Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar .....                     Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? .....                     "Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... .....                     Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı .....                     Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib .....                     Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? .....                     Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? .....                     Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... .....                     Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? .....                     ""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" .....                     Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR .....                     Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır .....                     "Deməli, həmin effekti yarada bilmirik..." .....                     Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB .....                     Bu sistem yaşatmır... ÖLDÜRÜR! .....                     Hərbi-ruhani rejim UÇURUMA GEDİR... .....                     Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... .....                     MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır .....                     Bu addım çoxdan atılmalı idi... .....                     Türkiyəli sənətçi həm də belə qazanacaq... .....                     Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi .....                     Korovinin iddialarına cavab gecikmədi .....                     Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi .....                     “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” .....                     Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib .....                     Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı .....                     İki müharibə Azərbaycanın bir addımlığına çatdı .....                     Şəmsi Səmədzadə həbsdən AZAD OLDU .....                     "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub .....                     "Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" .....                     Azərbaycanda botoks vurduranlar iflic olur? .....                     Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir .....                     “AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı .....                     Toy qiymətimi iki dəfə artıracağam .....                     Deputatlar bu yay harada dincələcək? .....                     Matevosyan Paşinyanı .....                     Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb .....                     Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... .....                     Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb .....                 

Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Tarix: 25-11-2024, 10:30 | Çap et
Naxçıvansayağı təhsil siyasəti...
Naxçıvan şəhərindəki 1 saylı məktəbin direktoru Asudə Məmmədova işdən çıxarılıb.

Ovqat.com-a bu barədə məlumatı Naxçıvandakı adının açıqlanmasını istəməyən mənbə verib.

Mənbə xatırladıb ki, Naxçıvan şəhərindəki 1 saylı məktəbin direktorunun adı bundan əvvəl başqa qalmaqallarda da çəkilirdi. Məktəbdə bədən tərbiyəsi dərsini tədris edən Səriyyə Qənbərova dərs bölgüsünün düzgün aparılmamasına etiraz etdiyi üçün işdən çıxarılmış və bu hadisə ikili arasında ciddi qalmaqallara yol açmışdı.

Bundan əlavə, Səriyyə müəllimə direktorunu ötən illərdə ona artıq dərs saatı yazıb pulunu mənimsəməkdə ittiham etmiş və iddialarını təsdiqləyən maddi dəlillər ortaya qoymuşdu. Di gəl ki, onun ortaya qoyduğu dəlillər Naxçıvan Prokurorluğu tərəfindən maddi sübut kimi qəbul olunmamışdı. Prokurorluqdan Səriyyə müəlliməyə göndərilən məktubda deyilirdi ki, məktəb direktorunun əməlində müəyyən nöqsanlar aşkarlanmış və onun “intizam məsuliyyətinə cəlb olunması üçün Naxçıvan Şəhər Təhsil Şöbesinə təqdimat verilmişdir”. Qısası, Asudə Məmmədovanın əməlində hər hansı cinayət tərkibi yoxdur, bu nöqsanlara görə, o, yalnız intizam məsuliyyəti daşıya bilərdi.

Naxçıvan MR Prokurorluğu “ölü canları” cinayət predmeti saymır

Məlumatı dəqiqləşdirmək üçün müraciət etdiyimiz Naxçıvan MR Təhsil Nazirliyindəki mənbəmizin bildirdiyinə inansaq, Asudə Məmmədova vəzifəsindən uzaqlaşdırılmayıb, sadəcə işində yol verdiyi və prokurorluq orqanları tərəfindən aşkarlanan nöqsanlara görə töhmətə layiq görülüb. Doğrusu, Naxçıvan MR Prokurorluğunun aşkarladığı nöqsanların nədən ibarət olduğu bilinməsə də, hər halda bu əməldə cinayət tərkibinin bulunmaması iddiası bizə xeyli maraqlı gəldi. Əlaqə saxladığımız Səriyyə müəllimə Prokurorluğun mövqeyi ilə razılaşmadığını və məhkəməyə müraciət etdiyini bildirdi. Səriyyə müəllimənin iddiasına görə, direktor onu əməlli-başlı döymüş və hər ay ona yazdığı artıq dərs saatının pulunu almışdır: “Əgər bu əməllərdə cinayət tərkibi olmadığı vurğulanırsa, belə çıxır ki, Naxçıvan Prokurorluğu təhsildə korrupsiyaya və fiziki zorakılığa yaşıl işıq yandırır. Təbii ki, mən bu iddia ilə razılaşa bilməzdim və öz hüququmu məhkəmə yoluyla bərpa etməyə çalışacağam”.

Səriyyə Qənbərova da etiraf edir ki, Asudə Məmmədovanın işdən çıxarılması və yaxud inzibati qaydada cəzalandırılması barəsində irəli sürülən korrupsiya və zorakılıq faktı ilə bağlı deyilmiş: “Asudə Məmmədovanın son cəzasının iki mötivi var: Bunlardan biri məktəbin psixoloqu Könül Kərimovaya heç bir əsas olmadan Bakıya getməsinə icazə verməsi imiş. Təsəvvür edin, məni üzrlü səbəbdən işə gəlmədiyimə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən, işdən çıxaran Asudə müəllimə heç bir tutarlı əsası olmadan işdən yayınan psixoloqun bu hərəkətinə göz yumub. Bununla da kifayətlənməyib, faktı Təhsil Nazirliyindən gizləmək üçün Könül Kərimovanın əvəzinə tabelə ya özü qol çəkib ya da tabeçiliyindəki işçilərə qol çəkdirib. Faktiki olaraq, sənədlərin saxtalaşdırılmasında birbaşa iştirak edib”.

Asudə Məmmədovanın ikinci ən böyük “cinayət”inə gəlincə, sən demə, o, məktəb müəllimlərinə əlavə hazırlıq dərsləri keçməsinə şərait yaradırmış. Bu isə Elxan Nəcəfovun bərk acığına gəlib və nazir bu böyük “günah”ı sərt şəkildə cəzalandırmağa qərar verərək direktoru işdən çıxarıb.

Əldə etdiyimiz məlumatları dəqiqləşdirmək üçün Naxçıvan Təhsil Nazirliyindəki mənbələrimizə müraciət etdik. Qaynağımız 1 saylı məktəbin direktoru Asudə Məmmədovanın işdən uzaqlaşdırılması faktını inkar etdi: “Direktoru yalnız nazir işdən çıxara bilər. Nazir isə hələ də məzuniyyətdədir. Bununla belə, bir neçə gün əvvəl nazirlikdə keçirilən məktəb direktorlarının toplantısına 8 saylı məktəbin direktoru ilə yanaşı Asudə xanım da dəvət olunmamışdı. Ola bilər ki, bu hadisə əslində Asudə xanıma “ərizəni yaz, fərmanını gözlə” mesajıdır. Əgər bu ehtimal doğrudursa, nazir məzuniyyətdən qayıtdıqdan sonra məktəb direktoru barədə gözlənilən əmri imzalayacaq ”.

Bəs, 1 saylı məktəbin direktorunun suçu nə imiş ki, məktəb direktorlarının mübahisə doğuran fəaliyyətinə adətən mərhəmət hissilə yanaşan nazir Elxan Nəcəfov ona bu qədər qeyzlənib?

Qaynağımızın bildirdiyinə görə, həm 1 saylı, həm də 8 saylı məktəbin direktorlarının məlum toplantıya çağrılmamasının, dolayısıyla cəzalandırılmasının bir səbəbi ola bilər – məktəb müəllimlərinə əlavə dərs keçməsinə şərait yaratmaq. Belə ki, bir müddət əvvəl hər iki məktəbdə aparılan araşdırmalar zamanı müəllimlərin həmin təhsil ocaqlarında dərsdən sonra əlavə dərs demələri aşkarlanmışdı. Mümkündür ki, məhz bu səbəbdən hər iki məktəbin direktoru işdən çıxarılıb.

Bəs, “mərhəmətli” nazirin bu əsrarəngiz qəzəbini hansı davranış kodeksinə və ya ədalət prinsipinə şamil etmək olar?

"Mərhəmətli" nazirin “çörək haqqı” andı

Adının çəkilməsini istəməyən bir müəllim bu sualımıza belə cavab verdi:

“Adı kifayət qədər ciddi qalmaqallarda hallanan bir məktəb direktorun bu hadisələrə görə yox, müəllimlərin şagirdlərinə əlavə dərs keçməsinə şərait yaratdığına görə cəzalandırılması yəqin ki, sizə qəribə gələcək. Amma təəccüblənməyin. Naxçıvan MR-ın Təhsil naziri Elxan Nəcəfov Azərbaycanın ən məşhur hazırlıq kurslarından birinin yaradıcısıdır. Hətta müəllimlərlə söhbətində hazırlıq kurslarında keçirilən dərslikdəki müəlliflərdən biri kimi təqdim olunan adını bütün həmsöhbətlərinə göstərib qürrələnməsi ilə ün çıxarıb. Görünür, hər kəs kimi, onun da “cinayət və cəza” barədə təsəvvürlərini məhz illərlə içərisində olduğu işgüzar münasbətləri formalaşdırıb. Zira insan oğlunun ən önəmli xüsusiyyətlərindən biri budur ki, “çörək ağacı”ni özünün müqəddəsatı kimi görür və ona toxunanı düşmən elan edir. Təsadufi deyil ki, biz də çörəyi və çörək ağacını müqəddəsləşdirmiş, hətta onu and yerimizə çevirmişik. Dilimizdə “çörək haqqı” andı da bunun bariz nümunəsidir. Yəqin, Elxan Nəcəfovun da aləmində təhsildə ən böyük problem müəllimlərə əlavə dərs saatları yazıb pulunu mənimsəmək, yaxud rəhbərlik etdiyi müəssisədə öz işçiləri ilə saçyoldusuna çıxmaq deyil, ən böyük və bağışlanmaz cinayət və ya günah hazırlıq kurslarının çörək ağacına göz dikməkdir. Bu da təəccüblü deyil. Axı müəllimlər şagirdlərini özləri hazırlayacaqsa, onda hazırlıq kurslarına nə ehtiyac var? Bəlkə də Elxan Nəcəfov bu ehtiyacın aradan çıxmasını istəmədiyi üçün 1 saylı məktəbin direktorunu əfv etməyib”.

Doğrusu, bir müəllimin öz naziri barədə söylədiyi bu fikirlərə “Halal olsun, Elxan müəllimə”, - deməkdən başqa çarəmiz qalmadı. Həqiqətən də o, təmsil olunduğu komandaya tam layiqli bir kadr imiş. Necə deyərlər, elə “canişin”in belə də naziri olar.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar – TƏBİB-dən şikayət
Bu gün, 07:21
Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? - AKTUAL
Bu gün, 07:15
"Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... - TƏFƏRRÜAT
Bu gün, 07:13
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
Bu gün, 07:10
Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib - "Reuters"
Bu gün, 07:07
Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? - Görünəni odur ki...
Bu gün, 07:05
Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? - AKTUAL
Bu gün, 07:04
Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... - HOQQABAZLIQ!
Bu gün, 06:43
Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? - AÇIQLAMA
Bu gün, 06:37
""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" - MÜRACİƏT
Bu gün, 06:24
Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR - GİLEY
Bu gün, 06:19
Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır
Bu gün, 06:12
"Deməli, həmin effekti yarada bilmirik..." - partiya sədri
Bu gün, 06:08
Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB - ONA GÖRƏ DƏ...
Bu gün, 06:02
Bu sistem yaşatmır... ÖLDÜRÜR! - MALƏSƏF...
Bu gün, 05:52
Hərbi-ruhani rejim UÇURUMA GEDİR... - FAKT BUDUR!
Bu gün, 05:45
Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... - MEDİA ABSURDU
Bu gün, 05:12
MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır - ÇAĞIRIŞ
Bu gün, 05:05
Bu addım çoxdan atılmalı idi... - ÇARŞABIN ALTINDAN PÜLƏNƏN ÇİRKAB...
Bu gün, 04:55
Türkiyəli sənətçi həm də belə qazanacaq...
Bu gün, 04:43
Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi
Dünən, 19:05
Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
Dünən, 18:59
Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Dünən, 18:40
“Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Dünən, 18:36
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
Dünən, 18:30
Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Dünən, 17:40
İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Dünən, 17:38
Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Dünən, 17:36
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:31
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Dünən, 17:27
Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Dünən, 17:24
Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Dünən, 17:22
“AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Dünən, 17:16
Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Dünən, 17:10
Deputatlar bu yay harada dincələcək? - SORĞU
Dünən, 17:09
Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Dünən, 17:01
Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Dünən, 16:52
Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Dünən, 16:40
Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:32
DİM-dən “sənət qətliamı" – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda
Dünən, 16:27
Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib? - NƏ BAŞ VERİR?
Dünən, 16:19
Həbsdəki baş redaktor müalicə müəssisəsinə köçürülüb
Dünən, 16:17
Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Dünən, 16:04
Reanimasiyada olan Xalq şairinin SON DURUMU – QIZI AÇIQLADI
Dünən, 16:00
Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir? - Görünəni odur ki...
Dünən, 15:56
İstanbuldakı erməni kilsəsi yenidən açılır - KİV
Dünən, 15:54
Mal-qaranı Gürcüstandan 458 manata alırıq, Türkiyəyə isə 5 937 manata satırıq
Dünən, 15:45
Qazi olduğunu deyən şəxs “Kapital Bank”ın onu intihar həddinə çatdırdığını bildirir – Video
Dünən, 15:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru