Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                 

"Şəhid ailəsi deyiləm, amma 2-ci qrup əliləm, xəstəyəm, çölə atılmalıyam?" - GİLEY
Tarix: 26-09-2019, 09:25 | Çap et
"Şəhid ailəsi deyiləm, amma 2-ci qrup əliləm, xəstəyəm, çölə atılmalıyam?"
“Mənim xəstəliyimə diaqnoz qoyulanda, Azərbaycanda bu mərətdən əziyyət çəkən 5-6 nəfərdə var idi. İndi yayılıb. Xəstəliyin adı qırmızı qurd eşənəyidir (Lupus). Bir bəladır, tutub məni. Sağalan xəstəlik deyil, ömrüm boyu müalicə olunmalıyam”.

DİA.AZ bildirir ki, Zərdabın Körpükənd kəndində yaşayan Elzanə Qasımova belə deyir. Bildirir ki, onsuz da 17 ildir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkirdi, şəkəri, təzyiqi vardı. Üstünə bu xəstəlik də gəlib, vəziyyəti daha da ağırlaşıb:

“Bütün bunlar azmış kimi fevralda evdə yıxıldım. Daha da pis duruma düşdüm. 30 tikiş qoydular ayağıma. Xəstəyəm, bu ayrı bir dərddir. İkinci dərd də ayağım sağalmır, vaxtaşırı irinləyir, qanayır, qıpqırmızıdır. Yaxşı müalicəyə, həkimə ehtiyacım var, imkanım yoxdur”.

Elzanə Qasımova eyni zamanda, ağır xəstə üçün uyğun olmayan şəraitdə yaşadığını deyir:

“Hamam yox, normal ayaqyolu yox, xəstəyəm, zülm çəkirəm. Evi də ki, görürsüz, az qalır başımıza uça. Şərait yoxdu, müalicə də ola bilmirəm. Nə etməliyəm, yıxılıb ölüm? İnanın, ölə də bilmirəm. Zülm çəkirəm”.

Elzanə Qasımova şəraitsizlikdən oğlunun da evdən baş götürüb getdiyini söyləyir. Onu qınamır, deyir, imkanı olsa, özü də baş götürüb gedər:

“Oğlum deyir, ev nə gündədir, mən evlənmirəm, çıxıb gedirəm. Hara müraciət etmişəm, bir nəticəsi yoxdur. Axırda icra hakimiyyətindən dedilər ki, şəhid ailəsi deyilsən, sənə ev düşmür. Düzdür, mən şəhid ailəsi deyiləm, amma 2-ci qrup əliləm, xəstəyəm, çölə atılmalıyam? Deyirəm, mənə bir dənə vaqon verin, evin küncündə qoyub, içində yaşayım. Dedilər, ay xanım, indiki dövrdə vaqonda adam yaşayar? Dalınca da deyir ki, qonşu kənddə bir uçmuş ev var, gedin, izin veririk, onun daşını, qumunu, əlinizə nə keçir, yığın, gətirin, özünüzə ev tikin”.

Elzanə Qasımova deyir ki, yoldaşı şəkər, özü ikinci qrup əlil, o evin materiallarını necə daşısınlar? Özü də heç yerdə işləmirlər ki, fəhlə tutub bu işi gördürsünlər, imkanları yoxdur:

“Heç yerdə işləmirik, pensiyadan başqa gəlirimiz yoxdur. Ev də ki, az qala 80 ilin tikilisidir. İcra hakimiyyətindən gələn komissiya da “qəzalıdır, yaşamaq olmaz”, - dedi. İndi elədir ki, camaat bir tikə çörək tapanda sevinir. İşsizlik, xəstəlik yayılıb. Camaatda ev tikməyə, böyük işlər görməyə pul yoxdur. Odur ki, hökumət bir çarə tapmalıdır. Həqiqətən qəzalı evlərə dəstək olmalıdır. Yoxsa, bu gün, sabah başımıza uçacaq. Onda ağılları başlarına gələcək?”

1960-cı il doğumlu Elzanə Qasımovanın 2 övladı var. Qızı qonşu kənddə yaşayır, ailəlidir. Oğlu isə Bakıda fəhləlik edir:

“Bir müddətdir nəvəm gəlib, guya mənə baxsın. O da körpə uşaqdır, hər şeyi edə bilmir. İki xəstə qalmışıq qəzalı evdə. Uşağa da yazığım gəlir. Deyirəm, biz cəhənnəm, ev uçsa, o da altında qalacaq. Əlimiz hər yerdən üzülmüş şəkildə gözləyirik”.

Ailə başçısı Bayram Qasımov da illərdir şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Deyir, işləmək qabiliyyətini çoxdan itirib, pensiya ilə güclə dolanırlar. Aldıqları pul isə dərmanlarına, yeməklərinə güclə çatır. Onunla nəsə iş görmək mümkün deyil:

“Ev təxminən 50-ci illərdə tikilib. Bəlkə də ondan da əvvəl. Adicə külək əsəndə ürəyimiz qopur. Yağış, qar evin içində olur. Hər yerə damır. Daha bundan o yana nə var? Çətindir, dolana, yaşaya bilmirik. Hamımız bədbəxt günündəyik, insanları bu hala salıblar. Özümüzə ev tikməkdə, təmir etməkdə də acizik”.

"Şəhid ailəsi deyiləm, amma 2-ci qrup əliləm, xəstəyəm, çölə atılmalıyam?"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Bu gün, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru