AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                 

Naxçıvan xəlvətinin DƏRƏ BƏYİ... - ŞOK FAKTLAR
Tarix: 28-06-2026, 11:30 | Çap et
"Naxçıvana son səfərim zamanı yerli sakinlər mənə ciddi iradlarını bildirirdilər. Deyirdilər ki, sən Vasif Talıbova “xan”, Fuad Nəcəfliyə isə “canişin” ünvanı yapışdırdın. Bəs niyə “Tendersatan” əfəndiyə düz-əməlli bir ünvan tapmayıbsan? Cavab verdim ki, mən əslində tapmışam..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Sadəcə siz onu mənim tapdığım ünvanla yad etmirsiniz. Soruşdular ki, tapdığın ünvan nədir? Dedim, dərəbəy - Naxçıvanın təzə dərəbəyi.
Dedilər onda “dərəbəy” sözünü izah edərsən, biz də oxuyub məlumatlanarıq. Mən də “baş üstə” deyib bu yazını qələmə aldım. Buyurun, bu da sizin üçün “Dərəbəylik dosyası”. Dədə Qorqud demişkən, adını mən verdim, siyasi həyatını Prezident, fiziki ömrünü isə Cənabi-Allah versin.
***
Azərbaycan xalqının müdrikliyinə heyran olmamaq mümkün deyil.
Babalarımızın, nənələrimizin müdrikliyi atalar sözlərimizə hopub. Belə müdrik atalar sözlərindən biri də “Dərə xəlvət, tülkü bəy”dir. Yeri gəlmişkən, bu atalar sözündən hərəkətlə deyə bilərəm ki, Naxçıvanın Əlixan məhəlləsinin sakinlərinin etirazlarına baxmayaraq, tülkü dərəbəyliyin baş kəndinə gözəl yaraşır. Necə olsa, Naxçıvan da paytaxtın gözündən uzaq bir məkanda – xəlvətdə yerləşir və tülkülərin bu şəhərin mərkəzinə toplanması təsadüfə bənzəmir.
Bunlar öz yerində, mən həmişə məlum atalar sözünü eşidəndə gözlərimin önündə “dərəbəylik” sistemi canlanıb. Təsadüfi deyil ki, atalar sözünün ilk kəlməsi ilə son kəlməsini birləşdirəndə “dərə-bəy” sözü hasil olur. Sanki atalarımız qəsdən bu aforizmi “dərə” ilə başlayıb, “bəy” ilə bitirib. Yəqin ki, məqsədləri iynələdikləri hədəfi göstərmək olub.
Dərəbəylik nədir?
Dərəbəyliklər feodal quruluşların yoxoluşlarından əvvəl kulminasiya nöqtəsinə çatması, şəxsi sədaqətin qanunları əvəz etdiyi rejimlərin adıdır. Bu cür təzahürlərin qarşısı vaxtında alınmasa, dövlətlər kiçik dərəbəyliklərin mənfəət savaşları arasında yıpranar, müxtəlif dövlətçiklərə bölünər və ardınca da xarici güc mərkəzləri tərəfindən yeyilib yox olarlar. Necə ki, 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində Əfşar və Qacar dövlətləri də dərəbəyliklərə bölünüb yer üzündən silindilər. Xüsusilə, 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Azərbaycanda Qarabağ, Şəki, Şamaxı, Gəncə, Naxçıvan, Dərbənd, Təbriz, Urmiya, Ərdəbil, Maku, Marağa, Xoy, Quba, Bakı, Lənkəran, İrəvan və s. kimi xanlıqlar meydana gəldi. Bunlardan əlavə, Azərbaycanda daha kiçik feodal qurumlar - İlisu, Ərəş, Qəbələ, Qazax və Şəmşəddil sultanlıqları, o cümlədən Qarabağda müxtəlif məlikliklər hökm sürürdü.
Əslində bu xanlıqların, sultanlıqların, məlikliklərin adları gerçək xarakterini əks etdirmirdi. Onlar özlərini qədim Türk xanlarına bənzətmək üçün idarə etdikləri dərəbəyliyə xanlıq, özlərinə isə xan deyirdilər (kasıb, öz itinin adını gümüş qoyan kimi). Əsl mahiyyətdə isə onlar dərəbəydən başqası deyildilər.
O dövrlərdən indiyədək 250 ildən çox zaman keçir. Azərbaycanın dərəbəyliklərə bölünməsinin təzahürləri indi də vaxtaşırı ortaya çıxır və ölkəmizin müasir çağa uyğunlaşmasının, inkişafının qarşısını kəsir. Bu ən çox özünü Naxçıvan dərəbəyliyində göstərir. Vasif Talıbovdan Ceyhun Cəlilova qədər müxtəlif dərəbəylərin əlində ilim-ilim inləyən Naxçıvan günü-gündən boşalır, Muxtar Respublikada yaşayan vətəndaşların gələcəyə ümidləri azalır. Hesab edirəm ki, mərkəzi hakimiyyət Naxçıvanda dərəbəylik meyllərinin qarşısını dərhal almalı və Muxtar Respublika əhalisinin dövlətə inamını geri qaytarmalıdır.
Ceyhun Cəlilov idarəetməsində dərəbəylik təzahürləri:
Yuxarıda da qeyd etdiyim kimi, dərəbəylik rejimlərini səciyyələndirən əsas əlamətlərdən biri qanunlarla yox, rejim başçısının şəxsi maraqları ilə idarə olunmasıdır. Ceyhun Cəlilovun Naxçıvan “dərəbəyliyi”nin ƏƏSM naziri olarkən qəbul edib, Baş nazir olarkən ləğv etdiyi tender sənədlərində bu, açıq-aydın etiraf olunub. Bildirilib ki, tenderlər müvafiq qanunvericiliyə uyğun keçirilmədiyi üçün ləğv olunur.
Dərəbəylik rejimlərinin digər bir xarakterik xüsusiyyəti kadr yerləşdirmələrində qabiliyyət və bacarığa deyil, sırf qohumbazlıq əlaqələrinə, “dərəbəy”ə sədaqət prinsipinə söykənməsidir. Ceyhun Cəlilov da məhz bu amilləri nəzərə alıb öz qohum-əqrəbalarını, sinif yoldaşlarını, dost-tanışlarını müxtəlif postlara yerləşdirib. Onlardan indiyədək təsbit etdiyim bəzi örnəkləri diqqətinizə çatdırıram.
Öz həyat yoldaşı Xumar Cəlilovanı əvvəllər idarə etdiyi ƏƏSMN-nin Daxili Nəzarət və Təhsil şöbəsində mühüm vəzifəyə təyin edib. Nazirlikdəki mənbələrin iddialarına görə, hazırda bu strukturda keçirilən bütün tenderlərə nəzarət edən Xumar xanım kadr yerləşdirmələrində də əsas söz sahibidir. Onun razılığı olmadan heç kim ƏƏSMN-dən tender uda və hansısa struktura işə düzələ bilməz.
Bildirildiyinə görə, Xumar xanımın Elmar adlı qardaşı da sistemdən kənarda qalmayıb, dərəbəlik rejimindən öz nəsibini alıb. Əvvəllər Şahbuz rayonunun Sələsüz kənd orta məktəbinin direktoru olan Elmar bəy pedoqoji fəaliyyətində yol verdiyi xətalara görə işdən çıxarılıb. Buna baxmayaraq, dərhal işlə təmin olunub. Ceyhun Cəlilov hələ nümayəndə olmamışdan qabaq, Baş nazir işləyərkən ona əvvəllər idarə etdiyi ƏƏSMN-nin tabeliyində fəaliyyət göstərən DSMFdə iş verilib. Nümayəndə təyin olunandan sonra isə öz yoldaşını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Daxili Nəzarət şöbəsinə təyin etməklə faktiki Elmarı öz bacısının himayəsinə buraxıb. Beləcə, adi orta məktəb direktoru kimi işinin öhdəsindən gələ bilməyən Elmar bəy bacısının himayəsi altında başını başlara qoşub. İnsafən, o da bu yaxşılığı qarşılıqsız buraxmayıb. “Dərəbəy”in bacısının kürəkənini özüylə çəkib aparıb DSMF-yə. Lap məşhur xalq mahnılarından birində deyildiyi kimi,
“Yeri, yeri, mən də gəlim dalınca,
Dəsmal elə, apar məni yanınca”.
İddialara görə, “dərəbəyliyin dəsmalı” olan bu adam hər yazıma əks münasibət bildirən, məni 3 adamlıq kollektivə rəhbərlik etmək qabiliyyətində olmamaqda günahlandıran, bu yaxınlara qədər “Veysəloğlu” firmasında yüksək vəzifə tutan və hansısa qəbahətinə görə işdən çıxarılan bir “dostumun” yaxın qohumudur. “Dərəbəy dəsmalı”nın və onun qohumunun adını hələlik açıqlamıram. Qoyun, böyüklük məndə qalsın.
Dərəbəyin digər qaynının adı Şahmardır. Ceyhun Cəlilovdan əvvəl harda işlədiyi bilinmir. Amma Ceyhun Cəlilov nümayəndə təyin olunandan sonra onun da şansı yavər gedib. Şahmarı Naxçıvan Gömrüyündə şöbə rəisi vəzifəsinə qoyublar.
Bildirildiyinə görə, Naxtelekomun müavini işləyən Rəşad İbrahimov da yad birisi deyil. “Dərəbəy”in dos-doğma bacısnın qaynıdır.
Onun digər qohumu - yeznələrinin xalası oğlu Atabay Məmmədli isə Rabitə Naizrliyində şöbə rəisi vəzifəsinə gətirilib.
Dərəbəylik imtiyazından yararlananlar arasında Ceyhun Cəlilovun qonşuları, dostları, sinif yoldaşları da var. Məsələn, “Şərq qapısı” qəzetinin indiki baş redaktoru Tahirli Rəmzi Surxay oğlu Naxçıvan dərəbəyinin həmyerlisi və dostudur. 1991-ci ildə Şahbuz rayonunda anadan olub. Onun da ulduzu Ceyhun Cəlilov xüsusi nümayəndə təyin olunandan sonra bərq vurmağa başlayıb. Əvvəllər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətində məsləhətçi olan Rəmzi Tahirli bir neçə ay əvvəl Ali Məclisi 3.5 illiyə arendaya götürən sədr əvəzi Bəxtiyar Məmmədovun sərəncamı ilə indiki vəzifəsinə təyin edilib.
Ceyhun Cəlilovun yaxın dostu Kərimov Rahib Əhməd oğlu da Ali Məclisin 3.5 illik arendatoru Bəxtiyar müəllimin sərəncamı ilə bu ilin fevral ayında Ali Məclisin Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri postuna gətirilib. Bundan əvvəl isə o, Naxçıvan MR Nazirlər Kabinetində işləyirdi.
Bütün bunlar hələlik əldə etdiyim məlumatlardır. Dərəbəy əfəndinin digər qohumları və sinif yoldaşları barədə də araşdırma aparıram. Araşdırmaların bitincə, sizləri də xəbərdar edəcəyəm..."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Bu gün, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Bu gün, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Bu gün, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Bu gün, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Bu gün, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Bu gün, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Bu gün, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Bu gün, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Bu gün, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Bu gün, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Bu gün, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Bu gün, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Bu gün, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Bu gün, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Bu gün, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Bu gün, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru