Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... .....                     ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək .....                     “Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ .....                     İki Azərbaycan vətəndaşından Almaniyadan ŞOK CİNAYƏT .....                     “Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? .....                     Vergi idarəsinin rəisi QOÇULUQ EDİR .....                     Xəstəxana qarşısında parklanma tələsi .....                     Ələkbər Yasamallının ailəsində xeyir iş... .....                     Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? .....                     Qarabağla bağlı sensasion sənəd üzə çıxdı .....                     NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir .....                     Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı .....                     ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib .....                     AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                 

Laqeyd nazir və pambıq köləsinə çevrilmiş fermerlər... - AXI NİYƏ?..
Tarix: 16-02-2026, 03:44 | Çap et

Azərbaycan kənd təsərrüfatının strateji sahələrindən biri hesab edilən pambıqçılıq bu gün dərin böhran yaşayır. Minlərlə fermer yeni əkin mövsümünə hazırlaşmalı olduğu bir vaxtda hələ də ötən ilin məhsuluna görə pulunu ala bilmir. Borc içində boğulan, banklara, mağazalara, texnika sahiblərinə, gübrə və toxum satanlara öhdəliklərini yerinə yetirə bilməyən fermer faktiki olaraq çıxılmaz vəziyyətə salınıb. Bu vəziyyət isə “qul əməyinə” məhkum edilmiş kəndlinin acı reallığını ortaya qoyur.

Bizimesr.az bildirir ki, pambıqçılıq ölkə rəhbərliyi səviyyəsində daim diqqət mərkəzində saxlanılan sahələrdən biridir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında pambıqçılığın həm ixrac potensialı, həm regionlarda məşğulluq, həm də kənd təsərrüfatının inkişafı baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Dövlət proqramları qəbul olunub, subsidiya mexanizmləri tətbiq edilib, pambıq sahələrinin genişləndirilməsi üçün müxtəlif təşviqlər verilib. Ancaq bütün bunlara baxmayaraq, real vəziyyət göstərir ki, pambıqçı fermer bu siyasətin əsas faydalananı deyil, əksinə, ən çox əziyyət çəkən tərəfidir.

Mövcud sistemə görə, pambıq istehsal edən fermerlər məhsulu birbaşa bazara çıxara bilmir, onu yalnız xüsusi özəl şirkətlərə satmağa məcburdur. Bu şirkətlər əvvəlcədən fermerlərlə müqavilə bağlayır, toxum, gübrə, yanacaq və digər xərclərin bir hissəsini qarşılayır, daha sonra isə məhsulu təhvil alaraq ixrac edir. Şirkətlər bu prosesi əsasən dövlətin maliyyə qurumu olan Aqrar Kredit QSC vasitəsilə aldıqları kreditlər hesabına maliyyələşdirirlər. Yəni kredit götürür, fermerə pul ödəyir, pambığı toplayır və sonra xaricə sataraq gəlir əldə edirlər.

Lakin problem ondadır ki, son illərdə bu mexanizm ciddi şəkildə pozulub. Şirkətlər pambığı vaxtında satmır, çünki payız və qış aylarında dünya bazarında qiymətlər aşağı olur. Onlar mart-aprel aylarını gözləyir, qiymətlərin qalxmasını istəyir və məhsulu anbarlarda saxlayırlar. Nəticədə fermerin pulu aylarla, bəzən isə bir ildən çox gecikir. Fermer isə gözləyə bilmir. Onun növbəti mövsüm üçün toxuma, gübrəyə, yanacağa, suvarmaya pulu lazımdır. Pul olmayanda isə əkin sahələri azalır, keyfiyyət düşür, insanlar kəndi tərk edir.

2025-ci ildən etibarən vəziyyət daha da ağırlaşıb. Məlumata görə, Aqrar Kredit bir sıra pambıq şirkətlərinə kredit verilməsini dayandırıb. Bunun əsas səbəbi həmin şirkətlərin əvvəlki illərdə götürdükləri vəsaitləri vaxtında qaytarmamaları, öhdəliklərini yerinə yetirməmələri olub. Nəticədə yeni kreditlər dayandırılıb, şirkətlər maliyyə mənbəyindən məhrum qalıb, fermerlər isə birbaşa zərbə altında qalıb. Çünki kredit olmayanda şirkətlər də fermerə pul ödəyə bilmir.

Burada əsas məsuliyyət birbaşa pambıq şirkətlərinin üzərində olsa da, prosesə nəzarət etməli olan dövlət qurumlarının fəaliyyətsizliyi vəziyyəti daha da ağırlaşdırır.

Kənd Təsərrüfatı Nazirliyi və onun rəhbəri Məcnun Məmmədov bu böhrana adekvat reaksiya vermir. Nazirlik faktiki olaraq müşahidəçi mövqeyi tutub. Fermerlər aylarla şikayət edir, müraciətlər edir, mediaya danışır, lakin sistemli həll yolu ortaya qoyulmur. Nə şirkətlərin məsuliyyəti artırılır, nə də ödənişlərin vaxtında edilməsinə ciddi nəzarət mexanizmi yaradılır.

Əslində, nazirlik bu sahədə tənzimləyici rolunu gücləndirməli, fermerlə şirkət arasında bağlanan müqavilələrin icrasına ciddi nəzarət etməli, ödəniş gecikdirən şirkətlərə qarşı sanksiyalar tətbiq etməlidir. Amma görünən odur ki, nə inzibati cərimələr var, nə lisenziyaların ləğvi, nə də real məsuliyyət mexanizmi. Nəticədə güclü tərəf olan şirkətlər rahat şəkildə fermeri gözlətməyə davam edir.

Doğrudan da, yaranmış vəziyyət göstərir ki, pambıqçılıqda bütün risklər kəndlinin üzərinə yüklənib. Təbii fəlakət olur, fermer zərər çəkir. Qiymət düşür, fermer uduzur. Şirkət pul ödəmirsə, yenə fermer gözləyir. Dövlət strukturları isə yalnız statistik rəqəmlərlə, hesabatlarla məşğuldur.

Bütün bunlar ölkə rəhbərliyinin pambığa verdiyi strateji əhəmiyyətlə açıq ziddiyyət təşkil edir. Prezidentin xüsusi diqqət göstərdiyi sahədə fermerlərin bu vəziyyətə düşməsi həm sosial ədalətsizlikdir, həm də dövlət siyasətinə kölgə salır. Kənd insanı özünü tək, sahibsiz hiss edir. Bu isə uzunmüddətli perspektivdə kənd təsərrüfatının çökməsinə, kəndlərin boşalmasına, ərzaq təhlükəsizliyinin zəifləməsinə gətirib çıxara bilər.

Bu gün pambıqçı fermerin problemi təkcə pulun gecikməsi deyil. Bu, bütövlükdə etimadın itirilməsidir. Fermer artıq sabaha inanmır. O bilmir ki, məhsul əkəndə pulunu vaxtında alacaq, ya yox. Bu qeyri-müəyyənlik isə kənd təsərrüfatı üçün ən təhlükəli faktordur.

Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit, pambıqçılıqla məşğul olan şirkətlər və müvafiq qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaq əvəzinə, real həll yolları tapmalıdır.

Şirkətlərin maliyyə vəziyyəti ciddi yoxlanmalı, müqavilə şərtlərinə əməl olunması məcburi hala gətirilməli, ödənişlər üçün təminat mexanizmi yaradılmalı, fermerin hüquqları qorunmalıdır. Əks halda pambıqçılıq “strateji sahə” olmaqdan çıxıb, kəndlinin belini qıran yükə çevriləcək.

Əgər bu gün bu problem həll olunmasa, sabah minlərlə fermer pambıqdan imtina edəcək. O zaman isə nə dövlət proqramları, nə də rəsmi statistikalar real vəziyyəti xilas edə biləcək. Pambıqçılığın gələcəyi birbaşa kəndlinin taleyindən keçir. Kəndli ayaqda qalmasa, bu sahənin də gələcəyi olmayacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... - AXI NECƏ...
Bu gün, 07:27
ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək - “Reuters”
Bu gün, 07:15
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
Bu gün, 07:07
İki Azərbaycan vətəndaşından Almaniyadan ŞOK CİNAYƏT - Görün, nə ediblər...
Bu gün, 07:02
“Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Vergi idarəsinin rəisi QOÇULUQ EDİR - TƏFƏRRÜAT
Bu gün, 06:37
Xəstəxana qarşısında parklanma tələsi - AYNA -nın "nişan oyunu"
Bu gün, 06:32
Ələkbər Yasamallının ailəsində xeyir iş... - TOY olacaq
Bu gün, 06:27
Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:24
Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
Bu gün, 06:20
NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir - Lavrov belə deyir...
Bu gün, 06:17
Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Bu gün, 06:14
ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib - CENTCOM
Bu gün, 06:12
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Dünən, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Dünən, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Dünən, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Dünən, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Dünən, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Dünən, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Dünən, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Dünən, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Dünən, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Dünən, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Dünən, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Dünən, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Dünən, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
29-08-2026, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
29-08-2026, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
29-08-2026, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
29-08-2026, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
29-08-2026, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
29-08-2026, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
29-08-2026, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
29-08-2026, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
29-08-2026, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru