Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm .....                     Özümü Paşinyansız düşünə bilmirəm .....                     İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək .....                     Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq .....                     Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb .....                     Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                     Putin Paşinyanın telefonunu niyə götürmədi? .....                     2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik .....                     Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək .....                     İsrail Müctəba Xameneini ölümə məhkum edib .....                     "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." .....                     ASTANA NƏ EDƏCƏK? .....                     Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu .....                     "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib .....                     Çatışmazlıqların acı dadı: .....                     Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? .....                     Azərbaycanda 786 min ailənin “evi yoxdur” .....                     Paşinyan Ursula Fon der Lyayenlə görüşüb .....                     "BAX, BU AYRI `LEVEL`DİR..." .....                     Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir .....                     Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər .....                     "Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." .....                     Azərbaycanda ət bahalaşa bilər... .....                     Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? .....                     Bloger “Space TV”də yeni veriliş aparacaq .....                     Avtomobil bazarında durğunluq var: .....                     Restoranda açıq geyimə görə QALMAQAL .....                     Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... .....                     Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... .....                     Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü .....                     Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR .....                     "Yanan maşınlardan biri mənə məxsusdur" .....                     Qadın evə gətirdiyi müştərisini bıçaqladı: .....                 

Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq... - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 18-11-2025, 06:21 | Çap et

30 ilə yaxındır ki, Azərbaycanda təhsil problemləri müzakirə olunur, müxtəlif pilot layihələr tətbiq edilir və əsasən sistemin şəffavlaşdırılması, müsirləşməsi, dünya standartlarına uyğunlaşdırılması üçün cəhdlər edilir. Əlbəttə, bu o qədər də asan proses deyil və illərdir qalaqlanmış, verilmiş səhv qərarları, korrupsiyalaşmış direktorları qısa müddətdə təmizləmək, düzəltmək mümkünsüzdür.

Bu əsnada ölkənin Peşə Təhsili sistemi də yenidən qurulur, sovetlərdən qalan və müstəqillik dövrünün ilk illərindən baxımsızlıqdan bərbad hala düşən peşə təhsili müəssisələri yenidən qurulur və bərpa edilir. Yəni, heç nə əvvəlki kimi deyil və insaf naminə demək lazımdır ki, ölkənin peşə təhsili sistemində nəzərəçarpacaq dəyişikliklər var.

Lakin bu peşə təhsilinə olan fərqli maraqlar, idarəetmə zamanı yaranan “iştah sindromu” bitmir və təmirli, avadanlıqlı binalarda fərqli mənzərələrin şahidi oluruq. Bu gün peşə təhsili müəssisələrində çalışan müəllim heyəti istər əmək haqqının azlığından, istər rəhbərliyin səriştəsiz, bezdirici qərarlarından və ən əsası yaradılan imkanları yalnız öz əlində cəmləşdirməsindən narazılıq edir.

Həqiqətən də, ölkənin peşə təhsili sistemində böyük bir boşluq, sistemsizlik və nəzarətsizlik hökm sürür. Bu vəziyyətin əksər müəssisələrdə baş verməsi göstərir ki, idarəedicilər ya bacarıqsızdır, ya da idarə olunurlar.

Birinci hal — Bacarıqsızlıq!

Bu gün diqqət etsək görərik ki, əksər peşə təhsili mərkəzlərinin rəhbərlərinin idarəetmə stajı kifayət qədərdir. Ən azı 5-10 ildir peşə təhsili sahəsindədirlər və böyük təcrübə qazanmaları üçün yaxşı vaxtları olub. Bir az da dərinə getdikdə görürsən ki, bəli, bu rəhbərlər ali təhsilli, dünya universitetlərinin məzunları olmasalar da, peşə təhsili sistemində təcrübəlidirlər. Amma di gəl ki, bu təcrübəni tamamilə başqa formada istifadə edir, müəllimləri, işçiləri əsir kimi nəzarətdə saxlayır, dərs bölgülərini ədalətsiz formaya salır, bundan yararlanmağa çalışır, tələbə heyəti ilə fərqli davranış sərgiləyir, ən əsası rəhbəri olduğu müəssisədən əsasən qazanmaq üçün yararlanır. Reallıq budur ki, peşə təhsili müəssisələrinin rəhbərləri təhsil planı üzrə deyil, məhz özləri üçün qurduqları plan üzrə hərəkət edir və bu da onların qazanması üçün hesablanıb.

Peşə təhsili müəssisələrinin rəhbərləri və müavinlərinin əksəriyyəti ay ərzində böyük əmək haqqı alır, üstəlik adlarına dərs saatları yazır və bütün bunlar azmış kimi, başqa-başqa yollara əl atır, müqaviləli işçiləri işə qəbul edərkən də qazanmamış deyillər. Əlbəttə, bu faktları bu gün onlara sübut etmək hələlik çətindir, sübutlar zamanı belə zatən söz tapırlar. Amma faktlar göz deşir, saysızdır və böyük araşdırma da tələb etmir.

İkincisi — İdarə olunurlar!

Bu olduqca incə məsələdir. Hamımız bilirik ki, bu gün hansısa bir vəzifə sahibi olmaq üçün dayağın olmalıdır və ya hansısa komandanın üzvü olmalısan. Bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsil sistemində də belə qruplar mövcuddur və zaman-zaman bu qrupların mübarizəsinin şahidi oluruq. Əslində bu normal haldır, amma mübarizə inkişafla nəticələnirsə...

Peşə təhsili müəssisələri rəhbərlərinin kimliyini, bu yola haradan başladıqlarını və sonda necə direktor olduqlarını bu sahəni dərindən bilənlər yaxşı tanıyır. Bilinənlər bəllidir, bilinməyənləri də öyrənmək bir o qədər asandır.

Təhsil nazirinin müavinindən tutmuş, Təhsil İnstitutunun, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nüfuzlu şəxslərinin adamlarına, sabiq nazir Misir Mərdanovun komandasının üzvlərinə kimi burada direktor postlarındadırlar. Bəli, bir daha deyirəm: bu sahəni bilən adamlar o direktorların kimliyini və haradan gəldiklərini yaxşı bilir. Olsun, bununla bir işimiz yoxdur, amma o olmasın ki, bu şəxslərin əsas məqsədi peşə təhsilinin inkişafı, gələcəyi, müəllimlərin haqqının qorunması, tələbələrin inkişafına yönəlsin.

Təsəvvür edin, 2 aydır dərs ili başlayıb, amma bu gün əksər peşə məktəblərində tələbə təqaüdləri verilməyib. Müəllimlər əmək haqlarını ən azı 10 gün gec alırlar və bu məsələ heç bir direktoru düşündürmür, narahat etmir. Hər halda bu günə kimi bir direktorun çıxıb tələbələrin təqaüdlərinin, müəllimlərin əmək haqqının gecikməsini dilinə gətirdiyi olmayıb. Əksinə, səsini çıxaran tələbəyə, müəllimə elə bir divan tutulur ki, gəl görəsən. Səsini çıxaran tələbə, müəllim dışlanır, qınanır və məktəbdən atılma təhlükəsi ilə üzləşir...

Hə, burada yenidən qayıdırıq başa - yəni əsas səbəbkara: Peşə Təhsili üzrə Dövlət Agentliyinə və onun idarəedici şəxslərinə.

Bildiyimiz kimi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin bəxti yaranandan gətirməyib. Agentliyin ilk direktoru Famil Mustafayev olub. 1 il sonra cənab Mustafayev bu vəzifədən uzaqlaşdırılıb. O zaman onun barəsində ciddi faktlar yazılsa da, araşdırılmadı və beləcə daha yüksək posta üz tutdu.

Daha sonra bu posta Pərviz Yusifov təyin edildi və cəmi 1 il işlədi. 2021-ci ildə cənab Emin Əmrullayev Pərviz Yusifovu bu postdan uzaqlaşdırdı və yerinə Valeh Mirzalıyev adlı şəxs təyin edildi. Bir neçə ay sonra Mirzalıyev də çıxarıldı.

O zaman Mirzalıyevin müavini bu gün məşhur olan məlum Ceyhun Kərəmov idi. Bundan sonra proseslər bir qədər yavaşladı. Emin Əmrullayev artıq ya utandığından, ya da hansısa səbəblərdən bu posta iki il direktor təyin etmədi. Bu post Valeh Mirzalıyevin müavini olan Ceyhun Kərəmova həvalə olundu. İki il sonra, düz 2023-cü ilin oktyabr ayında yenə nazir Emin Əmrullayevin əmri ilə Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinin bu dəfə əməlli-başlı direktoru təyin edildi.

Yox, bu hələ son deyildi və yenə nazir Əmrullayevin əmri ilə 2025-ci ilin 1 oktyabr tarixində Ceyhun Kərəmov vəzifədən çıxarıldı. Bütün bu illər ərzində işə qəbul və çıxarılmaların heç birinin səbəbi açıqlanmayıb.

