Keçən günlərdə SOCAR "Azəriqaz" İstehsalat Birliyində çalışan işçilərdən birinə istinadla qurumda olduqca yüksək vəzifə tutan bir məmur haqda ilginc faktları ictimailəşdirdik. Qeyd edək ki, bütün bu açıqlananlara hüquqi qiymətin verilməsi an məsələsidir. Biz isə vəd etdioyimiz kimi "DİA-AZ" olaraq növbəti açıqlamanı təqdim edirik...
Keçən məqalədə qeyd olunurdu ki, SOCAR "Azəriqaz" rəhbərliyi bütün region rəislərinə aylıq hesab qoyub: "Həmin hesab qurumun direktor müavini Nail Abdullayev tərəfindən müəyyən olunub. Bir neçə gün olar ki, Nail Abdullayev Naxçıvan qaz istismar idarəsinin işçiləri ilə görüşüb. Həmin görüşə öz katibəsini də aparıb. Görün, Nail Abdullayev özünə nə qədər arxayındır ki, bir katibəsini İstismar departamentinə rəis müavini təyin edib.
Qarabag regional qaz idarəsinin rəisi isə Nail Abdullayevlə oturub restoranda yemək yeyir. Sonra isə rəis Azay müəllim rayon rəislərinin hamısından 50 manatdan yığır ki, bəs "rəhbərə" qonaqlıq vermişəm...."
"DİA-AZ"ın əldə etdiyi yeni məlumatlardan aydın olur ki, Nail Abdullayev yerli idarə rəhbərlərinə racon kəsməsi ilə diqqət mərkəzində deyil: "Eyni zamanda avadanlıqlara ayrılan büdcə vəsaitlərinin böykü bir hissəsi məhz Nail müəllimin nəzarəti altında həzm-rabedən keçirilir. Bu gün yerlərdə işçilər material-avadanlıq qıtlığı çəkir və yaxud da bunları özləri almaq məcburiyyətində qalırlar. Halbuki həmin materiallar, iş ləvazimatları üçün vəsait büdcədə nəzərdə tutulub. Mənimsənildiyindən, işçiyə aldırırlar. Əks halda bütün regional qaz idarələrində İŞ DAYANAR..."
Qeyd edək ki, məlumatı verən mənbə əlavə faktları da təqdim edib. Bu barədə növbəti yazımızda...
Müraciətin sonunda sıravi işçilər qara masqalıların nəhayətdə bu kimi məmurlara qarşı konkret addım atacaqlarına ümid etdiklərini də fiadə ediblər.









