Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı onövbəti vətəndaş gileyini ictimailəşdirib. "DİA-AZ" olaraq narazı vətəndaşın gileyini təqdim edirikk:
"Sizə Zaqatala rayonu Bazar kəndindən yazıram. Bizim illərdir qazsızlıq dərdimiz var,halbuki,əsas xətt məhz kəndimizin yaxınlığından keçir. Şikayətimizə baxan, dinləyən yoxdur.
İnsanlar meşələrdən odun alıb isinir, fındıq sexləri isə öz növbəsində, fındıq qərzəyi (qabığı) üzərində böyük pullar qazanır. Təsəvvür edin... bir maşın
fındıq qərzəyi (bu bir ay üçün kifayət edir) tərqibən 600 manata alınır. Dolayısıyla, biz illərdir bu problem içərisində can çəkişirik.
Şikayət həll edilmir, baxılmır. Hansı ünvana deməliyik, kimlərə müraciət etməliyik?"
"DİA-AZ" qeyd edir ki, bu müraciətə NHMT sədri reaksiya verib. Mirvari Qəhrəmanlının şərhini təqdim edirik:
"15.12.2025-ci il tarixinə aid rəqəmlərdə deyilir ki, respublika üzrə qazlaşdırılma səviyyəsi 96,6 faiz təşkil edir. Bu məlumatı SOCAR “Azəriqaz İB İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev təqdim edib.
Görəsən, fındıq qərzəyi (qabığı) də "qazlaşma" hesab olunaraq "əbədi və daimi "96%-nin içərisinə yerləşdirilib?"









