığını xatırladaraq, Nazirliyin bizlərə yaratdığı qanunsuz problemlərə göz yumduğunuz üçün YAP sıralarından istefa vermək istədiyimizi bildiririk. Gec, ya tez bir məmur yaxınının zəhmətkeşlərə yaratdığı problemlərin fərqinə varacaqsınız. Son illərdə bir çox iyrəncliklərin şahidi olmuşuq. Birilərinin qanunsuzluqları ilə bağlı müraciət etməkdən yorulursan, reaksiya verən olmur, di gəl, biriləri haqqında tədbir görülən andan həmin adamlara qarşı münasibətlər kəskin dəyişir”.
Müraciətin acı da olsa, gülüş doğuran bir məqamı da diqqəti çəkir: Fermerlər yazırlar ki, KTN-nin işçiləri onlara bunca böyük ziyanla ötüşə biləcək pul tələsu qurmaqdansa, dəmir qutu qoyaraq nəzir toplasaydılar, ürəyi təmiz sadə
əməksevər insanlar könüllü olaraq onların istədikləri vəsaitləri ianə edərdilər. Kənd Təsərrüfatı nazirinə ünvanlanan bu tövsiyə adamın yadına Seyfəddin Dağlının “Ölüm ayağında gülüş” hekayəsini salır.

MİNLƏRLƏ HEKTAR TAXIL ZƏMİLƏRI MƏHV OLMAQ TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏDIR

Ölkə başçısına xitabən yazılmış müraciət belə yekunlaşır: “Möhtərəm cənab Prezident!
Regionlarda Sizin rəhbərliyinizlə keçirilən iclasların nəticələrindən məmurlar özləri üçün bir dərs çıxarmalıdırlar. Sabirabad rayonunda keçirilən müşavirədə məhsuldarlığa mənfi təsir göstərən 5 (beş) əsas səbəblərə toxunaraq aidiyyatı qurumlara iradlar bildirdiniz. Həmin tədbir televiziya ilə işıqlandırılırdı. Səsləndirilən səbəblər hamısı Kənd Təsərrüfatı Nazirliyinin funksiyalarına aid məsələlər idi. O vaxt nazir işləyən H.Əsədov sadalanan nöqsanları bunlara aidiyyəti olmamış görüntüsü yaratmağa çalışaraq yan-yörəsinə baxıb həmişə olduğu kimi günahkar axtarmağa çalışırdı. Həmin limit qurtardığı üçün nöqsanları kimlərinsə üzərinə atmaq cəhdləri baş tutmadı. Digər tədbir Qax şəhərində keçirilmişdir. Həmin tədbirdə Qax rayonu ilə Şəki rayonunun məhsuldarlığını müqayisə edərək iradlarınızı bildirdiniz. Biz istehsalçılar hesab edirik ki, toxunulnuş nöqsanlar şikayətimizdə göstərdiyimiz Kənd Təsərrüfatı Nazirliyinin əsassız yaratmış olduğu problemlərdən qaynaqlanır. Biz istehsalçıları bir sual ciddi düşündürür və inanırıq ki, ölkədə bu suallar çoxlarını düşündürür: Büdcəyə daxil olmaların azaldığı bir vaxtdda istehsalçılara ancaq problem yaradan və büdcəyə mənasız yükə çevrilən bu quruma ehtiyac varmı? Yaxşı olmazmı ki, ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsiri olan kənd təsərrüfatının inkişafı məsələləriylə də Nazirlər Kabineti özü,
yaxud da İqtisadiyyat Nazirliyi məşğul olsun? Bir neçə illərdir ki, yaradılan problemlərlə bağlı çoxsaylı müraciətlər
edirik. Lakin bir faydası olmur. Ona görə faydası olmur ki, müraciət etdiyimiz məmurlar və onların işçiləri bizlərin
müraciətlərindən öz məqsədləri üçün istifadə edirlər. Bizim müraciətlər həmin şəxslərə Nazirliyi təsir altına salmaqda
yardımçı olur. Elə buna görədə istehsalçıların problemləri həll olunmamış qalır və Sizin kənd təsərrüfatının inkişafı ilə bağlı vermiş olduğunuz tapşırıqlar arxa plana keçir.
Möhtərəm cənab Prezident!
Minlərlə hektar taxıl zəmiləri məhv olmaq təhlükəsi ilə üz-üzədir. Odur ki, Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı bu problemlərin aradan qaldırılmasında bizə köməklik göstərməyinizi, subsidiyaların tezliklə verilməsi məsələsinin həllinə yardımçı olmağınızı Sizdən xahiş edirik”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Dünən, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Dünən, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Dünən, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Dünən, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Dünən, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Dünən, 13:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru