Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC maraqlı, həm də qəribə bir tender keçirib.
Tribuna.az xəbər verir ki, qurum dünən bununla bağlı nəticələri açıqlayıb.
Məlum olub ki, MMC kitabların nəşrə hazırlanması üzrə xidmətləri satın alıb. Belə ki, “ZƏRDABİ-NƏŞR” MMC ilə bununla bağlı 207 min 951 manatlıq satınalma müqaviləsi imzalayıb.
Məsələnin qəribə tərəfi odur ki, kitab nəşrini tikinti və təchizatla məşğul olan qurum həyata keçirir. Maraqlı tərəf odur ki, Mədəniyyət Nazirliyi cəmi 55 ədəd kitabın çapa hazırlanmasına həddindən artıq böyük məbləğ xərcələməyi qərarlaşıdırıb. Çünki hər bir kitabın çapa hazırlanması 3781 manata başa gələcək.
P.S. Yəqin, həmin kitabların üz qabığı qızıldan olacaq. Yoxsa, bir ədəd kitabın 3781 manata başa gəlməsi reallıqdan çox uzaqdır.









