"Burdan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi -nə suyun keyfiyyətinə görə dərin təşəkkürümü bildirirəm..." ""DİA-AZ" xəbər verir ki, bu ironik ifadələr Arif Hajizadeh adlı sosial şəbəkə istifadəçisinin gileyində yer alıb.
Aşağıdakı fotoları paylaşan narazı vətəndaş daha sonra bunları bildirir:
"Yerdə gördüyünüz palçıqla (su şlanqı deşilmişdi) hər gün yuyunuruq, balalarımızı çimizdiririk, qaynadıb içirik.
"Qaynar xətt" isə 'müraciətiniz yönləndirildi, "bildirərik ki geri dönüş olmayıb" sözlərindən başqa heç nə deyə bilmir..."