Kərəmovdan sonra yenə Emin Əmrullayevin qərarı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi müavin Simnar Mamedova həvalə olunub. Hazırda Emin Əmrullayevin bu posta nə zaman direktor təyin edəcəyi, hansı qərar verəcəyi müəmmalıdır.

Göründüyü kimi, Peşə Təhsili üzrə Dövlət Agentliyi Emin Əmrullayevin kadrları üçün bir tramplin hesab olunur, gəlirlər 1 il işləyirlər və hansısa yüksək vəzifələrə göndərilirlər. Amma unuduruq ki, təhsil sistemi və onun idarə olunması mütləq peşəkar və təcrübəli, bu sahəni bilən, müəllim-tələbə kontingentinin xüsusiyyətlərini anlayan, layihələrin sağlam icrasını bacaran və ən əsası bu sistemdə sevilən, sözünün çəkisi olan birinə həvalə olunmalıdır. Görünür, hələ də Peşə Təhsili üzrə

Dövlət Agentliyinin bəxti gətirmir və uzun zaman da gətirməyəcək...

Peşə Təhsili üzrə Dövlət Agentliyinin bugünkü idarəçilərinə - daha doğrusu, əvəzediciyə gəldikdə isə hələlik onun fəaliyyəti barədə konkret nəsə demək mümkün deyil. Ceyhun Kərəmovun vəzifədən uzaqlaşdırılmasından 2 ay vaxt keçsə də, yəni icraedici vəzifəsi müavin Simnar Mamedova həvalə olunsa da, müəyyən problemlər -tələbələrin təqaüdləri, bəzilərinin müqavilə ilə işə necə və hansı şəraitdə götürüldüyünün araşdırılması, adı olub özü dərsə gəlməyən tələbələrin mövcudluğu və əgər belə hal varsa onların təqaüd kartlarının kimdə olduğu və sair faktların araşdırılması hələ də gözləmədədir.

Məncə Simnar müəllimin bu araşdırmaları etmək, günahkarları cəzalandırmaq, sistemə əməlli əl gəzdirmək, direktorları tənbehləmək, onların qarşısında konkret tələblər qoymaq, tələbə, müəllim narahatlığını araşdırmaq və cavablandırmaq kimi imkanları və vaxtı var. Bu sistemin təmizlənməsi, daha böyük uğurların qazanılması üçün bu günlər həm də bir şansdır. Şansları dəyərləndirmək üçün zamana ehtiyac yoxdur, fürsətlərdən istifadə etmək yetərlidir.

Müəllif: Ədil Hüseynov

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Bu gün, 13:50
Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Bu gün, 13:49
İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Bu gün, 13:45
Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Bu gün, 13:42
Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Bu gün, 13:11
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Bu gün, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Bu gün, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Bu gün, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bu gün, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Bu gün, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Bu gün, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Bu gün, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Bu gün, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Bu gün, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Bu gün, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Bu gün, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Bu gün, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Bu gün, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Bu gün, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Bu gün, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Bu gün, 11:11
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Bu gün, 11:10
"BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Bu gün, 11:03
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 10:57
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:55
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52
Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45
Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42
Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38
Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37
Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”
Bu gün, 10:34
Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... - SƏDR KİMİ...
Bu gün, 10:12
Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... -FOTO
Bu gün, 10:09
Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05
Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR - KİV
Bu gün, 10:01
"Yanan maşınlardan biri mənə məxsusdur" - FOTO
Bu gün, 09:52
Qadın evə gətirdiyi müştərisini bıçaqladı: - “İçkili idim, tam olaraq nə baş verdiyini xatırlamıram”
Bu gün, 09:43
İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... - İTTİHAM VAR...
Bu gün, 09:37
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb - DOSYE
Bu gün, 09:21
Hamı özünü korluğa və karlığa qoyub... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 09:00
GDU-da QANUNSUZLUQLAR SERİYASI... - Qanundankənar prorektor və daha nələr...
Bu gün, 08:51
DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! - NƏ ETMƏLİ?
Bu gün, 08:34
Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... - Sakinlər deyir ki...
Bu gün, 08:29
Bu, Putin üçün çox böyük biabırçılıqdır - Dikinson
Bu gün, 07:17
"Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Bu gün, 07:16
Anar Əliyevin ABSURD "qənaəti" - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
Bu gün, 07:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru