ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                     Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı .....                     Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? .....                     "Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                     Simonyan "rusları qəbul edə bilərik" dedi .....                     Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                     “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” .....                     Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                 

Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Tarix: Bu gün, 07:46 | Çap et


Son aylarda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı bir neçə dəfə sosial şəbəkələrdə yayılan qalmaqallı videolarda hallanıb.

Əvvəl əlil arabasında olan qazi Vətən Cəfərli ilə görüşün videosu yayıldı. Qazi səhhətindən, gözündəki problemdən danışırdı. Adil Əliyevin ona yaşıl çay içməyi, sonra isə çay paketini gözünün üstünə qoymağı məsləhət gördüyü görüntülər ciddi etiraz doğurdu.

Ardınca qazinin özü çıxıb bildirdi ki, məsələ yanlış təqdim olunub, Adil Əliyev onu təhqir etməyib, əksinə, qayğı göstərmək istəyib.

Bu günlərdə başqa bir hadisə yaşandı.

Şəhid atası Hüseyn Qasımov video yayıb Prezident İlham Əliyevə müraciət etdi. Hövsanda istifadə etdiyi torpaq sahəsinin əlindən alındığını iddia etdi, Adil Əliyevin adını çəkdi və bəzi torpaq sahələri ilə bağlı araşdırma aparılmasını istədi.

Çox keçmədi ki, ikinci video yayıldı.

Bu dəfə şəhid atası əvvəlki dediklərindən geri çəkildi, videonu sərxoş vəziyyətdə çəkdiyini və sözlərinin həqiqəti əks etdirmədiyini söylədi.

İndi sosial şəbəkələrdə daha bir vətəndaşın Adil Əliyevlə bağlı videosu dolaşır. Orada da qarşılıqlı ağır ifadələr, aşağılayıcı sözlər və məmur–vətəndaş münasibətinə yaraşmayan üslub müzakirə olunur.

Mən burada həmin insanların hansının haqlı, hansının haqsız olduğunu məhkəməsiz müəyyənləşdirmək istəmirəm.

Məni başqa məsələ maraqlandırır.

Niyə Azərbaycanda məmurdan şikayət edən vətəndaşın videosundan az sonra çox vaxt həmin adamın “məni səhv başa düşüblər”, “sərxoş idim”, “şikayətim yoxdur”, “məmur əslində mənə qayğı göstərib” dediyi başqa video ortaya çıxır?

Bu artıq ayrıca araşdırılmalı ictimai hadisədir.

Əgər bir vətəndaş yalan danışıbsa, faktlarla göstərilsin.

Əgər məmura böhtan atılıbsa, hüquqi prosedur işləsin.

Amma şikayət videosunun ardınca təkzib və üzr videosunun gəlməsi cəmiyyətin şübhəsini aradan qaldırmır. Əksinə, daha bir sual yaradır:

Bu insanlar fikirlərini niyə belə sürətlə dəyişirlər?

Normal media məhz burada meydana çıxmalıdır.

Jurnalist getməlidir qazinin yanına.

Şəhid atasının göstərdiyi torpaqların sənədlərini araşdırmalıdır.

İcra hakimiyyətindən cavab tələb etməlidir.

Kadastr məlumatlarına baxmalıdır.

Adil Əliyevin mövqeyini verməlidir.

Sonra da faktları cəmiyyətə təqdim etməlidir.

Azərbaycanda isə əsas problem məhz budur.

Belə videoların bir qismi saytlarda yayılsa da, ölkənin böyük televiziya kanallarında və hakimiyyətə yaxın əsas media məkanında yüksək vəzifəli məmurlar haqqında sərbəst, ardıcıl və ciddi araşdırma jurnalistikası demək olar görünmür.

Bunun əvəzində boşluğu sosial şəbəkələr doldurur.

Avropada yaşayan azərbaycanlı blogerlərin auditoriyasının böyüməsinin səbəblərindən biri də budur. İnsanlar dövlət televiziyasında və böyük kanallarda görmədikləri videoları YouTube-da, TikTok-da, Facebook-da axtarırlar.

Bu, blogerlərin hər dediyinin doğru olması demək deyil.

Amma azad media olmayan yerdə informasiya boşluğu yaranır. İnformasiya boşluğunu isə gec-tez başqaları doldurur.

Adil Əliyevin adı başqa ağır bir hadisənin fonunda da əvvəllər gündəmə gəlib.

Fransada yaşayan azərbaycanlı bloger Məhəmməd Mirzəli 2021-ci ildə Nant şəhərində bıçaqlanmazdan əvvəl Adil Əliyevdən hədələyici mesaj aldığını bildirmişdi. Reporters Without Borders də həmin mesaj barədə yazmışdı. Sonrakı Fransa məhkəmə prosesləri Mirzəliyə qarşı sui-qəsdlərin siyasi xarakterinə və Azərbaycan hakimiyyət dairələri ilə mümkün əlaqələrə dair ciddi faktlar ortaya qoyub.

Amma burada dəqiqlik vacibdir: açıq məhkəmə materialları Adil Əliyevin həmin sui-qəsdin sifarişçisi olduğunu müəyyənləşdirməyib. Ona görə bu məsələni ittiham kimi deyil, onun adının Mirzəli ilə bağlı əvvəldən yaranmış təhlükəli qarşıdurmada hallanması kimi qeyd etmək daha doğrudur.

Bütün bunların fonunda əsas sual yenə dəyişmir:

Azərbaycan məmuru vətəndaşla niyə belə münasibət qura bilir və Azərbaycan jurnalistikası niyə bunun ardınca gedib həqiqəti ortaya çıxara bilmir?

Problem təkcə bir icra başçısı deyil.

Problem elə bir sistemdir ki, məmur haqqında ilk məlumatı jurnalist araşdırmasından yox, təsadüfən telefon kamerasına düşmüş videodan öyrənirik.

Sonra şikayət edən adamın təkzib videosunu görürük.

Amma aradakı həqiqəti araşdırmalı olan media görünmür.

Azad medianın olmadığı yerdə məmurla vətəndaşın arasında kamera qalır.

Elbəy Həsənli,

P.S. Yazı müəllifin feysbuk hesabında yayımlanıb.

MİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Bu gün, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Dünən, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Dünən, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Dünən, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Dünən, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Dünən, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Dünən, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Dünən, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Dünən, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Dünən, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Dünən, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Dünən, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Dünən, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Dünən, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru