AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                 

"Tibb personalının cibinə pul qoymalıydım? Yoxsa canımı qurtarmaq üçün xaricə qaçmalıydım?" - Tanınmış naşirin başına gələn ŞOK OLAY!
Tarix: 19-01-2026, 09:30 | Çap et
"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlinin başına iş gəlib. "DİA-AZ" xəbər verir ki, bu barədə tanınmış naşir özünün sosial şəbəkə hesabında post paylaşıb. Onun yazdıqlarını olduğu kimi təqdim edirik:
"Bu yazını heç zaman yazmaq istəməzdim. Amma sussam, özümü heç vaxt bağışlamayacağam.
Cəhənnəm quyusundayam… Keçirdiyim şokdan sonra nə vaxt toparlana biləcəyimi hələ də bilmirəm.
Yanvarın 14-də, səhər saat 7-də "Liv Bona Dea "xəstəxanasına planlı açıq ginekoloji əməliyyat üçün gəldik. Ödənişdən sonra, saat 7:30-da personalın tələbi ilə Şahbaz bəydən 1-ci mərtəbədə, liftin qarşısında ayrıldım və onu bir daha yalnız saat 15:00-da yarıcan vəziyyətimdə gördüm.
Əməliyyatdan sonra ayılanda dəhşətli ağrı hiss etdim. Həyatımda keçirdiyim ilk əməliyyat deyildi. Üstəlik, yetkin bir insan kimi bilirəm ki, əməliyyatdan sonra ağrı olur, olmalıdır da. Amma bu ağrı o ağrı deyildi. “Çox pisəm, xahiş edirəm, əlavə anesteziya vurun”, – dedim.
Əvvəl bir tibb bacısı “kapelnitsa” qoymaq üçün yaxınlaşdı. Əlindəki qabı yaramın üstünə atdı. Ağrıdan “Axı siz nə edirsiniz?” deyə qışqırdım.
Sonra yenə yalvardım: “Xahiş edirəm, əlavə anesteziya edin”. Bir anlıq fikirləşdim ki, bəlkə məni ciddi qəbul etmirlər, dedim: “Ağrı 10 ballıq şkalada 10-dur, artıq dözə bilmirəm”. Ətrafımda insanlar olsa da, yalvarışlarıma heç bir reaksiya verilmirdi. “Mən iki dəfə qeysəriyyə əməliyyatı keçirmişəm, belə bir ağrı heç vaxt olmayıb, xahiş edirəm, mənə kömək edin”, – deyə əlavə etdim.
Bu yalvarışlara baxmayaraq, heç kim mənə kömək etmədi. Ağrıdan huşumu itirib ayılanda yenə onlara yalvardım. Nəhayət, kimsə dedi ki, əlavə anesteziya üçün ödəniş tələb olunur. “Təbii ki, xahiş edirəm, edin”, – dedim. Sonra bir müddət yenə heç nə baş vermədi. Ayılıb görürdüm ki, ağrı daha da kəskinləşir, amma ətrafda heç kim yoxdur. Hardansa gülüş səsləri gəlirdi. Bir dəfə su xahiş etdim. Bilirəm ki, su olmaz amma heç olmasa dodaqlarımı islada bilərdilər…
Nəhayət, anesteziya üçün kimsə yaxınlaşıb çevrilməyimi istədi. Amma onlar da başa düşmürdülər ki, mən tərpənmək gücündə deyiləm, bədənimdə ağrıdan başqa heç bir hissim yoxdur.
Anesteziya vuruldu və mən yuxuya getdim.
Oyananda son dərəcədə kobud rəftarla üzləşdim. Tibb qardaşı, tonometrin manjetini və digər prosedurları əsəbi, və bağışlayın, heyvərəcəsinə edirdi. Amma mən artıq etiraz edəcək vəziyyətdə deyildim…
Nəhayət, məni palataya gətirdilər. Saat artıq 15:00 idi. Şahbaz bəyi gördüm. Bəlli oldu ki, o, bu müddət ərzində heç bir məlumat ala bilməyib. Onu 1-ci mərtəbədə “burada gözləyin” deyib saxlayıblar. Halbuki sonradan məlum oldu ki, xəstəxanada video görüntülü gözləmə otağına, palataya və hətta tibb bacısının dediyinə görə reanimasiya otağına da dəvət edilə bilərdilər.
Normalda 1–2 saatlıq əməliyyatın 6 saat uzanmasının səbəbi barədə nə əməliyyat zamanı, nə də əməliyyatdan sonra yoldaşıma heç kim məlumat verməyib. Əvəzində o, qapı-qapı, mərtəbə-mərtəbə qaçaraq elementar bir məlumat almağa çalışıb. Sonradan məlum oldu ki, yer olmadığı üçün (halbuki əməliyyatım planlı idi) məni ginekoloji yox, kardioloji şöbədə əməliyyat ediblər.
Şikayətçi olduğumuzu biləndən sonra xəstəxananın bir neçə nümayəndəsi bizə yaxınlaşdı. Əsas danışan türkiyəli bir xanım idi. Dedi ki, kameraları yoxlayacaq, tibb personalı ilə bağlı araşdırma aparılacaq və bizə məlumat veriləcək.
Bir daha onu görmədik. Liv Bona Dea-da 3 gün qaldım, dəfələrlə “kamera araşdırması nə oldu?” deyə soruşdum. Heç nə. Sadəcə bizi qoyun yerinə qoydular.
Yanvarın 16-də nəhayət xəstəxanadan çıxdım. Qapıdan çıxanda yoldaşım boynumdan sallanan şlanqı gördü. Məlum oldu ki, bu, epidural anesteziyadan sonra qalan və həmin gün çıxarılmalı olan şlanq və yara bandlarıdır. Təsəvvür edin ki, 3 gün ərzində heç kim buna baxmayıb və maraqlanmayıb. 1 saatdan sonra çıxardtdılar.
Xəstəxanadan evə qayıdandan sonra tanış tibb bacısını evə çağırdım. Məlum oldu ki, belimdə olan yara bandları hələ də qalır. Üstəlik, indi belimdə dərinin bişməsindən daha ağır bir əziyyət çəkirəm…
Sırağagün Şahbaz bəy bu barədə kiçik bir Facebook postu paylaşıb. Ondan sonra kardioloji şöbədən bir nəfər onunla əlaqə saxlayıb dedi ki, “sadəcə smenlə bəxtiniz gətirməyib”.
Mən hər şeyə rasional yanaşmağa, hər hadisədən nəticə çıxarmağa çalışıram. Deyin, xahiş edirəm, mən nə etməli idim ki, belə qəddarcasına rəftar olunmayaydı? Öncədən özümü köhnə qaydalara uyğun baş həkimə tapşırtmalıydım? Tibb personalının cibinə pul qoymalıydım? Yoxsa canımı qurtarmaq üçün xaricə qaçmalıydım?"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Dünən, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Dünən, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Dünən, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Dünən, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Dünən, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Dünən, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Dünən, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Dünən, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Dünən, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Dünən, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Dünən, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Dünən, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Dünən, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
29-08-2026, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
29-08-2026, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
29-08-2026, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
29-08-2026, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
29-08-2026, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
29-08-2026, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
29-08-2026, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
29-08-2026, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
29-08-2026, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
29-08-2026, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
29-08-2026, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
29-08-2026, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
29-08-2026, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
29-08-2026, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
29-08-2026, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
29-08-2026, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
29-08-2026, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
29-08-2026, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
29-08-2026, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
29-08-2026, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
29-08-2026, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
29-08-2026, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru