AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                 

Adil Əliyev Mais Məmmədovla bağlı TƏDBİR GÖRMƏZSƏ... - İLGİNC FAKTLAR...
Tarix: 27-03-2026, 10:34 | Çap et

Bir neçə gün əvvəl Suraxanı rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədovla bağlı ilginc iddiaların yer aldığı bir məlumatı təqdim etmişdik. Məlumatda deyilirdi ki, qanunsuz tapşırıqları və fəaliyyəti ilə böyük narazılıq yaradan, xüsusən də MKTB əməkdaşlarının canını boğazına yığan rəis Mais Məmmədov barəsində Prezident İlham Əliyevə və Bakı meri Eldar Əzizova şikayət getdiyi də iddia olunur.
"DİA-AZ"ın məlumatına görə, xəbərlərdən aydın olurdu ki, Tik-Tok platformasında videomüraciət yayan Cavid adlı MKTB işçisi Mais Məmmədov və onun briqada rəhbəri barəsində faktlar açıqlayıb. Qeyd edək ki, sözügedən şikayətçi 2-ci qrup əlildir, 400 manat əmək haqqı alır və vəzifəsi məişət tullantılarını yığışdırmaqdır. Ancaq Mais Məmmədovun idarəçiliyi həddini aşır və işçilərə qanunsuz əmrlər verilir. Məsələn, elə MKTB işçisi Caviddən tələb olunur ki, 7 hektar ərazisi olan Neftçilər parkının döşəməsini yuyub silsin. O isə deyir ki, nə sağlamlığı buna imkan verir, nə də vəzifəsi bu işi görməkdir. Sadəcə, məişət tullantılarını yığmaq borcu var. Çıxışında şikayətçi deyib ki, Suraxanı baxımsız vəziyyətdədir, MKTB rəisi isə qanunsuz əməlləri ilə məşğuldur.
Qeyd edək ki, ümumiyyətlə, Suraxanını xarabalığa çevirən MKTB rəisi Mais Məmmədovun fəaliyyəti kütləvi narazılıq yaradıb. Suraxanı sakinləri bildirirlər ki, Yeni Günəşli və digər ərazilər tör-töküntü, səliqəsiz, bərbad vəziyyətdədir. Mais Məmmədovu isə yalnız gəlir və biznesi maraqlandırır. Bu da Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin Suraxanı MKTB-də araşdırmalar aparmasını zəruri edir. Çünki bir MKTB rəisi postu nə qədər gəlirlidir ki, Mais Məmmədovu oliqarxa çevirib. Onun Yeni Günəşli ərazisində "Neo servis" və başqa avtomobil satışı mərkəzi, o cümlədən iaşə obyektləri, maşın kolleksiyası var. Tutduğu vəzifədən istifadə edərək rayonun ayrı-ayrı qəsəbələrində biznes obyektləri tikdirib.
Mətbuatda yayılan xəbərlərə görə, ona aid Yeni Günəşli qəsəbəsində yerləşən «Qrand» şadlıq sarayını, Şabran rayonundakı dəvə fermasını, eləcə də digər ticarət obyektlərini göstərmək olar. Adıçəkilən məmur ölkə qanunlarının əksinə iş tutur».
Maraqlıdır, Mais Məmmədov MKTB rəisi maaşı ilə bu biznesə necə sahib olub? O baxımdan hüquq-mühafizə orqanlarının yoxlamaları zəruridir. Necə ki "qara maskalı"lar icra başçılarının kabinetinə gələrək" onlara "sürpriz" edirlər, eynilə Suraxanı rayon MKTB rəisinin kabinetində də oxşar mənzərəyə zərurət yarana bilər.
Yerli sakinlər də deyirlər ki, Mais Məmmədovdan şikayətçidirlər. Hazırda rayonda səliqə-sahman yox, zibil yeşikləri tapılmır, amma abadlığa ayrılan vəsait qəhətə çıxır.
Yada salaq ki, Suraxanı MKTB-yə 74, 62, 63, 68, 103, 104 və 105 saylı MKİS-lər daxildir. Birliyin rəisi Mais Məmmədov isə ona tapşırılan işlərin öhdəsindən gələ bilmir. Birliyin tabeliyində olan mənzil-kommunal istismar sahələrinin rəisləri MKTB rəhbərinə hər ay tələb olunan səviyyədə «qulluq» edirlər. Suraxanı rayonu ərazisində heç kim Mais Məmmədovun razılığı olmadan eyvan artıra, dama su çəni qoya, yaxud mənzilinin daxilində əlavə dəyişiklik edə bilməz. «Jek» rəisləri hər gün cavabdeh olduqları ərazilərə çıxıb müşahidə aparırlar. Belə halla qarşılaşan kimi isə Mais müəllimə məlumat verirlər. Birlik rəisi özünə yaxın adamları həmin şəxslərin yanına göndərib görülən işin qarşılığında nəysə verməli olduqlarını bildirirlər. Bununla razılaşmayan şəxslərin iş görməsinə qətiyyən icazə verilmir.
Eyni zamanda, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzarətində olan ərazilərdə anti-sanitariya baş alıb gedir. Qurumun balansında kifayət qədər texnikanın olmasına baxmayaraq, rayonun bir sıra qəsəbələri zibillik içində itib-batır. «Jek»lərdə əməlli-başlı özbaşınalıq hökm sürür. Belə ki, rəislər vətəndaşlara lazım olan arayışları hansısa maraqlarının qarşılığında verirlər.
Əlavə edək ki, Mais Məmmədov artıq 30 ilə yaxındır sözügedən vəzifənin başındadır. Bəs onu keçmiş və indiki icra başçısı üçün vacib edən hansı səbəblərdir? 

"DİA-AZ"a bu barədə yazan oxucular isə bildirir ki, Mais Məmmədov 1996-cı ildən vəzifə başındadır. Oxucu yazır: "Vəzifədən elə yapışıb ki, zəli kimi qopmur. 5 icra başçısı dəyişib. Bu hələ də yerində qalıb. Dağıdır rayonu... Dədəsindən varislik qalıb buna? Bu vəzifə şəxsi biznesinə çevrilib bunun.

O əlil işçiləri işlətdiyi "Neftçilər" parkına məxsus olan restoranı da dədə malı kimi mənimsəyib və parkla üzbəüz olan binaları da o tikir. Svetaforun yanında olan ərazini hasara alıb və bir hissəsində obyekt açıb: "Şah Elektroniks"..."

Hər halda bu faktlarla bağlı qarşı tərəfin hansı formada reaksiya verdiyi də məlumdur. Belə ki, sosial hesablarımızda bu məlumatların bir hissəsinin təqdimatından sonra hərəkətə keçən Mais Məmmədovun trolları saxta rəyləri ilə sanki ortadakı gerçəkliyi gizlətməyə çalışdılar. Amma fakt faktlığında qalır və çox hörmətli rayon rəhbərliyi nə qədər ki, gec deyil bu məmurla bağlı faktları ən azından özü araşdıra bilmirsə, əlaqədar qurum və şəxslərə təqdim etsin... Çünki onlarda daha çox bilgi var... hər halda...

Məsələ diqqətimizdədir...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Bu gün, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Bu gün, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Bu gün, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Bu gün, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Bu gün, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Bu gün, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Bu gün, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Bu gün, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Bu gün, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Bu gün, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Bu gün, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Bu gün, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Bu gün, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Bu gün, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Bu gün, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Bu gün, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru