Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                     Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası .....                     Paşinyanın referendum XOFU .....                     Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır .....                     İrəvanın “Made in USA” niyyəti .....                     Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                     Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: .....                     "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" .....                     “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” .....                     Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər .....                     İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? .....                     “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi .....                     Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı .....                     Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar .....                     İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı .....                     Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? .....                     Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır .....                     AYNA xidməti avtomobillərinin təmirinə .....                     Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib .....                     Daha bir sığorta agentinin lisenziyası .....                     “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı .....                     Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... .....                     TƏBİB-də yeni şöbə müdiri təyin edildi .....                     ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... .....                     Ermənistan niyə əmlakımızı qaytarmır? .....                     500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                 

NÖVBƏSİNİ GÖZLƏYƏN FAZİL MƏMMƏDOV... - Sabiq nazirin də “xidmətlərinin” nəzərə alınmasının vaxtı çatıb
Tarix: 27-04-2021, 09:06 | Çap et
NÖVBƏSİNİ GÖZLƏYƏN FAZİL MƏMMƏDOV...
Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun həbsi xəbəri istər-istəməz onun uzun illər əsas himayədarı hesab olunan sabiq Vergilər nazir Fazil Məmmədovu da yada salmağa əsas verir.

Xatırladaq ki, 17 illik nazirliyi dövründə F.Məmmədov Azərbaycanın ən varlı adamlarından birinə çevrilmişdi. Əgər ölkənin ən talançı, korrupsiyalaşmış, ziyankar məmurlarının siyahısı hazırlansa, F.Məmmədovun ilk beşliyə düşəcəyi heç bir şübhə doğurmur.

Vaxtilə mətbuatda F.Məmmədovun nazir işlədiyi dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaiti büdcədən yayındıraraq ofşorlara yönləndirdiyi barədə xəbərlər yayılmışdı. Ümumilikdə isə sabiq nazirin ölkəyə, dövlətə, xalqa, iqtisadiyyata vurduğu ziyan 10 milyarddan artıq olar ki, əskik olmaz. Onun rəhbərlik etdiyi nazirliyin həmin illərdəki “iş prinsipi”ni nəzərə alsaq, yuxarıda qeyd olunan məbləğlər kifayət qədər inandırıcı görünür.

F.Məmmədovun öz başına müavinlər, müşavirlər, idarə rəisləri və s. qismində topladığı sözün tam mənasında əsl quldur dəstəsinin Azərbaycanın sahibkarlıq, biznes mühitinə, iqtisadiyyatına, büdcəsinə və s. vurduğu ziyanı yalnız ermənilərin Ağdama vurduqları ziyanla eyniləşdirmək olar. Bəli, heç bir şişirtməyə yol vermədən deyə bilərik ki, F.Məmmədov və onun quldur dəstəsi ölkənin biznes mühitini Ağdam kimi düzləmiş, məhv etmişdi.

Bu mühit hələ günü bu gün də özünə gələ bilmir. Vəziyyət o yerə çatmışdı ki, bu quldur dəstəsi MTN adlı digər bir quldur dəstəsinə “pas atmaqla” məşğul idi, az-çox imkanı olan iş adamlarının sahibkarların siyahısını Eldar Mahmudovun başkəsənlərinə ötürürdü ki, Vergilər Nazirliyinin taladıqları azmış kimi, qalan var-yoxlarını da MTN əllərindən alsın. Bunu yalnız erməni xislətinə malik varlıqlar edə bilərdi .

Ancaq nə olsun, F.Məmmədov və ətrafındakılar hazırda öz keflərindədirlər, vaxtilə oğurladıqlarını, taladıqlarını yeməklə məşğuldurlar, hamısınıın biznesi, var-dövləti öz yerində. Bəzilərisə hələ də yüksək vəzifələrdədirlər.

F.Məmmədovun özü də bütün əksər sabiq məmurlar kimi vəzifədən çıxarılandan sonra xəstəlik adıyla pərdələnib, taladığı vəsaitlərlə qurduğu biznes imperiyasının başındadır. Onun biznesinin bir hissəsi əlindən alınsa da, yenə “əlində-ovcunda” qalanların dəyəri yüz milyonlarla, bəlkə də milyardlarla ölçülə bilər.

Xatırladaq ki, F.Məmmədovun biznes imperiyasının bir hissəsi “Synergy Group” MMC şirkətlər qrupunda birləşmişdi, “ATAbank” da onun idi. Ötən il həmin bank bağlandı, nəticədə çoxlu sayda əmanətçiyə, iş adamına ziyan dəydi, bank əməkdaşları işsiz qaldı və s. Lakin F.Məmmədovun sərvəti, varidatı bu qeyd olunanlarla təbii ki, yekunlaşmır. Gəncədə xəstəxanadan tutmuş Şəmkirdə, Gədəbəydə, Bakıda saysız-hesabsız obyektlərə, müəssisələrə, bizneslərə, torpaq sahələrinə və s. qədər böyük varidata sahibdir.

Ancaq təbii ki, onun sərvətləri, biznesləri ölkə daxililə məhdudlaşmır. Sabiq nazirin İngiltərədə, Türkiyədə, Ukraynada və digər ayrı-ayrı ölkələrdə mal-mülkünün, hesablarının, biznesinin olduğu qeyd edilir. Məsələn, F.Məmmədovun xaricdəki biznesləri sırasında Ukraynanın kurort şəhəri Truskovetsdə yerləşən "Mir” adlı dəbdəbəli lüks oteli xüsusi yer tutur.

Bundan başqa, onun Kiyevdə 5 ulduzlu "11 Mirrors Design Hotel”inin, siqaret, təkər zavodlarında payının və böyük bazarının olduğu bildirilir. Kiyevdəki “Vladimirski” bazarı da sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir hissəsi sayılır. Doğrudur, bu bizneslərin nə qədərinin, hansı hissəsinin onun əlindən alındığı barədə dəqiq məlumat yoxdur. Ancaq bütün bunlara baxmayaraq, sabiq nazirin hələ də ölkənin ən varlı adamlarından biri olaraq qaldığı şübhə doğurmur. 17 il Vergilər naziri olmuş adamın varidatı asanlqla tükənə bilməz...

Son olaraq, onun kürəkəni, nazir işlədiyi illərdə müavini olmuş Namiq Əliyevin oğlu Əbdül Əliyevin adına Londonda yalnız bu il 3 şirkət açdığı və bununla da təkcə İngiltərədəki şirkətlərinin sayının 8-ə çatdığına dair məlumat yayıldı.

Belə görünür ki, sabiq nazir biznesinin böyük hissəsini İngiltərəyə köçürməkdə qərarlıdır. Ən əsası isə odur ki, bu adam Azərbaycan sahibkarına, iqtisadiyyatına vurduğu ziyan azmış kimi, buradan taladığı vəsaitin böyük hissəsini ölkəmizə yox, xaricə yatırıb.

Həmçinin, yaxşı olar ki, F.Məmmədovun ətrafında olmuş, onun adamlarlı kimi tanınan müavinlərindən tutmuş müşavirlərinə, idarə rəislərinə qədər hamısı ilə bağlı araşdırıma aparılsın. Bu adamların arasında F.Məmmədovdan da betər rüşvətxorlar, sahibkarın qanını içənlər, talançılar olub. Onların bəziləri hələ də bu və ya digər qurumda yüksək vəzifədədirlər. Və bu adamlar uzun illər Azərbaycanda olmuş, lakin son illər əsas başçıları vəzifədən kənarlaşdırıldıqdan sonra dağıdılmağa başlayan idarəçilik sisteminin məhsullarıdırlar.

Onu da xatırladaq ki, vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi “qubernatorluğuna” daxil idi. Binəqədinin başçısı Xaləddin İskəndərov və Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Gədəbəyin icra başçısı Ramiz Yediyarovla ona daha yaxın şəxslər sayılırdı. Xaləddin İskəndərovla sabiq nazir həm də yeznə – qayındır.

İnanın ki, F.Məmmədovun özünün, eləcə də ətrafında olmuş adlarını çəkdiyimiz və çəkmədiyimiz bu adamların varidatları bir yerə toplansa ortaya Azərbaycanın bir neçə illik büdcəsinə bərabər vəsait çıxar.
“AzPolitika.info”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru