Əsas Səhifə > Üst manşet / Güney Press > Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ

Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ


Bu gün, 06:48
"Aşağıdakı şəkildə gördüyünüz bu iki azyaşlı uşaq günlərdir günləri, saatları sayır ki, ataları 27 May səhər tezdən Bakıya çatacaq və onlara sarılacaq. Mən kişi kimi övladlarıma söz vermişəm və hər bir ata bilir ki, övladın qarşısında verilən sözün çəkisi nədir..." "DİA-AZ" xəbər verir ki, bu sözlər Şahmir Sofiyev adlı vətəndaşın Azərbaycan Dəmir Yolları (ADY) İdarəsi  rəhbərliyinə ünvanladığı müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Mən ailəmə qovuşmaq üçün 26 May saat 22:55-də yola düşən Qardabani-Bakı qatarına onlayn sisteminiz vasitəsilə bilet aldım. Sisteminiz ****5631 sonluqlu kartımdan biletin tam dəyərini 163.63 Lari (102.12 AZN) vəsaiti uğurla sildi (Bank çıxarışı və sistem xətası skrinşotları rəsmi olaraq əlimdədir). Lakin ADY-nin daxili sistem xətası ucbatından bilet mənə təqdim olunmadı.
1822 Çağrı mərkəzinin mənə verdiyi rəsmi cavab isə belədir: "Sistem xətası olub, sizin pulunu ödədiyiniz yeri biz başqa sərnişinə satmışıq. İndi yenidən daxil olun, 254 AZN ödəyib təzə bilet alın."
Hörmətli ADY rəhbərliyi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408ci maddəsinə əsasən, tarif müqabilində vəsait kartdan silindiyi andan etibarən daşıma müqaviləsi bağlanmış hesab olunur. Qurumun öz daxili texniki qüsurunun maddi bədəlini sərnişinə yükləməsi, tam ödənilmiş yeri başqasına satıb, eyni xidmət üçün 2.5 dəfə baha qiymət tələb etməsi hansı hüquqa və istehlakçı mədəniyyətinə sığır?
Mən sizdən pulun geri qaytarılmasını tələb etmirəm! Mən AR MM-nin 442ci maddəsinə uyğun olaraq öhdəliyin eyni ilə icrasını texniki xəta ucbatından mənimsənilən 26 May reysli Qardabani-Bakı qanuni biletimin dərhal bərpa olunmasını tələb edirəm.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi pretenziya məktubumu hazırlamışam. Amma mənim səfərimə cəmi 2 gün qalıb. Bu iki uşağın atalarına qovuşmaq haqqını, bir atanın övladına verdiyi sözü öz sistem xətalarınıza qurban verməyin.
Məsələnin ictimaiyyət və rəsmi qurumlar qarşısında hüquqi müstəvidə daha da böyüməməsi üçün ADY rəhbərliyindən və İctimaiyyətlə Əlaqələr şöbəsindən bu xidmət qüsurunun operativ şəkildə həll edilməsini və biletimin bərpa olunmasını tələb edirəm..."

Geri qayıt