Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                     İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb .....                 

Samuxda Mahir Əliyevin müqavilə bağladığı şirkətlərin arxasında əslində kim durur - Görünəni odur ki...
Tarix: 13-01-2026, 12:15 | Çap et

Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 26.12.2025-ci ildə “Bitkilər və güllər”in satın alınması üzrə “BƏRƏKƏTLI TORPAQ AQRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 27.950 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

MMC qısa zaman yaradılmasına baxmayaraq Gəncə şəhəri və ətraf rayonların idarə və təşkilatlarını müxtəlif gül və çiçəklər, həmişəyaşıl ağac və gül kolları ilə təchiz edir.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “BƏRƏKƏTLI TORPAQ AQRO” (VÖEN: 2306206451) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.11.2024-cü il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, BAĞBANLAR, ev.55, döngə 2, m.0, qanuni təmsilçisi kimi isə Axundov Üfüq Sahib oğlu qeyd olunub.

Axundov Üfüq Sahib oğlu kimdir? Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21.11.2022-ci ildə yaşıllaşdırma işlərinin görülməsi üçün malların satın alınması üzrə bir mənbədən satınalma meetodu tətbiq etməklə fiziki şəxs kimi 35.273 manat məbləğində satınalma müqaviləsi bağladığı şəxs.

Göründüyü kimi Üfüq Axundov Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə daim işbirliyindədir. Bu isə satınalmaların əvvəlcədən danışılmış qaydada keçirilməsi şübhələrini artırır.

Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bir şübhəli satınalma müqaviləsi də “COLOUR PARK AGRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb.

“Bir sıra mallar”ın satın alınması üzrə 03.04.2025-ci ildə başlanılmış kotirovka sorğusunda Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi “COLOUR PARK ARO”G MMC-ni qalib seçib və tərəflər arasında 59.140 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının portalında 03.06.2025-ci il tarixdə dərc edilib.

Qeyd edək ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən nəzərdə tutulmuş “Bir sıra mallar”ın alınmasına dair keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 99.354,00 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı şirkətin təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “COLOUR PARK AGRO” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “COLOUR PARK AGRO” (VÖEN: 2306116781) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.08.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, BAĞBANLAR, ev.4-Dön, ev 8, m.0, qanuni təmsilçisi kimi isə Hüseynov İsrayıl İsmayıl oğlu qeyd olunub.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki Hüseynov İsrayıl İsmayıl oğlu 2022-ci ildə Göygöl şəhər Emil Vəliyev adına 5 saylı tam orta məktəbini bitirən və buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərdən biri olub. Buradan sual yaranır. Hazırda tələbə olan Hüseynov İsrayıl İsmayıl oğlu “COLOUR PARK AGRO” MMC-nin necə idarə edir? Yoxsa sözügedən MMC formal olaraq onun adına yaradılıb və Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ağaclar və kollar satır.

Bütün bu məlumatlardan da göründüyü kimi “BƏRƏKƏTLI TORPAQ AQRO” MMC-nin qanuni təmsilçisi Üfüq Axundov da, “COLOUR PARK AGRO” MMC-nin qanuni təmsilçisi İsrayıl Hüseynov da bir nəfər tərəfindən idarə olunur. O, da təbii ki, Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyevdi.

Xatırladaq ki, Mahir Əliyev hələ 2006–2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş, 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş Vilyam Hacıyevin kadrı olub. Mahir Əliyev daha sonra 2012-2023-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş Alı Qocayevlə işləyib. Nə sirdirsə Firdovsi Əliyev də onunla işləməyə üstünlük verib və vəsifəsində saxlayıb.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə satınalan təşkilatın rəhbəri satınalma komissiyasının sədri ola bilməz. Amma buna baxmayaraq Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyev satınalmaların təşkili zamanı təchizatçılarla qeyri-rəsmi danışıqlar aparır, özünə yaxın şirkətlərin satınalmalarda qalib çıxmasına şərait yaradır. Bununla bağlı bizə çox ciddi məlumatlar verilib ki, apardığımız araşdırmalardan sonra ictimaiyyətin diqqətinə çatdıracağıq.

Aktualinfo.net











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru