Köçəryan yenidən xəstəxanaya yerləşdirilib .....                     Neftin qiyməti 88 dollardan aşağı enib .....                     Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı .....                     Putin "B planı"nı işə saldı: .....                     Paşinyanın keçmiş hakimiyyətlə hesablaşması... .....                     Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər? .....                     “İrşad”da böyük endirim yalanı iddiası .....                     Köçəryan üçün Azərbaycan təhlükəsi .....                     Ermənistan dəmir yollarını Azərbaycan alır? .....                     Paşinyan və Moskva arasında “siçan-pişik” oyunu .....                     "ASK SECURİTY" MMC-nin 31 min manatdan çox vergi borcu üzə çıxdı .....                     Şuşadan qaçan Ohanyan GİLEYLƏNİR .....                     İtaliya Ukraynaya ballistik raketlərə qarşı raketlər göndərmək qərarına gizli şəkildə razılıq verib .....                     Abşeronneft-də durum DAHA BETƏRDİR .....                     Yoxsa, "Ailəm var, uşaqlarım var" deyib ağ vərəq imzalamır... .....                     Keçmiş başçıdan Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Sakinlər AYNA şefinə müraciət etdi .....                     Problemli kreditlər PROBLEMƏ ÇEVRİLİR... .....                     MKİ direktorunun Putinlə MƏXFİ GÖRÜŞÜ .....                     "Bu gün kiçik-orta biznes namusuna boğulub işləyir" .....                     SOCAR AQŞ-dəki ölüm TƏSADÜFİ DEYİLMİŞ.. .....                     Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? .....                     Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? .....                     Anasını amansızlıqla öldürən Emilə .....                     Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: .....                     Xəzərə görə Azərbaycan üçün yeni fürsət: .....                     SEPAH və Pezeşkian üz-üzə qaldı .....                     Köçəryana görə Rusiyadan gələcək zəng heç nəyi dəyişdirməyəcək .....                     "Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub .....                     “Bu “aferist”lərin əlinə düşməyin” .....                     Paşinyanın Bakıya qarşı ən böyük səhvi: .....                     Avropa İttifaqı “qara pullar”ın Gürcüstana daxil edilməsinin yolunu axtarır .....                     Ermənistanda qərargah rəisi saxlanıldı .....                     Azərbaycanda çay istehsalçısına yeni rəhbər təyin edilib .....                     Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? .....                     AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib .....                     Problemli kreditlər 723 milyon manata çatdı .....                     İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb .....                     Hərbi möhlətlər bu halda ləğv ediləcək .....                     "Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı .....                 

Ermənistan dəmir yollarını Azərbaycan alır? - AKTUAL
Tarix: Bu gün, 07:47 | Çap et

Rusiya Ermənistanın dəmir yollarının konsessiya hüququnu təxminən 400 milyon dollara sata bilər.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə açıqlama verib.

“Rusiya ilə açıq danışırıq, heç nəyi gizlətmirik və istəyirik ki, dəmir yolları məsələsində qarşılıqlı anlaşma formalaşsın. Mənim qiymətləndirməmə görə, bu gün bu konsessiya hüququnu təxminən 400 milyon dollara satmaq mümkündür. Düşünürəm ki, bu, yaxşı fürsətdir”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın maraqlarına son dərəcə hörmətlə yanaşır:

“Amma başqa ölkənin maraqlarını öz maraqlarımızdan üstün tutmaq məntiqsizdir. Biz sizdən bu yolu seçməyinizi xahiş və tövsiyə edirik”.

O, həmçinin Rusiyanın Ermənistan dəmir yollarının konsessiyası ilə bağlı məsələni dostluq mühitində həll etmək istədiyini bildirib.

Paşinyanın sözlərinə görə, “Ermənistan Dəmir Yolları”nın “Rusiyanın konsessiyasında olması beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasına mane olur:

“Problem bizdə deyil, ondadır ki, bu yoldan istifadə edəcək hər kəs, əsas paya sahib olanlar, Ermənistanı keçməyin başqa yollarını axtarırlar”, - Paşinyan belə deyib.

“Dəmir yolu Ermənistanın mülkiyyətidir və yalnız “Rusiya Dəmir Yolları” (RDY) şirkəti tərəfindən idarə olunur. Biz Rusiyaya və onun maraqlarına hörmətlə yanaşırıq. Lakin “Ermənistan Dəmir Yolları” Rusiyanın nəzarəti altında olduğundan, indi Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya etmək üçün bu tarixi fürsəti əldən vermək riski ilə üzləşirik. Bu tarixi fürsəti əldən verə bilmərik. TRIPP heç bir xarici hərbi və ya silahlı iştirakı nəzərdə tutmur”, - deyə Baş nazir çıxışında bildirib.

Nikol Paşinyan qeyd edib ki, hazırda bu güzəşt hüquqları üçün təxminən 400 milyon dollar ödəməyə hazır olan investorlar var.

Qeyd edilən məsələ ilə əlaqədar yaranmış sualları sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cebheinfo.az”-a müsahibəsində cavablandırıb:

- “Ermənistan Dəmir Yolları”nın istifadəsi ilə bağlı Nikol Paşinyan hakimiyyəti ilə fikir ayrılığı yaşayan, hətta rəsmi İrəvana təzyiq göstərən Rusiya necə oldu ki, səhmlərini satmaq və konsessiya hüququndan imtina etmək qəraraına gəldi?

- Təəssüf ki, bəzi siyasi şərhçilər Rusiya-Ermənistan qarşıdurması teatrına inanırlar. Mən həmişə buna tənqidi yanaşıram. Əslində, Rusiyanın postsovet məkanında təsir imkanları məhdudlaşıb. Bu həm hərbi və milli təhlükəsizlik, həm iqtisadi, eləcə də humanitar imkanlara aiddir.

Bütün sahələrdə Rusiyanın potensialı azalır. Biz bunları postsovet ölkələrinin əksəsiryyətində müşahidə edirik. Ona görə də Rusiya belə bir böhran dövründə iki kürsüdə oturmağı bacaran siyasətçilərin olmasında maraqlıdır. Artıq doqquz ildir Paşinyan hakimiyyətdədir.

Nə Rusiyanın Ermənistandakı hərbi bazasının bağlanmasından söhbət gedir, nə də Paşinyan Rusiyanın strateji maraqlarına qarşı çıxır. Əslində, prezident Köçəryana, sonra da Sarkisyana Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirmək üçün maliyyə lazım idi. Ona görə də “Ermənistan Dəmir Yolları” Rusiyanın konssesiyasına verildi.

Rusiya hər il Ermənistana 500 milyon dollar kredit verirdi. Ermənistan bu kreditin əvəzində isə həm Qarabağ avantürasını təmin etmək, hə də kasıbçılıqdan xilas olmaq üçün dəmir yolları şəbəkəsini Rusiyaya vermişdi. Ümumiyyətlə, dəmir yolları iqtisadi baxımdan, problemli mülkiyyət idi. Çünki Ermənistanın beynəlxalq nəqliyyat şəbəkəsinə çıxışı yalnız Gürcüstan vasitəsilə mövcud idi.

Məhz həmin dönəmdə Türkiyə Ermənistanla sərhədlərini bağlamışdı, Azərbaycanla müharibə vəziyyətində idi, İranla isə dəmir yolu xətti yox idi. Guya həmin vaxt Rusiya hansısa kreditin əvəzində Ermənistana məxsusu mülkiyyətin idarəçiliyini alıb.

Əslində, konsessiya müqaviləsi imzalanan zaman qanun pozuntusuna yol verilib. Belə ki, dəmir yolunun Azərbaycanın mülkiyyətində olan Mehri hissəsi Rusiyanın konsessiyasına verilib. Bu, sadəcə köhnə bir fırıldaqdır.

Eyni zamanda, Gürcüstanın Sadaxlı stansiyası Sovet dövründə Ermənistanın dəmir yollarının mülkiyyətinə daxil idi. Ermənistan Gürcüstanlı danışıqlar aparıb mülkiyyət hüququnu özlərində saxlayıblar.

Halbuki, gömrük terminalı Gürcüstan ərazisində yerləşir. Amma bizə aid olan mülkiyyəti işğal ediblər və münaqişə oradan başlayıb. Nəticədə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni kəsiblər. İndi Rusiya hər hansı problem olmadan dəmir yollarının idarəçiliyini Ermənistana qaytara bilər.

Vaxtilə verdiyi kreditlərin əvəzində Rusiya 400 milyon dollar pul ala bilər. Rusiya üçün orada investisiya qoymaq, Ermənistanın bərbad vəziyyətdə olan kiçik kommuniskasiya bazarını istifadə etmək mənasızdır.

“Ermənistan Dəmir Yolları”nın Mehri hissəsinin böhran içində olduğuna dair foto, video faktları biz də görmüşük. Bu baxımdan, Rusiyanın addımı məntiqlidir. Rusiya-Ermənistan qarşıdurmasına dair deyilənlər təbliğati fon yaratmaq, Rusiyanın sanksiyalardan kənar ixracını təmin etmək üçün bir vasitəsdir.

- Axı Rusiya Cənubi Qafqazdakı dəmir yolu şəbəkəsindən imtina etsə, o zaman onun idarəçiliyində əsas investorlar kimi Avropa İttifaqı, ABŞ, Türkiyə, Çin kimi dövlətlər iştirak edə bilər. Bu isə Qərb ölkələrinin Cənubi Qafqaz üzərindən Mərkəzi Asiya bazarına birbaşa çıxışını təmin edən geosiyasi və strateji üstünlük deməkdir. Rusiya nə üçün buna şərait yaradır?

- Biz Rusiyanın hazırkı vəziyyətini nəzərə almalıyıq. Artıq Rusiyaya Ermənistanın dəmir yolu maraqlı deyil. Rusiya rəhbəliyi indi Qırmızı meydanda parad keçirmək üçün təhlükəsizlik təminatının alınması məqsədilə ABŞ-yə müraciət edir. Bizdə isə elə düşünürlər ki, Rusiyanı Ermənistanın dəmir yolları maraqlandırır.

Artıq o dövr keçib. Rusiya Ermənistandan çıxır və potensial imkanları məhdudlaşır. Gümrüdəki hərbi bazadan Rusiyanın silahları çıxarıb Ukrayna cəbhəsinə apardığını yaxşı xatırlayırıq. Qara dənizdə Rusiyanın hərbi donanması sıfır vəziyyətinə gətirilib.

Ona görə də Ermənistan dəmir yollarını heç yada salan da yoxdur. Ermənistan da çalışacaq Avropa İttifaqından həmin vəsaiti alıb Rusiyaya ödəsin.

- 2028-ci ildə konsessiya müqaviləsinin birinci 20 illik müddəti başa çatır və razılaşmaya görə, tərəflərdən biri sazişi növbəti 10 illiyə uzatmaq istəməsə, sazişə xitam verilir. Bu baxımdan, Ermənistan və ya Rusiya müqavilədən çıxa da bilərdi.

- O müqavilənin hüquqi şərtləridir. Lakin razılaşmanın iqtisadi şərtləri daha ağırdır və investisiyaların müəyyən hissəsinin qaytarılmasını nəzərdə tutur. Mən əminəm ki, Rusiya bu çətin vəziyyətdə xeyli miqdarda pul əldə etmək niyyətindədir. Məhz Ermənistan 400 milyon dolları Avropa İttifaqından və ya Avropa fondların əldə edəcəyindən arxayındır.

Hazırda Ermənistanda Avropa İttifaqı və ABŞ arasında ciddi rəqabət yaranıb. Avropa İttifaqı TRIPP layihəsini qəbul etmək istəmir. Ona görə də Avropa İttifaqı Azərbaycana təklif etdi ki, dəmir yolunun Naxçıvandan keçən hissəsinin inşasını onlara versinlər.

Digər hissələrinin Ermənistandan keçməsini istəyirlər. Çünki Avrasiya qitəsində olan böyük kommunikasiya şəbəkəsinin əsas inhisarçıları Azərbaycan və Gürcüstandır. Xəritəyə baxsaq görərik ki, həm şimalda, həm də cənubda vəziyyət yaxşı deyil, qlobal böhrandır.

Ona görə də Avropa İttifaqı bu məslədə maraqlı ola bilər. Görünür, Paşinyan kimdənsə, maliyyə dəstəyi əldə edəcəyinə dair vəd alıb.

- Ermənistan dəmir yollarının Azərbaycanın mülkiyyətində olması məsələsini ilk dəfə siz qaldırmısınız. Rusiya yalnız “Cənubi Qafqaz Dəmir Yolları”nın (Rusiya dəmir yollarının törəmə müəssisəsi) konsessisya hüququnu satışa çıxarır, yoxsa Mehri hissəsi, yəni Zəngəzur dəhlizi də bura daxildir?

- 2008-ci ildə dəmir yollarının idarəçiliyi Rusiyaya verilib. 1991-ci il Almatı Bəyannaməsində isə bir respublikanın digər respublika ərazisindəki mülkiyyətinin danışıqlar yolu ilə həll olunmasına dair hər hansı razılaşma yoxdur.

Amma Ermənistan konsessiya müqaviləsində dəmir yolunun Mehri hissəsini də paketə daxil edib. Halbuki, TRIPP layihəsinin həyata keçirlməsində də bu məsələ qaldırıla bilər. Biz dəmir yolunun keçdiyi ərazinin Azərbaycana məxsus olduğunu iddia etmirik.

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası başa çatmayana qədər bu mübahisəli olaraq qalacaq. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlər yoxdur. Ermənistan bu sərhədləri ləğv edib. Ermənistan Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiası irəli sürüb.

