Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                 

Növbə nazir müavinlərinə çatdı - Talıbov getdi, sırada kimdi...
Tarix: 11-10-2019, 08:58 | Çap et
Növbə nazir müavinlərinə çatdı
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov oktyabrın 10-da vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Onun yerinə Elçin Zeynalov təyin olunub.

Yeni nazir müavini indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb. İnam Kərimov 2018-ci ilin noyabrında onu KTN-də qeyd edilən vəzifəyə gətirib. 11 ay içində isə o nazir müavini vəzifəsinə yüksəlməyi bacarıb.

Sabiq nazir müavini isə 2014-cü ilin mayından bu postu tuturdu. Bundan əvvəl isə o, Hesablama Palatasının Aparatının İcmal-analitik təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-ci ildə “Tərəqqi” medalı və “Dövlət qulluğunda fərqlənməyə görə” ilə mükafatlandırılıb.

Onun bundan əvvəlki kənd təsərrüfatı naziri Heydər Əsədovla münasibətləri haqda ziddiyyətli xəbərlər vardı. Qudası nəqliyyat naziri Ziya Məmmədov işdən çıxarıldıqdan sonra Heydər Əsədovun da postunun laxladığı vaxtlarda iddia olunurdu ki, Seyfəddin Talıbov nazirlikdə mövqelərini möhkəmləndirməyə, əsas fiqurlardan birinə çevrilməyi bacarıb. Qeyd edək ki, Seyfəddin Talıbov əvvəllər nazirlikdə aparat rəhbəri vəzifəsində çalışıb. 2014-cü ildə nazir müavini vəzifəsinə təyin edildikdən sonra isə o, Kənd Təsərrüfatı Nazirliyinə tabe olan bir sıra qurumlara nəzarəti tam olaraq öz əlinə keçirib. Məsələn, iddia olunurdu ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti tam şəkildə nazir müavini Seyfəddin Talıbovun kurasiyasında olub.

Yeri gəlmişkən, Novruz Məmmədov baş nazir vəzifəsindən azad edildikdən sonra Nazirlər Kabinetində müavin postlarında da əvəzlənmələrin olacağı barədə iddialar var. Bildirilir ki, yeni baş nazir Əli Əsədovun ilk işi müavinlərinin əvəzlənməsi istiqamətində atacağı addımlar ola bilər. Hazırda baş nazirin dörd müavini var: Yaqub Eyyubov (birinci müavin), Əli Həsənov, Əli Əhmədov və Hacıbala Abutalıbov.

Baş nazir müavinlərinin fəaliyyət dairəsini müəyyənləşdirən hər hansı sənəd yoxdur. Lakin mətbuatda verilən məlumatdan aydın olur ki, müavinlər arasında iş bölgüsü aparılır. Belə ki, baş nazirin birinci müavini olan Yaqub Eyyubov əsasən energetika və müdafiə məsələləri üzrə işlərə baxır. Onu tez-tez bu iki sahə üzrə mərkəzi icra hakimiyyəti orqanlarının tədbirlərində görmək olur.

Y.Eyyubov həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın, İxrac Nəzarəti üzrə Komissiyanın, biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı 2016-cı ildə yaradılan komissiyanın rəhbəridir. Yaqub Eyyubov 10 iyul 1999-cu ildən 2003-cü ilə qədər baş nazirin müavini vəzifəsində çalışıb. 13 fevral 2003-cü ildən isə baş nazirin birinci müavinidir. Beləliklə, 74 yaşlı Yaqub Eyyubovun Nazirlər Kabinetində müavinlik karyerası nə az nə çox, düz 20 illik bir müddəti əhatə edir.

2013-cü ildə baş nazirin müavini təyin olunan Əli Əhmədov, mətbuata verilən açıqlamaya görə, sosial məsələlərə cavabdehlik daşıyır. O həm də müavinlər arasından ən cavanıdır. Əli Əhmədovun 66 yaşı var.

Hacıbala Abutalıbov hazırda keçmiş müavin Abid Şərifovun nəzarətində olan sahələrə baxır. Nazirlər Kabinetində ən az müavinlik stajı olan isə Hacıbala Abutalıbovdur. 75 yaşlı Hacıbala Abutalıbov 21 aprel 2018-ci ildən baş nazirin müavinidir.

Nəhayət, baş nazirin daha bir müavini Əli Həsənovdur. Ona əsasən hüquq-mühafizə orqanları ilə iş, meliorasiya sahəsi və s. məsələlərə nəzarət həvalə edilib. O, 21 ildir ki, baş nazirin müavinidir. 71 yaşlı Əli Həsənov bu vəzifəyə 18 noyabr 1998-ci ildə təyin edilib.

Milli Məclisin deputatı Əli Məsimli sözçü.info-ya müsahibəsində baş nazirin dəyişməsindən sonra yeni kadr islahatlarının başlayacağı ilə bağlı gözlənitilərdən danışıb. Deputat deyib ki, əgər sosial şəbəkələrdə, kafedə belə müzakirələr aparılırsa, deməli, buna sosial sifariş var: “Sosial sifariş də təsadüfi xarakter daşımır. Azərbaycanda növbədənkənar prezident seçkilərindən sonra islahatların yeni mərhələsi başlanıb. Bu prosesi əhatəli reallaşdırmaq üçün tələb olunan şərtlərdən biri idarəetmənin təşkilati quruluşunun həm effektliliyini təmin etmək, həm də kadr islahatları ilə müşahidə olunan şəkildə addımlar atmaqdır. Bu mənada kadr islahatları aparılıb, amma bu proses daha da sürətlənməlidir. Yeni mərhələdə islahatların səmərəliliyini artırmaq, doğrudan da xalqın daha çox fayda götürməsi üçün müasir dövrün tələblərindən baş çıxaran, dünyada gedən prosesləri analiz edən və bunun əsasında aparılan siyasətdə korrektələr etməyi bacaran, üstəlik, əli təmiz və dövlətçilik təfəkkürü olan insanların vəzifəyə gətirilməsi çox vacibdir. Ya korrupsiyadan uzaq, təmiz, yüksək dünyagörüşlü insanlar görəvə gətirilməlidir, ya da iqtisadiyyatın səmərəliliyi geriyə gedəcək”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru