Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi .....                     Yenicag.az saytının 19 yaşı tamam olur .....                     Cahid Şahbazovun DAHA BİR QURBANI... .....                     Kredit kartları ilə əməliyyatlar niyə azalıb? .....                     Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... .....                     Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı .....                     Ermənistanın “komplementar siyasəti” .....                     "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir .....                     Səbrin də bir həddi var .....                     Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... .....                     Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir .....                     Adil Əliyev yaxşı başçı olsaydı... .....                     Anar Bayramovdan yeni təyinat .....                     "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? .....                     Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi .....                     “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır .....                     Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... .....                     Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” .....                     “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” .....                     Xark adasında İrana məxsus tanker hədəfə alınıb .....                     Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək .....                     Rusiya Azərbaycanın tərəfində olacaq .....                     “Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? .....                     "Ailəli qadınlar məndən açıq geyinirlər" .....                     Azərbaycanlı uşaq ögey atasını öldürdü .....                     Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər .....                     ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər .....                     “Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi .....                     ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU .....                     “Ermənistanda zəhərli ideologiya hələ də qalır” .....                     Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir .....                     Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? .....                     Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir .....                     Azad Rzayevin şirkəti dövlətə borclandı .....                     Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər .....                     Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? .....                     44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır .....                     Qəbul imtahanlarına indi də PİSA yeniliyi: “Çox absurd olar” .....                     Onları teatrın dedi-qodusu ayırdı... .....                     Bayramovun "sərəncamı" icra olunacaqmı? .....                 

Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
Tarix: Bu gün, 12:39 | Çap et

Bakının mərkəzində, yeni metronun qarşısında özbaşınalığın mənzərəsi görənləri dəhşətə gətirir. Sakinlərin hüquqları kiminsə cinayət əməlinə görə tapdanır. Görünən mənzərə Bakının mərkəzində “kim güclüdürsə, o da haqlıdır” prinsipinin işlədiyi görüntüsü yaranıb.

Söhbət Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi 108 ünvanında, yeni metro stansiyasının qarşısındakı hündürmərtəbəli binanın sakinlərinin üzləşdiyi vəziyyətdən gedir. Sakinlər Modern.az-a müraciət edib, baş verənlərlə bağlı fotoşəkillər təqdim ediblər.

Fotolardan və sakinlərin bildirdiklərindən belə görünür ki, binanın qarşısında əlavə qurğu və dəmir konstruksiya quraşdırılıb. Məsələnin ən diqqətçəkən tərəfi həmin konstruksiyanın sakinlərdən birinin metroya baxan pəncərəsinin qarşısını bağlamasıdır.Yəni bir vətəndaş öz mənzilində pəncərədən normal istifadə etmək imkanından məhrum edilir. Bununla da məsələ bitmir. Sakinlərin sözlərinə görə, binaya verilən qazı paylayan qurğu da əvvəlki yerindən çıxarılaraq qonşunun girişinin pilləkən hissəsinə yerləşdirilib. Bir sakinin pəncərəsi bağlanır. Digər sakinlərin gediş-gəlişinə maneə yaranır.

Ümumi istifadə sahəsinə müdaxilə edilir. Və bütün bunların fonunda ən sadə sual cavabsız qalır, bunu kim edib və hansı əsasla edib? Bütün bunlara kim icazə verib? Əgər icazə verilməyibsə, günün günorta çağı Bakının mərkəzində, insanların yaşadığı çoxmərtəbəli binanın qarşısında belə bir qurğunun quraşdırılmasına hansı dövlət qurumu və necə göz yumub? Çünki burada söhbət sadəcə dəmir konstruksiyadan getmir. Burada söhbət vətəndaşın mülkiyyət və istifadə hüququna, yaşayış şəraitinə, ümumi istifadədə olan ərazilərdən istifadə imkanına və təhlükəsiz hərəkət hüququna mümkün müdaxilədən gedir. Sakinlərin əsas narazılığı da məhz budur.

Onlar bu işi həyata keçirən şəxslərdən ciddi şəkildə narazıdırlar. Amma məsələni daha böyük problemə çevirən həmin özbaşınalığın qarşısını almalı olan qurumların susmasıdır. Çünki hüquqi dövlətdə vətəndaşın hüququnun müdafiəsi onun “güclü tanışı”nın olub-olmamasından asılı olmamalıdır.Azərbaycanda dövlət siyasəti insanlara xidmətdən, onların hüquqlarını qorumaqdan keçir. Hansısa yerli məmur bu siyasəti zədələyirsə, dolayısı ilə dövlətə qarşı çıxmış olur.

Qanun kiminsə dəmir konstruksiya quraşdırmaq imkanı varsa, bu, ona başqasının pəncərəsini bağlamaq hüququ vermir. Kiminsə müəyyən qurğu yerləşdirmək imkanı varsa, bu, digər sakinlərin giriş-çıxışını çətinləşdirmək səlahiyyəti demək deyil. Şəxsi maraq ümumi istifadədə olan sahənin və başqa vətəndaşın hüququnun üstünə çıxa bilməz.

Ən maraqlı məqam budur ki, hadisə ucqar ərazidə, gözdən uzaq bir yerdə baş verməyib. Söhbət Bakının mərkəzindən, yeni metrostansiyasının qarşısından gedir. Belə bir ərazidə əlavə konstruksiyanın quraşdırılması, ümumi sahəyə müdaxilə və qaz qurğusunun yerinin dəyişdirilməsi kimi məsələlərin aidiyyəti qurumların diqqətindən kənarda qalması ciddi suallar yaradır. Əgər bütün bunlar qanuni əsaslarla həyata keçirilibsə, aidiyyəti qurumlar bunu sənədlərlə açıqlamalıdır.

Əgər qanunsuz aparılıbsa, onda daha sadə sual meydana çıxır. Niyə indiyədək müdaxilə edilməyib? Dövlət qurumunun əsas vəzifəsi yalnız vətəndaş müraciət etdikdən sonra reaksiya vermək olmamalıdır. Dövlət nəzarəti həm də özbaşınalığın baş verməsinə imkan verməməkdir. Əks halda vətəndaş əvvəlcə hüququnun pozulmasını gözləyir, sonra aylarla qapı-qapı düşür, ərizə yazır, cavab gözləyir. Sonda hüququ pozulan adam özünü müdafiə etmək üçün yenə özü mübarizə aparmalı olur.

Sakinlərin Modern.az-a bildiriblər ki, bu vəziyyətlə bağlı Allaha şikayət etməyi düşünürlər. Çünki yerdə onları dinləyən yoxdur.

3 Sentyabr 2026, 17:20


***

İmaddədin Nəsimidən Nəsimi rayonunun rəhbərliyinə MƏKTUB

Hörmətli Nəsimi rayonunun rəhbərliyi,

Mən İmadəddin Nəsimiyəm. Bu dəfə şeir yazmıram, bir pəncərədən söz açıram. O pəncərənin qarşısına dəmir çəkilib.
Bəlkə də məktubuma inanmayacaqsınız. Axı əsrlər əvvəl dünyadan köçmüş bir şair bu gün bir rayon rəhbərliyinə necə məktub yaza bilər?

Amma mənim sözlərim hələ də yaşayırsa, deməli, mən də bir az yaşayıram. Sizin rayon da mənim adımı daşıyır. Deməli, sizə məktub yazmaq haqqındayam.

Mən haqqı deyən sözün adamı olmuşam. Haqqı deməyin insanın dərisindən baha başa gəldiyi vaxtlarda yaşamışam. Dərimi soydular, amma sözümü soya bilmədilər.

İndi isə oxuyuram ki, adımı daşıyan rayonda bir vətəndaşın pəncərəsinin qarşısı dəmir konstruksiya ilə bağlanıb, digər sakinlərin giriş-çıxışı məhdudlaşıb. Qaz qurğusunun yeri dəyişdirilərək qonşu girişinin pilləkən hissəsinə keçirilib.

Mən bu xəbərlə tanış olanda konstruksiyaya diqqət eləmədim, insana baxdım. Dəmirin nə günahı var, o dəmir metal olaraq qalır. Onu insanın haqqının üstünə qoyanda problem başlayır. Bir pəncərənin qarşısında dəmir qoyanda bütün mənzərəni dəyişir. İnsanın dünyasını alt-üst edir. Siz pəncərəyə evin divarındakı boşluq kimi baxmayın. Pəncərə insanın dünyaya baxdığı, nəfəs aldığı məkandır.

İndi siz düşünün, bir insan səhər pəncərəsini açır və qarşısında göyü yox, dəmiri görür. Qapısından çıxır, yolunun daraldığını görür. Gördüklərindən aidiyyəti qurumlara müraciət edir.

Cavab gözləyir, gözləyir və bir gün məmur qapısından ümidini kəsib göyə baxır. Allaha şikayət etmək qərarına gəlir. Məni bu məsələ çox düşündürdü. Vətəndaşın Allaha şikayət etməsi yox, məmurun qapısında əlacsız qalması ağırdır. İnsan məmura ona görə müraciət edir ki, haqqının yerdə qorunacağına inansın. Yerdə cavab tapmırsa, göyə üz tutur.

Siz buna bir vətəndaşın taleyi kimi yanaşmayın, torpaqlarını işğaldan azad etmiş qalib dövlətin inamını sınağa çəkirsiniz.

Siz mənim şeirlərimi oxumamısınızmı? Mən həmişə insanın ucalığından yazmışam. Mən demişəm ki, “Məndə sığar iki cahan, mən bu cahana sığmazam...”

Bu misraların əsrlər sonra başqa bir sual kimi qarşınıza çıxacağını düşünməzdim, iki cahanı özündə sığdıran insana niyə öz evinin pəncərəsi çox görülməlidir. Niyə birinin insan kimi yaşaya bilməsi digərinin maraqlarına qurban verilməlidir?

Adımı daşıyan rayonda belə sualların yaranması mənə ağır gəlir. Siz Nəsimi adına lövhə kimi baxmayın. O adın içində bir tarix, bir insan var. O adda insan kiçildilməməlidir.

Sizdən çox şey istəmirəm, bir anlıq vəzifənizi kənara qoyun. Özünüzü həmin mənzildə yaşayan insanın yerində hiss edin. Pəncərənizin qarşısında dayanın, dəmirə baxın.

Sonra özünüzdən soruşun ki, bu dəmir mənim pəncərəmin qarşısında olsaydı, bunu ədalətli hesab edərdimmi? Cavabınız “xeyr”dirsə, məsələ həllini tapdı. Ədalət çox vaxt özünü başqasının yerinə qoya bilməkdə başlayır.

Sizə daha bir söz də deyim, bir insanın pəncərəsini bağlamaq da, bir qərarı imzalamaq da asan görünə bilər. Amma bir insanın içində yaranan “mənim səsim heç kimə çatmır” hissini bərpa etmək çox çətindir. Dəmir sökülər, divar tikilər, yol açılar. Vətəndaşın qalib dövlətinə inamında yaranan çatın təmiri illər çəkə bilər. Belə etməyin...

Mən İmadəddin Nəsimiyəm. Adımı daşıyan rayona etiraz edirəm. İstəyirəm ki, mənim adımı daşıyan rayonda heç kim haqqını axtararkən özünü yad hiss etməsin. Burada pəncərələr dəmirə yox, ədalətə açılsın. Əks halda adımın sizin rayondan geri alınmasını tələb edəcəm.

Hörmətlə,
İmadəddin Nəsimi

Bu gün, 11:45









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
Bu gün, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
Bu gün, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Bu gün, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
Bu gün, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
Bu gün, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
Bu gün, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
Bu gün, 12:55
Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
Bu gün, 12:52
Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
Bu gün, 12:39
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
Bu gün, 12:33
Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
Bu gün, 12:25
Anar Bayramovdan yeni təyinat - ƏMR
Bu gün, 12:04
"Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
Bu gün, 12:02
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Bu gün, 11:57
“Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
Bu gün, 11:50
Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
Bu gün, 11:47
Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
Bu gün, 11:36
“Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
Bu gün, 11:28
Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
Bu gün, 11:16
Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
Bu gün, 10:58
Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
Bu gün, 10:55
“Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
"Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
Bu gün, 10:40
Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:36
Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
Bu gün, 10:29
ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
Bu gün, 08:47
“Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
Bu gün, 08:41
ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
Bu gün, 08:37
“Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
Bu gün, 08:32
Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
Bu gün, 08:25
Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir - İNCƏLƏMƏ
Bu gün, 08:22
Azad Rzayevin şirkəti dövlətə borclandı - 248 min manatdan çox...
Bu gün, 08:20
Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər - "Politico"
Bu gün, 08:18
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? - ŞƏRH
Bu gün, 08:16
44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır – prezident yeni rəqəmi dedi
Bu gün, 08:15
Qəbul imtahanlarına indi də PİSA yeniliyi: “Çox absurd olar” - Ekspert deyir ki...
Bu gün, 08:13
Onları teatrın dedi-qodusu ayırdı... - “Həyatda mənimki gətirmədi”
Bu gün, 08:05
Bayramovun "sərəncamı" icra olunacaqmı? - GƏLİŞMƏ
Bu gün, 08:00
AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
Bu gün, 07:54
Ukrayna və Rusiya arasında HAVA DURUMU... - Görünəni odur ki...
Bu gün, 07:10
Bizdə ölənlərin sayı niyə bu qədər çoxdur... - ÇÜNKİ...
Bu gün, 07:07
"Azərbaycan “demokrafik quyuya” düşür-düşəcək..." - partiya sədri
Bu gün, 07:03
"Filiala getdim və nəticə yoxdur..." - GİLEY
Bu gün, 07:00
"Şirbala"nın "Nazlısı"nın faciəvi həyatı - ANIM
Bu gün, 06:49
Kirayə ev bazarında SÜNİ BAHALAŞMA... - TƏBİİ MÜDAXİLƏ tələb edir!
Bu gün, 06:39
Dəlillər bizi mütləq ali bir Zəkaya aparır... - AKTUAL
Bu gün, 06:36
İndi deyirlər ki, müalicən neçəyə başa gəldi? - REPLİKA
Bu gün, 06:32
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 00:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru