
Avropa Birliyi (AB) heç bir əsas olmadan Rusiya ilə müharibəyə girməyə çalışır.
Axar.az xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo X səhifəsində yazıb.
Onun fikrincə, yaxın vaxtlarda yenidən Rusiya-Ukrayna məsələsi gündəmə gələcək:
"Artıq kansler Fridrix Merz dəli kimi Almaniyada Rusiyaya qarşı müharibəni alovlandırmağa çalışır. Fransa Prezidenti Emmanuel Makron, şübhəsiz ki, öz üzərinə düşəni etmək istəyəcək və tezliklə bizə çılğın sensasiya yaşadacaq".









