Əsas Səhifə > Üst manşet / Güney Press > "Əfsələddin Buğayevdən şikayət etsəm də..."

"Əfsələddin Buğayevdən şikayət etsəm də..."


Bu gün, 05:46

"Zaqataladan əlil adamam... Xəstəxanaya müraciət edirəm, baxan yoxdur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Nail Hacıyev adlı istifadəçi yazır və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Əfsələddin Buğayevdən gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "Direktor Əfsələddin Buğayevdən Prezidentə yazıram, şikayətim ünvana çatmır... Məktubuma cavab yoxdur.

Bu müraciəti yazma məqsədim də odur ki, Şikayətə baxılmır. İş artıq o həddə çatıb ki, mən əlil gənc intihar etməli olacam.

Əfsələddin Buğayev isə deyir ki, bacardığını elə... Kimdir ki, xəstə əlili eşidən... Qalmışıq çıxılmaz vəziyyətdə..."



Geri qayıt