Təsəvvür edin... Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından zar-zor "putyovka" əldə edəsən ki, bəs fürsət bilib sağlamlığın qeydinə qalırsan... Bu da belə... "DİA-AZ" bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş bildirir: "Şikayətim Bilgəh Kardioloji Sanatoriyasındandır. Mənim bura gəldiyim gündən etibarən otaqlarda təmir gedir.
"Laqonda", drelin səsindən istirahət edə bilmirəm, müalicə ala bilmirəm.
Müdiriyyətə deməyimə baxmayaraq yenə təmiri dayandırmırlar..."






