İllik seminar çərçivəsində Ararat Mirzoyanın başçılığı ilə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi və xaricdəki diplomatik xidmət qurumlarının nümayəndələri Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd keçid məntəqəsini ziyarət ediblər.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, səfər zamanı Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan nəzarət-buraxılış məntəqəsinin təmiri və yenidən təchiz edilməsi ilə bağlı görülən işləri təqdim edib, onun istismara hazır olduğunu vurğulayıb.









