"TƏBİB-ə yeni rəhbər gəlib və yeni komanda formalaşdırır. Çox ümid edirəm yeni rəhbərlik digər problemlərlə yanaşı ölüm haqqında arayışın alınması prosedurunun asanlaşdırılması istiqamətində səy göstəriləcək..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış iqtisadçı ekspert Samir Əliyev qeyd edib.
O daha sonra bildirir: "Ölüm kağızının (Ölüm haqqında Şəhadətnamə) alınmasında insanlar çox əziyyət çəkir, get-gələ salınır, məhkəmələrə üz tuturlar. Özüm şəxsən bunun şahidi olmuşam. Problem hələ də həll olunmamış qalır. Ölüm kağızının alınması prosesində ən böyük əngəl TƏBİB-ə məxsus klinikalardan ölüm haqqında arayışın alınmasıdır. Əgər mərhum(ə) sağlığında sahə həkiminin qəbulunda olmayıbsa dünyasını dəyişəndə yaxınları arayış ala bilmirlər. Yeganə yol məhkəmədir, bu isə əlavə xərc və zaman itkisidir..."









