"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" .....                     Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu .....                     Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi .....                     İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... .....                     Günel Natiq Rüfətdən yazdı: .....                     Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... .....                     GL Group ABŞ üzrə biznesinə yeni rəhbər .....                     Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib .....                     İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? .....                     Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR .....                     Cənub-şərq küləyi əsəcək .....                     «Yasamal Residence» MTK .....                     GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB .....                     SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ .....                     Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi .....                     Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb .....                     ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər .....                     Hövsan sakinləri boğaza yığılıblar: .....                     “Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” .....                     İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi .....                     Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər .....                     AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... .....                     Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi .....                     “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ .....                     Səki var, amma keçmək mümkün deyil .....                     “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” .....                     Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... .....                     Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                 

Eldar Mahmudovun həbsdəki generalının Məhəmməd Füzuli sevgisi - ilginc faktlar
Tarix: 27-01-2017, 08:47 | Çap et
Eldar Mahmudovun həbsdəki generalının Məhəmməd Füzuli sevgisi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı Sübahir Qurbanovun dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə sevgisi üzə çıxıb. İntəhası generalın sevgisi dahi şairin qəzəllərinə, şeirlərinə vurğunluğunda ifadə olunmur. Məsələ burasındadır ki, generalın həbsindən sonra onun Bakının Əhməd Cavad, Səməd Vurğun, Üzeyir Hacıbəyov küçələrində və Novxanı qəsəbəsində yerləşən bağ evində axtarışlar aparılıb. Mənzillərdən çoxlu sikkələr, bahalı qələmlər, xüsusi hazırlanmış şahmat və digər qiymətli əşyalar götürülüb.

Qiymətli əşyalar içində 1996-cı ildə Mərkəzi Bankın ilk dəfə olaraq tədavülə buraxdığı Məhəmməd Füzuli sikkələri də olub. Cəmi 11 ədəd sikkənin ümumilikdə bazar qiymətinin nə qədər olduğu bilinmir.

Mərkəzi Bankın saytında yer alan məlumatlardan belə aydın olur ki, Azərbaycanın görkəmli şair və mütəfəkkiri Məhəmməd Füzulinin həyat və yaradıcılığının (1494-1556) 500 illiyi münasibətilə gümüş yubiley pul nişanları tədavülə buraxılıb. Yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətinə sifariş olunub. Yubiley pul nişanının üz tərəfində Məhəmməd Füzulinin siması, arxa hissəsində isə şairin məşhur “Leyli və Məcnun” poemasından bir səhnə əks etdirilib. Yubiley pul nişanı nominal dəyəri ilə Azərbaycan Respublikası ərazisində qanuni ödəniş vasitəsidir.

Əsas parametrlər isə belədir
Buraxılış ili: 1996
Nominalı: 50 manat
Metalı: Ag 925
Çəkisi: 38.61 qr
Diametri: 38.61 mm
Keyfiyyəti: Pruf
Buraxılış limiti: 2900 ədəd

Arestant generalın çoxsaylı evlərindən çıxan təkcə dahi şairin siması olan sikkələr olmayıb. S.Qurbanovun Əhməd Cavad küçəsindəki evindən üzərində Avstriya İmperatoru Frans İosifin rəsmi əks olunmuş kulon, oval formalı 1 ədəd qədim sikkə, mirvari qaşlı sırğa, ağ və qəhvəyi rəngli 6 ədəd mirvari qaşla bəzədilən üzük, üzərində “Geneva” sözü yazılmış qolbaq saat tapılıb. Onun S.Vurğun küçəsindəki evindən isə xeyli sikkə aşkar edilib. Belə ki, həmin mənzildən “Zeyvə” xalçası, üzərində Heydər Əliyevin təsviri olan döş nişanı, üzərində “Naxçıvan Muxtar Respublikası, 1924-2009, 85 il, Azərbaycan Respublikası, 5 manat” yazıları olan gümüşü rəngli 10 ədəd sikkə, xarici ölkələrdə istehsal olunan 100-300 dollar dəyərində qələmlər, üzərində 90 il, “Heydər Əlirza oğlu Əliyev” yazısı olan sarı metaldan 1 ədəd sikkə, üzərində qılınc və aypara təsviri olan 2 ədəd sarı və gümüşü metaldan hərbi aypara, “Longines” markalı qol saatı, “Frederigue Constanat” markalı, qəhvəyi rəngli kəməri olan 1 ədəd qol saatı, “Dupont” markalı üzərində ağ rəngli qaşları olan 1 ədəd gümüşü metaldan qələm, “Swarovski” daşından düzəldilmiş 32 ədəd şahmat fiqurları, 1 ədəd “Canon” markalı İXUS 75 modelli fotoaparat, üzərində ayı şəkli həkk olunmuş sarı-gümüşü rəngli 1 ədəd xəncər, üzərində “İCE Special Agent” yazısı olan gümüşü rəngli metaldan 1 ədəd nişan aşkar edilərək götürülüb.

Sübahir Qurbanovun bağ evindən isə üzərində “Heydər Əliyev” yazılmış 3d formatlı 1 ədəd portret, sarı metaldan olan 1 ədəd xəncər, 1 ədəd “Visconti” markalı qələm, üzərində “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi” sözləri yazılmış 1 ədəd hədiyyə kompoziyası, 1 ədəd “maurice lacrtix” markalı qol saatı, 1 ədəd “İst dupont” markalı qələm, 4 ədəd disk, 2 ədəd audio kasset, 1 ədəd “FU HUANG” markalı qol saatı, kamotun siyirməsində olan 1 ədəd “CHOPARD” markalı stolüstü saat, DVR markalı videogörüntü əks etdirən kamera nəzarətinə aid aparat, nağd pullar və sənədlər aşkar edilərək götürülüb.
Generalın bağ evindən çoxlu sayda sikkələr, qolbaqlar, boyunbağı, kulonlar, sırğa, 11 üzük, video kaset və əlyazmalar olan kitabça götürülüb. Əhməd Cavad küçəsindəki digər evindən isə 3-5 min dollar dəyərində üzərində “MARCO BİCEGO” sözləri yazılan 1 cüt sırğa, üzüklər, qolbaqlar, qələmlər, üzərində çoxlu sayda “RC” yazılan qutunun içərisində komplekt (1 cüt sırğa və 1 ədəd boyunbağı), üzərində “Leo Pizzo” sözləri yazılan qutunun içərisində 1 ədəd qaşlı üzük, 1 ədəd boyunbağı, 1 cüt sırğa, üzərində “Valcambi suisse” sözləri yazılan sarı metaldan dairəvi 1 ədəd sikkə, göy rəngli qutunun içərisində sarı metaldan dairəvi formada 2 ədəd 10-luq, 7 ədəd 5-lik sikkələr, üzərində “AUSTRALİAN KANGAROO” sözləri yazılan 1 ədəd sikkə, üzərində “Azərbaycan Respublikası 100 manat” sözləri yazılan 1 ədəd sikkə, şüşə materialdan olan qutunun içərisində üzərində “ELİZABETH II AUSTRALİA” sözləri yazılan 3 ədəd dairəvi sikkələr və nağd pullar aşkar edilərək götürülüb.

Bəs generalın evindən çıxan sikkələrin real bazar qiyməti nə qədərdir? Belə sikkələri Mərkəzi Bank nə məqsədlə buraxır?

2001-2005-ci illərdə Mərkəzi Bankda şöbə rəisi vəzifəsində çalışmış, hazırda “Antikollektor” MMC-nin direktoru olan iqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, xatirə sikkələri illər öncədən dövriyyəyə buraxılıb və belə sikkələri əsasən əntiq əşyaların satıldığı mağazalardan almaq olar: “Qiymətləri haqda konkret söz demək çətindir. Nominal 50 manat göstərilsə də, faktiki qiyməti dəfələrlə artıq olur. Məhəmməd Füzulinin siması ola sikkələri Bakıdakı əntiq əşyalar satılan mağazalardan, Mərkəzi Univermaqdan almaq olar”.

Ə.Həsənov vəzifəli şəxslərin belə əntiq əşyalara böyük marağının varlığının kimsəyə sirr olmadığını da söylədi: “2900 sikkənin böyük əksəriyyətinin vəzifə sahiblərində olması təbiidir. Çoxlu pulları var, alıb yığırlar. Generalın evindən cəmi 11 dənə sikkə çıxması təəccüblüdür. Belə sikkələrin qiyməti qramına bağlı deyil. Sikkələr bir növ həmin çəkidə, eyni qiymətli metaldan olan məmulatlardan qat-qat, elə vaxt olur ki, 10, hətta 100 dəfə baha olur. Bunu şərtləndirən həmin sikkələrin sayı, məhdud çərçivədə olan şəxlərin əlində olması ilə əlaqəlidir. Əntiq əşya kimi alınır-satılır deyə qiyməti də bahadır”.

Qeyd edək ki, S.Qurbanov Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma - gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.1 (rüşvət alma, külli miqdarda törədildikdə), maddələri ilə ittiham olunur.
İttihamlar təsdiqlənsə, generalın çoxsaylı evlərindən götürülən, dəyəri milyonlarla ölçülən var-dövlət müsadirə olunacaq.
\\musavat.com\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Bu gün, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Bu gün, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Bu gün, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Bu gün, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Bu gün, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Bu gün, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Bu gün, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 12:18
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:11
«Yasamal Residence» MTK – LƏĞV EDİLİR
Bu gün, 12:07
GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti TƏYİN EDİB - FOTO
Bu gün, 12:05
SEPAH-dan Zəngəzurun yolunu bağlamaq HƏDƏSİ - Reaksiya
Bu gün, 11:56
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi - MƏQALƏ
Bu gün, 11:53
Fon der Lyayen Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarını açıqlayıb
Bu gün, 11:52
ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başlaya bilər - “The Washington Post”
Bu gün, 11:50
Hövsan sakinləri boğaza yığılıblar: - "Su yoxdur, gələndə də çirkli olur"
Bu gün, 11:49
“Tofiq Mirzəyev xoş xatirələr və gözəl filmlər qoyub getdi” - Hacı İsmayılov
Bu gün, 11:47
İnvestisiya vədi ilə 121 min manatdan çox pul aldı, mərc oyunlarına xərclədi - MƏHKƏMƏ
Bu gün, 11:35
Evləri söküb yerində sənədsiz iri obyektlər tikirlər - Yasamalda yeni fırıldaq
Bu gün, 11:29
AQTA-nın işçisi Qarabağ Qazisini 20 min manat ZİYANA SALDI... - ETİRAZ!
Bu gün, 11:20
Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13
“Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10
“Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06
Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru