"Şikayətim yenə həmişəki kimi ABB'dəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Anamın adına olan "Tamkart" var idi. Onu tam ödədik dünən. Borcu tam bağladıq. İndi baxıram ki 8 qəpik borc yazılıb. Buna nə 50 qəpik, nə də 90 qəpik ödəmək olmur. Gərək elə 1 manat ödəyəsən. Özlərindən borc yazmaqları bir yana, hələ sistemi elə qurublar ki manat ödəməlisən...
Heç kəsə məsləhət görmürəm bu dilençi bankı. Çox şükür ödədik... canımız dincəldi. Bir daha əsla bu dilençilərlə yolumuzun kəsişməməsini arzu edirəm. Pul qazanın... amma haramçılıqla yox daaa..."










