"Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                     "Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                 

Eldar Mahmudova biət etmiş məmurlar - siyahıda kimlər var?
Tarix: 6-03-2017, 08:20 | Çap et
Eldar Mahmudova biət etmiş məmurlar
Eldar Mahmudovun çetesi ifşa ediləndən sonra bir çox iş adamlarının adları ittiham aktlarına zərərçəkən qismində yazıldı. Bu şəxslərin əksəriyyəti vaxtilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin yarıqaranlıq dəhlizlərindən keçmiş, var-yoxları əllərindən alınmışdı, özlərinin adı ən müxtəlif qondarma işlərə təqsirləndirilən şəxs kimi yazılmışdı. Eldar Mahmudovun özü və ətrafı varlandıqca, iş adamları sıradan çıxır, ölkədə biznes mühiti də xoş olmayan məcraya yönəlmişdi. Böyük xərcə salınan iş adamları ən müxtəlif yollara əl atmaqla vəziyyətdən çıxmağa çalışıblar. Belə şəxslərdən biri də “Qozbel İman” ləqəbli İman Quliyev olub.

Onun barəsində əvvəllər yazmışdıq. “Xalqlar Dostluğu” ticarət mərkəzinin sahibi, tikinti maqnatı İman Quliyev vaxtilə “MTN çetesi”nin qarmağına düşüb. Onu MTN-ə aparıb qorxudub, şantaj edib pulunu alıblar, özünü isə sərbəst buraxıblar. Bu hal bir neçə dəfə təkrarlansa da, onun adı “MTN işi” üzrə aparılan araşdırmalar çərçivəsində zərərçəkən kimi keçmir.

Redaksiyamıza daxil olan məlumata görə, İ.Quliyev “MTN çetesi”nin həbs edilməyən, sərbəst hərəkət imkanları olan üzvlərinin ona qarşı qanunsuz addımlar atmasından çəkinir. Gələn məlumatlara görə, İman Quliyev rəsmən müflisləşib. İş adamı obyektlərini satışa çıxarıb. Söhbət Yasamal rayonunda yerləşən “Filiz” şadlıq sarayı və 8-ci kilometrdəki “Şərq Saray”dan gedir. Məlumata əsasən, ümumi sahəsi 18 sot olan “Filiz” şadlıq sarayı “Quzu” restoranı ilə birlikdə satılır. Şadlıq evinin qiyməti 4 milyon 800 min manatdır. İndi icarədə olan “Filiz” sahibinə ayda 25 min manat gəlir gətirir. “Şərq Saray”ı da hazırda fəaliyyət göstərir. Ümumi sahəsi 65 sot olan şadlıq evinin qiyməti öncəki şadlıq sarayından 3 dəfə bahadır - 12 milyon manat.

İ.Quliyev çoxsaylı obyektlərin - “Romans” şadlıq evi, “Şərq Saray” şadlıq evi, “Xalqlar Dostluğu” ticarət mərkəzinin, “Qreen Haus” istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Eyni zamanda tikinti sektorunda da ciddi payı olub. Hakimiyyətdəki iki nüfuzlu generalla qohumluq əlaqələri olan İ.Quliyevin son vaxtlar öz biznesini xaricə köçürdüyü haqda məlumatlar var. Ölkədə Mahmudov çetesinin quldurluğu ilə üzləşən bir çox sahibkarlar bizneslərini daha təhlükəsiz dövlətlərə ərazi köçürüblər. Bundan ziyan çəkən Azərbaycan dövlətnin büdcəsi, iş yerlərini itirən sadə vətəndaşlar olub. Varlanan, harınlaşanlar isə Eldar Mahmudov və ətrafında qərarlaşıblar.

Maraqlıdır ki, MTN generallarına çəpik çalan, onların qanunsuz əməllərini mədh edən, can-başla yerinə yetirən vəzifə sahibləri də çox olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun Eldar Mahmudova mədhnamə yazması, onun qanunsuz əməllərini təqdirəlayiq hərəkətlər kimi təqdim etməsi yaddaşlardan silinməyib. Ə.Seyidovun məktubu üzə çıxmasaydı, bu gün onun MTN çetesi ilə əlaqələri bilinməyəcəkdi. Onun özü də kölgədə qalacaqdı. Bu gün “mahmudovçu”larla əlaqələri bilinən vəzifə sahiblərindəndir. Amma bilinməyənləri də az deyil.

Uzun illər boyunca qarşılıqlı mənfəətə əsaslanan münasibətlər sistemi də formalaşıb. İcra hakimiyyəti başçılarının bəziləri də “mahmudovçu”ların maraqlarını təmin edənlər sırasında olub. Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamovun adı da bu sırada ilk yerlərdən birində gəlir. Bu haqda bir müddət əvvəl vəkil Ramiz Zeynalov yazmışdı. Bildirmişdi ki, 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsini Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınıb. Sonradan isə həmin torpaq sahəsi Gülağa İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib.

2013-cü ildə də sabiq nazirə belə bir hədiyyə verilib. Bu dəfə aeroport şossesində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasındakı 10 hektar torpaq sahəsi G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova peşkəş edilib. Ərazi hasarlanıb və restoran kompleksi inşa olunub.

Vəkil yazıb ki, Gülağa İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan 5 hektar sahəni qanunazidd olaraq 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb.

2014-cü ilin yanvar ayında isə G.İslamov Eldar Mahmudovun ən yaxın adamı Lalə Əhmədovanı özünə müavin təyin edib. Lalə Əhmədova 2015-ci il parlament seçkilərində 17 saylı Yasamal seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə qatılıb. Lakin Eldar Mahmudov 17 oktyabrda prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarıldıqdan 10 gün sonra Lalə Əhmədova könüllü olaraq namizədliyini geri götürdü. Həmin vaxt icra başçısının xanım müavinin seçkilərdə namizədliyinin məhz MTN rəhbərliyi tərəfindən irəli sürülməsi ilə bağlı mətbuatda xəbərlər vardı. Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Həsənovun MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə müəmmalı şəkildə dünyasını dəyişmiş İlqar Əliyevə 2 mərtəbəli mağaza bağışlaması haqda məlumat da var. Həmin mağaza Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda “Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli binadır. Bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb. Beləliklə, iki müavin birləşib MTN-çi İ.Əliyevə bina bağışlayıb.

Redaksiyamıza daxil olan məlumata görə, hazırda Mahmudovun çetesinə tabe olmuş və icra hakimiyyəti strukturlarında post tutan məmurlarla bağlı müvafiq araşdırmalar aparılır. Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq. Paralel olaraq hazırda vəzifədə olmayan, keçmiş icra başçıları ilə bağlı araşdırmalar aparılır. Onlar barəsində mətbuatda kifayət qədər yazılıb. Adı MTN işində keçmiş icra başçıları ilə bağlı hansı qərar veriləcəyi bilinmir.
\\musavat.com\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Həyatımdan narazıyam" - Əməkdar artist
Bu gün, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Bu gün, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Bu gün, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Bu gün, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Bu gün, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Bu gün, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Bu gün, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Bu gün, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Bu gün, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru