Gömrük Komitəsinin qapılarını qaçaqmala kim açır? - MÜƏMMA
Tarix: 8-12-2016, 09:35 | Çap et
 Bakıda ticarət mərkəzində partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisindəki ticarət mərkəzində səyyar ticarətlə məşğul olan Cavanqulu Məmmədovdan 10000 ədəd, Fərid Qəmbərovdan isə 6000 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb (moderator.az).
Qafqaz Xəbər Agentliyi olaraq bizdə sual yarandı ki, əgər bu məmulatlar qadağan olunubsa, ölkə ərazisinə necə keçirilib? Bu məsələni aydınlaşdırmaq üçün Gömrük Komitəsinin mətbuat xidmətin rəhbəri Natiq Axundova müraciət etdik.
“Pirotexniki vasitələrə qarşı mübarizə mütəmadi aparılır, yəqin ki, xəbərlərimiz barədə məlumatınız var. Müntəzəm olaraq buna qarşı mübarizə gedir” – deyə Natiq Axundov bildirdi. “Bu satışda varsa, necə olub gömrükdən keçib?” deyə müxbirimiz qeyd etdi.
“Mən sizə dedim ki, mütəmadi olaraq, buna qarşı mübarizə aparılır”, – Natiq Axundov əlavə elədi. “Mübarizə aparılıbsa bəs necə olub keçib, satışda var axı”, – deyə əməkdaşımız bildirdi.
“Qaçaqmalçılıq yolu ilə gətiriblər də… indi, kimsə gətirib bu yolla. Amma biz buna qarşı mübarizə aparırıq” ,-deyə mətbuat xidmətinin rəhbəri bildirdi. “Bəs onda necə olub görülməyib?, – deyə əməkdaşımız maraqlandı.
“Ola bilər, gömrük nəzarətindən kənar keçirilib gətirilib də bu…” ,– Natiq Axundov Qafqaznews-a bildirdi.
Müxbirimizin “Qaçaqmalçılıq yolu ilə gömrükdən keçirilib?” sualına DGK rəsmisi belə cavab verdi: “Gömrük nəzarətindən kənar keçirilmə cəhdləri olub”. “Onda qaçaqmalçılıq yolu ilə gömrükdən yox, sərhəddən keçirilib”? sualına “Siz indi nə eşitmək istəyirsiniz məndən? Ola bilər, müəyyən hallarda ola bilər… Yəni, gömrük nəzarətindən kənar… açın, qanunvericilikdən oxuyun “gömrükdən kənar” nə deməkdir”,– deyərək Natiq Axundov dəstəyi asdı.
Qaçaqmalçılıqla bağlı məsələni şərh etməsi üçün, hüquqşunas Elçin Sadıqova müraciət etdik. “Hər iki tərəfdən – həm gömrükdən, həm də sərhəd xidmətindən qeyri-qanuni mal keçirilməsi qaçaqmalçılıq adlanır” ,– deyə Elçin Sadıqov bildirdi. Biz bu məsələ ilə bağlı Dövlət Sərhəd Xidməti ilə əlaqə saxladıq.
“Burdan keçirilməyib, əgər keçirilsəydi, məlumat olardı, sərhədləri qoruyuruq. Qaçaqmalçılıqla necə keçirilə bilər ki?”, – deyə adını demək istəməyən DSX əməkdaşı ritorik sualla çıxış etdi. Bu məsələni hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Qafqaznews-a belə şərh etdi.
“Ölkəyə gətirilən mal həm sərhəddən keçir, həm gömrükdən. Dövlət Sərhəd Xidməti sənədləri yoxlayır, malı isə gömrükçülər… Son məlumat xoşagəlməz məlumatdır. Sadəcə olaraq, gömrükdə yaxşı yoxlama olmayıb. Bu Dövlət Gömrük Komitəsinin məsuliyyətsizliyidir. Komitənin məsuliyyətsizliyi qaçaqmalçılığa yol açır”, – deyə M.Qəhrəmanlı Qafqaznews-a vurğuladı.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qısqanc kişi hoteldə sevgilisinə xəsarət yetirdi - MƏHKƏMƏ
Bu gün, 11:13 |
|
|
|
| • “Azdizayn Group” Mərkəzi Bankla MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • Səki var, amma keçmək mümkün deyil – Aylardır problem niyə həll olunmur?
Bu gün, 11:10 |
|
|
|
| • “Mühacirlərin Prezidentə qarşı hər hansı hörmətsizliyi Almaniya dövlətinin adına yazıla bilərdi” - Tahir Kərimli
Bu gün, 11:06 |
|
|
|
| • Haqqında heç bir məlumat olmasa da, arxasında duran var... – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
Bu gün, 10:53 |
|
|
|
| • Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46 |
|
|
|
| • Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41 |
|
|
|
| • Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32 |
|
|
|
| • “Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31 |
|
|
|
| • Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21 |
|
|
|
| • Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18 |
|
|
|
| • Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12 |
|
|
|
| • Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10 |
|
|
|
| • ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07 |
|
|
|
| • Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52 |
|
|
|
| • "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45 |
|
|
|
| • GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10 |
|
|
|
| • Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59 |
|
|
|
| • Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57 |
|
|
|
| • Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56 |
|
|
|
| • İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16 |
|
|
|
| • Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10 |
|
|
|
| • Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04 |
|
|
|
| • O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47 |
|
|
|
| • Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43 |
|
|
|
| • Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36 |
|
|
|
| • Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21 |
|
|
|
| • Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15 |
|
|
|
| • Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08 |
|
|
|
| • ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05 |
|
|
|
| • 215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58 |
|
|
|
| • Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56 |
|
|
|
| • Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49 |
|
|
|
| • "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46 |
|
|
|
| • ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43 |
|
|
|
| • Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41 |
|
|
|
| • İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39 |
|
|
|
| • “Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30 |
|
|
|
| • Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28 |
|
|
|
| • Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19 |
|
|
|
| • “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17 |
|
|
|
| • "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02 |
|
|
|
| • Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51 |
|
|
|
| • “Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49 |
|
|
|
| • Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35 |
|
|
|
| • Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31 |
|
|
|
| • "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27 |
|
|
|
|