Almatı Bəyannaməsində sərhədlərə aid iki kəlmə söz var: “Olan sərhədlər”. 1991-ci ildə Azərbaycanla Ermənistan arasında dövlət sərhədi olmayıb. Ermənistan 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini özünə birləşdirmək haqqında qərar qəbul etməklə sərhədləri ləğv edib. İndi də deyirlər ki, Sovet dövrünün inzibati sərhədlərini bərpa edək.

Sovet dövründə mövcud olan sərhədlər bərpa edilsə, hansı dövrün xəritələri əsas götürüləcək? Ermənistan 1975-ci il xəritələrini təklif edir. Biz də 1920-ci ildən başlayaraq istənilən dövrün xəritəsini tətbiq edə bilərik. Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədi yoxdur.

Yalnız delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra biz beynəlxalq sərhədlərdən danışa bilərik. 1991-ci ildə Fransa, Belçika və Britaniyanın təşəbbüsü ilə Avropa İttifaqının tərkibində xarici işlər nazirləri səviyyəsində müzakirələr apararaq, bəyannamə qəbul ediblər.

Sonra Almatı Bəyannaməsini bu şəkildə tanıyıblar. Bu sənəd postsovet respublikalarının inzibati sərhədlərinin əsas götürülməsini nəzərdə tutur. BMT-nin qətnaməsində də inzibati sərhədlərin tanınmasının vacibliyi qeyd edilir. Lakin həmin vaxt Azərbaycanla Ermənistan arasında sərhəd yox idi.

Yəni Ermənistan inzibati sərhədlərdən imtina edib. SSRİ rəhbərliyi də bunu qeyri-qanuni elan edib. Nikol Paşinyan ona görə deyir ki, yeni konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinad hissəsini çıxartmaq lazımdır.

- Azərbaycan mülkiyyət hüququnu əsas götürərək investor kimi Ermənistan dəmir yollarının səhmlərini ala bilərmi?

- İlk növbədə, Azərbaycan Ermənistan dəmir yollarının Mehri hissəsi üzərində mülkiyyət hüququmuz sübut edilməlidir. Bundan sonra Azərbaycan investor kimi müraciət edə bilər. İkincisi, nəzərə almaq lazımdır ki, Türkiyə Naxçıvana dəmir yolu çəkir və bu məqsədlə 2 milyard dollar vəsait ayırıb. Bu layihə reallaşsa, Naxçıvan Muxtar Respublikasının ərazisindən çıxan dəmir yolu Ermənistana daxil olmayacaq.

Ermənilər bundan narahatdır. Ona görə də rəsmi İrəvan çalışır ki, dəmir yolunun Mehri hissəsi “Tramp marşrutu”na daxil olsa belə, Avropa İttifaqı öz layihəsini gündəmə gətirsin dəmir yolu xəttinin bir hissəsi Ermənistana daxil olsun. Yəni Naxçıvandan birbaşa Türkiyəyə dəmir yolu ilə nəqliyyat əlaqəsi olmasın.

Bu gün Azərbaycan cəmiyyətinin bəzi nümayəndələri Paşinyanın şəninə az qala sağlıq deyirlər. Onlar məğlub olub Qarabağı qaytarıblar. Anklavların qaytarılmasını elə təqdim edirlər ki, sanki öz torpağımızı özümüzə hədiyyə verirlər.

