Yeni sahibkar kimləri işdən çıxara bilər? .....                     “Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır .....                     Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi .....                     Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə .....                     "Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." .....                     Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya .....                     “Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? .....                     Eldar Əzizov rəisi işdən çıxardı .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq .....                     “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur .....                     Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı .....                     Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir .....                     “Mehdiyev işi”ndə yeni gəlişmə .....                     "Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır .....                     Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir .....                     Rusiya artıq müharibəni uduzub, çünki Putin... .....                     "İlhamə Novruzova bizi boğaza yığıb..." .....                     ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər .....                     Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi .....                     Naxçıvanda Milyonluq tender təxirə salındı .....                     Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... .....                     Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb .....                     ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib .....                     Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                     Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ .....                     "Müəllim psixoloqun işini görməməlidir" .....                     İflasdan sonra müəmmalı satışlar .....                     "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" .....                 

Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir - GƏLİŞMƏ
Tarix: Bu gün, 09:41 | Çap et

“EUObserver” nəşrinin məlumatına görə, Avropa İttifaqı “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı nəqliyyat dəhlizi layihəsinə qoşulmaq niyyətindədir. Brüsselin qiymətləndirməsinə görə, bu marşrut Rusiyadan yan keçən alternativ ticarət yolu ola və Ermənistanı Avrasiya logistika zəncirlərinə daha dərindən inteqrasiya edə bilər.

Aİ nümayəndəsinin sözlərinə görə, hazırda Çindən Avropaya yüklərin daşınması təxminən 42 gün çəkir, lakin Orta dəhliz səmərəli işləyərsə, bu müddət 12-13 günə qədər azala bilər. Bununla yanaşı, bəzi ekspertlər Avropa İttifaqını strateji liderliyin zəifliyi və qərarların ləngliyi səbəbindən tənqid edirlər. Onların fikrincə, bu vəziyyət regionda narazılıq yaradır və ABŞ-nin Cənubi Qafqazda təsirini gücləndirir.

Avropa İttifaqının Zəngəzur dəhlizi və ümumilikdə TRIPP layihəsinə maraq göstərməsi ilk baxışda iqtisadi təşəbbüs kimi təqdim olunsa da, məsələnin mahiyyəti daha çox geosiyasi rəqabətlə bağlıdır. Brüssel uzun müddətdir ki, Rusiyadan yan keçən alternativ nəqliyyat marşrutları axtarır və bu baxımdan Orta dəhliz onun üçün cəlbedici görünür. Lakin Aİ-nin prosesə gec qoşulmaq istəyi müəyyən suallar doğurur: bu, real strateji planın tərkib hissəsidir, yoxsa ABŞ-nin bölgədə artan fəallığına verilən gecikmiş reaksiya?

Reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda logistika layihələri artıq böyük güclərin rəqabət meydanına çevrilib. ABŞ-nin TRIPP kimi təşəbbüslərlə regionda mövqeyini gücləndirməyə çalışdığı bir vaxtda, Aİ-nin qərar verməkdə ləng davranması onun təsir imkanlarını zəiflədir. Bu isə Brüsselin regionda “oyun qurucu” deyil, daha çox “qoşulan tərəf” kimi çıxış etməsi riskini artırır. Digər tərəfdən, Zəngəzur dəhlizi təkcə iqtisadi layihə deyil, həm də siyasi həssas məsələdir. Ermənistanın bu marşrut vasitəsilə regional iqtisadi sistemə inteqrasiyası nəzəri olaraq mümkün görünsə də, praktikada təhlükəsizlik, suverenlik və regional balans kimi faktorlar prosesi mürəkkəbləşdirir. Aİ-nin bu incə məqamları nə dərəcədə nəzərə aldığı isə hələ aydın deyil. Ümumilikdə, Brüsselin təşəbbüsü region üçün yeni imkanlar vəd etsə də, gecikmiş qərarlar və vahid strategiyanın olmaması Aİ-nin bu oyunda əsas aktora çevrilməsini çətinləşdirir.

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, “EUObserver” nəşrinin yaydığı məlumat Avropa İttifaqının Cənubi Qafqaz və Orta Asiya istiqamətində geosiyasi maraqlarının yeni mərhələyə keçdiyini göstərir: “Brüsselin TRIPP layihəsinə maraq göstərməsi zahirdə iqtisadi-logistika təşəbbüsü kimi təqdim olunsa da, prosesin arxasında daha geniş geosiyasi və strateji məqsədlərin dayandığı aydın görünür. Əslində söhbət yalnız yükdaşımaların sürətləndirilməsindən deyil, Avrasiya məkanında yeni güc balansının formalaşdırılmasından gedir. Son illərdə qlobal ticarət marşrutlarının təhlükəsizlik və siyasi risklər səbəbindən yenidən dizayn olunması prosesi sürətlənib. Rusiya-Ukrayna müharibəsi, Qırmızı dənizdə təhlükəsizlik böhranı, Çin-Qərb münasibətlərində gərginliyin artması və enerji-logistika təhlükəsizliyi məsələləri Avropa üçün alternativ dəhlizlərin əhəmiyyətini ciddi şəkildə artırıb. Bu baxımdan Orta dəhliz - Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan marşrut artıq yalnız iqtisadi layihə deyil, strateji təhlükəsizlik platforması kimi qəbul olunur”.

E.Mirzəbəyli qeyd etdi ki, Avropa İttifaqının diqqətini xüsusilə cəlb edən məqamlardan biri də yükdaşımaların müddətidir: “Hazırda Çindən Avropaya ənənəvi marşrutlarla daşınmaların 35-45 gün çəkməsi, Orta dəhlizin isə tam səmərəli fəaliyyəti zamanı bu müddətin 12-13 günə qədər azala bilməsi Brüssel üçün ciddi iqtisadi üstünlük vəd edir. Bu isə Avropa iqtisadiyyatının təchizat zəncirlərində çevikliyi artırmaq baxımından həyati əhəmiyyət daşıyır. Lakin burada diqqət çəkən əsas məsələ Avropa İttifaqının prosesə gecikmiş reaksiyasıdır. Brüsselin indiki fəallığı müəyyən qədər gecikmiş siyasi reaksiya təsiri bağışlayır. Çünki regionda ABŞ-nin aktivləşməsi və Vaşinqtonun TRIPP kimi təşəbbüslərlə Cənubi Qafqazda yeni geosiyasi mövqe qazanmağa çalışması Avropa İttifaqını daha fəal davranmağa məcbur edir”. Milli Məclisin üzvü əlavə etdi ki, ABŞ bölgədə yalnız iqtisadi deyil, həm də siyasi-strateji təsir imkanlarını genişləndirməyə çalışır: “Aİ-nin burada əsas problemi isə strateji qərarvermə mexanizmlərinin ləngliyidir. Brüssel uzun müddətdir ki, qlobal geosiyasi proseslərdə iqtisadi nəhəng-siyasi cırtdan kimi xarakterizə olunur. Avropa İttifaqı maliyyə və texnoloji potensial baxımından böyük imkanlara malik olsa da, sürətli və vahid siyasi qərar qəbul etməkdə çətinlik çəkir. Xüsusilə də Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionlarda bu problem daha aydın görünür. ABŞ isə daha çevik davranır. Vaşinqton regional layihələrə daha operativ siyasi dəstək verir, təhlükəsizlik məsələlərini birbaşa geosiyasi strategiyanın tərkib hissəsi kimi təqdim edir və proseslərə daha aydın, birmənalı və vaxt itkisinə səbəb ola biləcək manevrlər etmədən diplomatik müdaxilə edir. Bu səbəbdən də Avropa İttifaqının mövqeyi daha çox prosesə sonradan qoşulan aktor reallığını yaradır”.

E.Mirzəbəyli vurğuladı ki, digər mühüm məsələ Ermənistan faktorudur: “Brüssel hesab edir ki, Zəngəzur dəhlizi və TRIPP layihəsi Ermənistanın regional iqtisadi sistemə inteqrasiyasını sürətləndirə bilər. Nəzəri baxımdan bu, mümkündür. Ermənistan uzun illər regional kommunikasiya layihələrindən kənarda qaldığı üçün ciddi iqtisadi və tranzit itkiləri ilə üzləşib. Yeni marşrutların açılması İrəvan üçün iqtisadi nəfəs yolu hesab oluna bilər. Lakin burada ciddi siyasi və təhlükəsizlik problemləri var. İrəvanda bəzi siyasi dairələr dəhlizi "suverenlik riski" kimi təqdim edir və prosesin Türkiyə-Azərbaycan tandeminin regional təsirini artıracağını düşünürlər. Eyni zamanda İran hesab edir ki, bu marşrut onun regiondakı tranzit üstünlüklərini zəiflədə və Türkiyə-Qərb xəttinin təsirini gücləndirə bilər".

Analitik bildirdi ki, Rusiyanın da prosesə münasibəti tam neytral deyil: “Moskva regionda nəqliyyat-kommunikasiya layihələrinin öz nəzarətindən kənarda inkişaf etməsini strateji risk kimi qiymətləndirir. Belə bir mürəkkəb geosiyasi mənzərədə Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq təkcə enerji ixracatçısı deyil, Avrasiyanın əsas logistika və kommunikasiya mərkəzlərindən birinə çevrilməkdədir. Rəsmi Bakı uzun illərdir həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində həm Qərb, həm Türkiyə, həm Mərkəzi Asiya, həm də digər regional aktorlarla münasibətlərdə çevik manevr imkanları əldə edib. Bu isə Azərbaycanın Orta dəhlizdə əsas açar dövlət statusunu gücləndirir. Bunun üçün daha çevik siyasi qərarlar, təhlükəsizlik məsələlərinə realist yanaşma və region dövlətlərinin, xüsusilə də Azərbaycanın mövqeyini və maraqlarını nəzərə alan uzunmüddətli strategiya tələb olunur. Əks halda, Cənubi Qafqazda formalaşan yeni logistika və geosiyasi arxitekturanın əsas konturları Aİ-nin iştirakı olmadan müəyyənləşəcək”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni sahibkar kimləri işdən çıxara bilər? - Ali Məhkəmənin QƏRARI
Bu gün, 10:39
“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Bu gün, 10:37
Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi - DETALLAR
Bu gün, 10:29
Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." - "Armtimes"
Bu gün, 10:19
Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya nə qədər cəza verilib?
Bu gün, 10:18
“Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? - GÖZLƏNTİ
Bu gün, 10:12
Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
Bu gün, 10:07
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 10:06
Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq - Melkonyan
Bu gün, 10:00
“Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - SİYAHI
Bu gün, 09:56
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur - MƏQALƏ
Bu gün, 09:53
Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı - ƏMR
Bu gün, 09:49
Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir - GƏLİŞMƏ
Bu gün, 09:41
“Mehdiyev işi”ndə yeni gəlişmə - TƏFƏRRÜAT
Bu gün, 09:40
"Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:29
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:24
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Bu gün, 08:21
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Bu gün, 08:06
"İlhamə Novruzova bizi boğaza yığıb..." - ETİRAZ VAR!
Bu gün, 08:00
ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər - KİV
Bu gün, 07:43
Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi
Bu gün, 07:42
Naxçıvanda Milyonluq tender təxirə salındı - SƏBƏB
Bu gün, 07:38
Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
"Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36
ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25
Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru