1822 Çağrı mərkəzinin mənə verdiyi rəsmi cavab isə belədir: "Sistem xətası olub, sizin pulunu ödədiyiniz yeri biz başqa sərnişinə satmışıq. İndi yenidən daxil olun, 254 AZN ödəyib təzə bilet alın."
Hörmətli ADY rəhbərliyi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408ci maddəsinə əsasən, tarif müqabilində vəsait kartdan silindiyi andan etibarən daşıma müqaviləsi bağlanmış hesab olunur. Qurumun öz daxili texniki qüsurunun maddi bədəlini sərnişinə yükləməsi, tam ödənilmiş yeri başqasına satıb, eyni xidmət üçün 2.5 dəfə baha qiymət tələb etməsi hansı hüquqa və istehlakçı mədəniyyətinə sığır?
Mən sizdən pulun geri qaytarılmasını tələb etmirəm! Mən AR MM-nin 442ci maddəsinə uyğun olaraq öhdəliyin eyni ilə icrasını texniki xəta ucbatından mənimsənilən 26 May reysli Qardabani-Bakı qanuni biletimin dərhal bərpa olunmasını tələb edirəm.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi pretenziya məktubumu hazırlamışam. Amma mənim səfərimə cəmi 2 gün qalıb. Bu iki uşağın atalarına qovuşmaq haqqını, bir atanın övladına verdiyi sözü öz sistem xətalarınıza qurban verməyin.
Məsələnin ictimaiyyət və rəsmi qurumlar qarşısında hüquqi müstəvidə daha da böyüməməsi üçün ADY rəhbərliyindən və İctimaiyyətlə Əlaqələr şöbəsindən bu xidmət qüsurunun operativ şəkildə həll edilməsini və biletimin bərpa olunmasını tələb edirəm..."