Guya ki, Paşinyan Rusiyaya qarşıdır. Bunlar hamısı yalandır. Rusiyanın əlində imkan olsaydı, onlara kömək edərdi. Sadəcə imkanı yoxdur. İndi də dəmir yollarını satırlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryan yenidən xəstəxanaya yerləşdirilib - “Yerevan Today”
Bu gün, 08:35
Neftin qiyməti 88 dollardan aşağı enib
Bu gün, 08:15
Vüsal Nəsirli Saleh Məmmədovun kadrları ilə dil tapdı - AAYDA-da görünən və ya görünməyən oyunlar
Bu gün, 08:08
Putin "B planı"nı işə saldı: - Avropaya hücum...
Bu gün, 08:04
Paşinyanın keçmiş hakimiyyətlə hesablaşması... - Koçaryan niyə həbs olundu?
Bu gün, 08:02
Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər? - Millət vəkili AÇIQLADI
Bu gün, 07:59
“İrşad”da böyük endirim yalanı iddiası - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Köçəryan üçün Azərbaycan təhlükəsi - “Gələcəkdə Bakıya təhvil verilə bilər”
Bu gün, 07:49
Ermənistan dəmir yollarını Azərbaycan alır? - AKTUAL
Bu gün, 07:47
Paşinyan və Moskva arasında “siçan-pişik” oyunu - NƏ BAŞ VERİR?
Bu gün, 07:45
"ASK SECURİTY" MMC-nin 31 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:42
Şuşadan qaçan Ohanyan GİLEYLƏNİR – “Əsgərlərimiz postda yatır”
Bu gün, 07:39
İtaliya Ukraynaya ballistik raketlərə qarşı raketlər göndərmək qərarına gizli şəkildə razılıq verib - "La Repubblica"
Bu gün, 07:35
Abşeronneft-də durum DAHA BETƏRDİR - Cəzasız qaldıqca...
Bu gün, 07:30
Yoxsa, "Ailəm var, uşaqlarım var" deyib ağ vərəq imzalamır... - ANIM
Bu gün, 07:20
Keçmiş başçıdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Şirkət ona məxsusdur..."
Bu gün, 07:14
Sakinlər AYNA şefinə müraciət etdi - BUNA GÖRƏ
Bu gün, 07:05
Problemli kreditlər PROBLEMƏ ÇEVRİLİR... - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:54
MKİ direktorunun Putinlə MƏXFİ GÖRÜŞÜ - KİV
Bu gün, 06:52
"Bu gün kiçik-orta biznes namusuna boğulub işləyir" - partiya sədri
Bu gün, 06:48
SOCAR AQŞ-dəki ölüm TƏSADÜFİ DEYİLMİŞ.. - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:44
Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? - SİYAHI
Dünən, 18:12
Reklam rəqəmsallaşdıqca niyə bulanıqlaşır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:11
Anasını amansızlıqla öldürən Emilə - 18 il həbs
Dünən, 18:08
Paşinyan Rusiyanın "radioaktiv siyasi tullantılar"ını "dəfn" edir: - "Qarabağ klanı" dağıdılır, Azərbaycanla sülh sazişinin önü açılır
Dünən, 18:06
Xəzərə görə Azərbaycan üçün yeni fürsət: - 5 qüvvə regionda rəqabəti artırır
Dünən, 17:32
SEPAH və Pezeşkian üz-üzə qaldı - Bir neçə həftə vaxt verildi
Dünən, 17:30
Köçəryana görə Rusiyadan gələcək zəng heç nəyi dəyişdirməyəcək - Simonyan
Dünən, 16:45
"Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub
Dünən, 16:41
“Bu “aferist”lərin əlinə düşməyin” – Tanınmış aktrisa “Kontakt Home”u biabır etdi
Dünən, 16:38
Paşinyanın Bakıya qarşı ən böyük səhvi: - Rusiyadan sonra Avropaya da yox deyilir?
Dünən, 16:33
Avropa İttifaqı “qara pullar”ın Gürcüstana daxil edilməsinin yolunu axtarır - Qorduladze
Dünən, 16:30
Ermənistanda qərargah rəisi saxlanıldı - Əsgər ölümü
Dünən, 16:27
Azərbaycanda çay istehsalçısına yeni rəhbər təyin edilib - ƏMR
Dünən, 16:22
Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? - SİYAHI
Dünən, 16:18
AZAL uçuş dəyişiklikləri ilə bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Dünən, 16:14
Problemli kreditlər 723 milyon manata çatdı - Son 1 ildə 37% artım
Dünən, 16:12
İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb - SEPAH
Dünən, 16:07
Hərbi möhlətlər bu halda ləğv ediləcək - DİQQƏT
Dünən, 16:04
"Qanuni oğru" olduğu üçün 10 il həbs cəzası aldı - DETALLAR
Dünən, 15:06
Pərvin Salahovaya bu agentlikdə vəzifə verildi
Dünən, 15:03
Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək
Dünən, 14:57
Polad müəllim... bu xanım bəs, sizin yanınızda NİYƏ VAR? - "Biz saatlarla gözlədik..."
Dünən, 14:48
Polad Bülbüloğlunun yenidən evlənməsi xəbəri doğru deyilmiş... - SƏN DEMƏ...
Dünən, 14:43
Tək "Qarabağ"ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar - Qurban Qurbanov
Dünən, 14:38
13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? - Sakinlər Prezidentə müraciət etdi
Dünən, 14:34
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının cəzası ağırlaşdırıldı
Dünən, 13:06
“Müsəlman dövlətlərinin ittifaqı yaradılmalıdır” - Pezeşkian
Dünən, 13:04
Əməkdar artist KİMİ QINADI: - "Səsi olmayana deyir, "əla oxudun""
Dünən, 13:01
“Satışa çıxarılan milyonluq villa…” – Xalq artistinin qızı gerçəyi AÇIQLADI
Dünən, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru