Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                     Putin Paşinyanın telefonunu niyə götürmədi? .....                     2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik .....                     Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək .....                     İsrail Müctəba Xameneini ölümə məhkum edib .....                     "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." .....                     ASTANA NƏ EDƏCƏK? .....                     Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu .....                     "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib .....                     Çatışmazlıqların acı dadı: .....                     Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? .....                     Azərbaycanda 786 min ailənin “evi yoxdur” .....                     Paşinyan Ursula Fon der Lyayenlə görüşüb .....                     "BAX, BU AYRI `LEVEL`DİR..." .....                     Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir .....                     Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər .....                     "Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." .....                     Azərbaycanda ət bahalaşa bilər... .....                     Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? .....                     Bloger “Space TV”də yeni veriliş aparacaq .....                     Avtomobil bazarında durğunluq var: .....                     Restoranda açıq geyimə görə QALMAQAL .....                     Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... .....                     Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... .....                     Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü .....                     Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR .....                     "Yanan maşınlardan biri mənə məxsusdur" .....                     Qadın evə gətirdiyi müştərisini bıçaqladı: .....                     İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... .....                     BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb .....                     Hamı özünü korluğa və karlığa qoyub... .....                     Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir .....                     GDU-da QANUNSUZLUQLAR SERİYASI... .....                 

Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 11:20 | Çap et

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın suveren ərazilərində törədilmiş ağır cinayətlərə görə məhkum olunmuş erməni separatçılarının apelyasiya şikayətləri üzrə məhkəmə prosesi davam edir. Son proses zamanı təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin bəraət hökmü çıxarılması ilə bağlı tələbləri diqqət çəkib.

Məhkəmə baxışına çıxarılan şəxslər – Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü ilə sülh və bəşəriyyət əleyhinə cinayətlər, aqressiv müharibənin hazırlanması və aparılması, müharibə qanun və adətlərinin pozulması, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlərdə təqsirli bilinərək müxtəlif müddətlərə, o cümlədən ömürlük azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.
Apelyasiya iclasında müdafiə tərəfi hökmün ləğv olunmasını və təqsirləndirilən şəxslər barəsində bəraət qərarı çıxarılmasını istəyib. Təqsirləndirilən şəxslər də vəkillərinin mövqeyini dəstəkləyərək irəli sürülən ittihamlarla razılaşmadıqlarını bildiriblər.
Növbəti məhkəmə iclası iyulun 3-nə təyin olunub.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum ediliblər. Arkadi Qukasyan və Bako Saakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, David Alaverdyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Kazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Diqqətçəkən məqamlardan biri də məhkəmə prosesində təqsirləndirilən şəxslərin bütün prosessual hüquqlarının təmin edilməsidir. Onlara ana dillərində tərcüməçilər təqdim olunub, müdafiə hüququ təmin edilib, zərurət yarandıqda dövlət hesabına yeni vəkillər təyin edilib, vəkillərlə məxfi görüş üçün şərait yaradılıb. Bu isə məhkəmə araşdırmasının qanunun tələblərinə uyğun aparılmasına yönəlib.
Müdafiə tərəfinin apelyasiya şikayəti verməsi və hökmün ləğvini istəməsi cinayət-prosessual qanunvericiliyin nəzərdə tutduğu hüquqi mexanizmdir. Lakin bu tələbin əsaslı olub-olmamasına məhkəmə təqdim olunan sübutlar və hüquqi arqumentlər əsasında qiymət verir. Bakı Hərbi Məhkəməsinin hökmü həmin şəxslərin sülh və bəşəriyyət əleyhinə cinayətlər, aqressiv müharibənin aparılması, terrorçuluq və digər ağır cinayətlərdə təqsirli bilinməsi sübuta yetirilib. Bu baxımdan, apelyasiya instansiyasında bəraət tələbi hökmün hüquqi əsaslarının tamamilə aradan qaldırılmasını tələb edir ki, bu da yalnız məhkəmənin qiymətləndirəcəyi hüquqi məsələdir. Nəticə etibarilə, apelyasiya prosesində səsləndirilən bəraət tələbləri hüquqi prosedurun tərkib hissəsi olsa da, onların qəbul edilib-edilməyəcəyini yalnız məhkəmə araşdırmasının nəticələri müəyyən edəcək. Yekun qərar təqdim olunan sübutların, tərəflərin arqumentlərinin və qanunvericiliyin tələblərinin qiymətləndirilməsi əsasında veriləcək.
Məhkum olunmuş erməni separatçılarının apelyasiya instansiyasında bəraət tələb etməsi ictimai müzakirələrə səbəb olub. Əsas sual da budur: çoxsaylı cinayətləri şahidlər vasitəsi birbaşa sübuta yetirildiyi halda, erməni separatçıları hansı üzlə bəraət istəyirlər?

Tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirdi ki, Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq xarakterli insanlıq əleyhinə və müharibə cinayətləri törətdiyinə görə məhkum olunmuş erməni separatçılarının və onların müdafiəçilərinin verdiyi şikayətlərə baxılması həm beynəlxalq hüququn, həm də ölkə qanunvericiliyinin fundamental prinsipləri baxımından diqqətçəkəndir: “İnsan hüquqlarına dair beynəlxalq sənədlər və Azərbaycan Respublikası Konstitusiyası hər bir şəxsin, o cümlədən xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinən şəxslərin məhkəmə müdafiəsi və yuxarı instansiya məhkəməsinə müraciət hüququnu təmin edir. Bu baxımdan apellyasiya instansiyasında işə baxılması hüquqi dövlətin ayrılmaz elementi olmaqla yanaşı, cinayət mühakimə icraatının ədalətlilik və şəffaflıq prinsiplərinin təmin edilməsinə xidmət edir. Dövlət məhz bu yanaşma ilə göstərir ki, ən ağır cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslər belə qanun qarşısında prosessual hüquqlardan məhrum edilmirlər. Beynəlxalq və milli hüquq baxımından belə məhkəmə prosesləri ədalətli məhkəmə araşdırması, müdafiə hüququ, tərcüməçi ilə təmin olunma, vəkillə təmsilçilik və məhkəmə qərarından şikayət vermək hüququ kimi fundamental təminatların praktik reallaşdırılması kimi qiymətləndirilir. Bu təminatların mövcudluğu məhkəmə qərarlarının legitimliyini artırır və sonrakı hüquqi mübahisələr zamanı dövlətin mövqeyini gücləndirir. Bu proses Azərbaycan dövlətinin postmünaqişə dövründə ərazilərimizin uzun müddət işğal altında saxlamış separatçı şəxslərə münasibətdə hüquqi prinsiplərə və mexanizmlərə üstünlük verdiyini nümayiş etdirir. Başqa sözlə, müharibədə qalib gəlmiş dövlət hərbi güc və ya siyasi ritorikadan deyil, təminatlı məhkəmə prosedurlarından istifadə etməklə separatçı şəxslərin məsuliyyət məsələsini hüquqi müstəviyə çıxarır. Bu, beynəlxalq ictimaiyyət üçün də mühüm mesajdır: münaqişə nəticəsində törədilmiş ağır cinayətlərin qiymətləndirilməsi və müvafiq cəzaların təyinin yalnız məhkəmə institutları vasitəsilə həyata keçirilir”.

Hüquqşünas onu da qeyd etdi ki, mahiyyət etibarilə həmin şəxslərin əməlləri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşuna qarşı yönəlmiş cinayətlər, habelə insanlıq əleyhinə və müharibə cinayətləri kimi tövsif edilir:

“Bu əməllərə görə cinayət məsuliyyəti fərdi xarakter daşıyır, yəni hər bir şəxs törətdiyi konkret əməllərə görə məhkəmə tərəfindən cəza alır. Məhkəmənin vəzifəsi törədilmiş əməllərə siyasi qiymət verilməsi deyil, təqdim edilmiş sübutlar əsasında cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verməkdir. Apelyasiya məhkəmənin qərarının siyasi deyil, hüquqi arqumentlərə söykənməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan apellyasiya icraatında da hər bir məhkumun şikayətinə ayrıca hüquqi qiymət verilməsi, onun müdafiə hüququnun təmin olunması və irəli sürdüyü arqumentlərin fərdi qaydada araşdırılması hüquqi legitimliyi gücləndirən amillərdəndir. Nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi yalnız birinci instansiya məhkəməsinin hökmünü təsdiqləmək və ya dəyişdirmək funksiyasını daşımır, işə mahiyyəti üzrə tam şəkildə baxır. Bu zaman mühakimə olunmuş şəxslərin əməllərinin hüquqi tövsifinin düzgünlüyünü, təqdim edilmiş sübutların verilmiş ittihamları sübut etmək üçün yetərliliyi və mümkünlüyü məsələsini, prosessual normalara və təminatlara əməl olunmasını və işin ədalətli həlli üçün əhəmiyyətli olan digər halların araşdırılmasını həyata keçirir. Belə yanaşma məhkəmə ictimai etimadı artıran əsas mexanizmlərdən biridir".

Hüquqşünas dedi ki, beynəlxalq xarakterli çoxsaylı cinayətlərə görə məhkum olunmuş erməni separatçılarının apelyasiya instansiyasında bəraət istəməsi ictimaiyyət tərəfindən siyasi və mənəvi cəhətdən qınanıla bilər:

"Lakin bu, beynəlxalq və milli hüquq baxımından onların əməllərinin qiymətləndirilməsi, onların prosessual təminatlarının məhdudlaşdırılması üçün yetərli deyil. Əsas məsələ prosesin hüquqi standartlara uyğun aparılmasıdır ki, bu da öz növbəsində həm daxili hüquq sistemi, həm də beynəlxalq hüquqi müstəvidə Azərbaycanın mövqeyini gücləndirən mühüm amildir. Keçid ədaləti adlı bir yanaşma var. Bu yanaşmaya görə silahlı münaqişədən sonrakı dövrdə davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, eyni zamanda hüquqi məsuliyyət mexanizmləri vasitəsilə möhkəmləndirilə bilər. Münaqişədən sonrakı cəmiyyətlərdə ən təhlükəli tendensiyalardan biri cəzasızlıq hissidir. Tarix göstərir ki, ağır cinayətlər hüquqi qiymət almadıqda, bu, gələcəkdə yeni zorakılıq risklərini artırır. Əksinə, qanunun aliliyinə əsaslanan mühakimə prosesi həm zərərçəkmişlərin ədalət gözləntilərini təmin edir, həm də gələcək nəsillərə hüququn üstünlüyü barədə aydın mesaj verir. Ona görə də Bakı Apelyasiya Məhkəməsindəki belə proseslər münaqişədən sonrakı dövrdə ədalətin bərpası, cəzasızlığın aradan qaldırılması və uzunmüddətli sülhün hüquqi əsaslarının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan bu məhkəmə prosesi vasitəsilə beynəlxalq ictimaiyyətə mühüm mesaj verir. Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir. Münaqişənin yaratdığı ağır humanitar və hüquqi nəticələr silahlı qarşıdurma deyil, məhkəmə institutları vasitəsilə araşdırılır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Bu gün, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Bu gün, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Bu gün, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bu gün, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Bu gün, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Bu gün, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Bu gün, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Bu gün, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Bu gün, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Bu gün, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Bu gün, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Bu gün, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Bu gün, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Bu gün, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Bu gün, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Bu gün, 11:11
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Bu gün, 11:10
"BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Bu gün, 11:03
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 10:57
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:55
"Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52
Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45
Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42
Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38
Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37
Restoranda açıq geyimə görə QALMAQAL – “Bizdə belə geyinməyin!”
Bu gün, 10:34
Knyaz Həsənov Ermənistan parlamentinin ilk iclasında... - SƏDR KİMİ...
Bu gün, 10:12
Güney Azərbaycanlı fəal zindanda məmurlar tərəfindən vəhşicəsinə döyüldü... -FOTO
Bu gün, 10:09
Atasını müdafiə etmək istəyən oğul həmkəndlisini bıçaqlayaraq öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:05
Paşinyan Müdafiə Nazirliyinə də ƏL GƏZDİRİR - KİV
Bu gün, 10:01
"Yanan maşınlardan biri mənə məxsusdur" - FOTO
Bu gün, 09:52
Qadın evə gətirdiyi müştərisini bıçaqladı: - “İçkili idim, tam olaraq nə baş verdiyini xatırlamıram”
Bu gün, 09:43
İmtahanda toplanan ballar ÖNƏMLİ DEYİL... - İTTİHAM VAR...
Bu gün, 09:37
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına başlayıb - DOSYE
Bu gün, 09:21
Hamı özünü korluğa və karlığa qoyub... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Qardaşların mübahisəsi faciəyə çevrildi: Ata güllələndi, oğul ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 09:00
GDU-da QANUNSUZLUQLAR SERİYASI... - Qanundankənar prorektor və daha nələr...
Bu gün, 08:51
DƏRMAN MAFİYASI... İŞ BAŞINDA! - NƏ ETMƏLİ?
Bu gün, 08:34
Naxçıvana kart sistemi gəlir: AMMA ƏSLİNDƏ... - Sakinlər deyir ki...
Bu gün, 08:29
Bu, Putin üçün çox böyük biabırçılıqdır - Dikinson
Bu gün, 07:17
"Brent" markalı neftin qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Bu gün, 07:16
Anar Əliyevin ABSURD "qənaəti" - Şöbə müdirinin müavininə də stol və paltar dolabı alır
Bu gün, 07:14
AHİK, "Kurort" QSC, ETİHİ və Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi niyə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
Müəllimlərin kütləvi etirazı... - Araz Paşayev isə...
Bu gün, 07:04
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - GƏLİŞMƏ
Bu gün, 06:46
Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə? - Görünəni odur ki...
Bu gün, 06:44
Tofiq Heydərovun "AAAF İnşaat" şirkətinin 5.6 milyondan çox borcu var! - TƏFƏRRÜAT
Bu gün, 06:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru