"Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Tarix: 19-11-2024, 08:51 | Çap et
 "Şikayətim Fəvvarələr meydanında yerləşən "Bytelecom" mağazasından və Apple-in rəsmi servisi olan Isupport-dandır. Avqust ayında təxminən 3000 manata 15 pro max almışam. Bir-iki həftə işlətdim və ekranı scroll edəndə yuxarı hissədə əsmələrin olduğunu, eyni zamanda menyunu swipe edəndə gecikmə (ilişmənin) olduğunu gördüm..." "DİA-AZ" bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Zaur Hüseynzadə adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra əlavə edir: "Əvvəl elə bildim normaldır, sonra tanışların heç birinin telefonunda bu halın olmadığını gördüm. Mağazaya gətirdim, aldılar ki, servisə verək. 5-6 gün sonra servisdən cavab gəldi ki, heç bir şey aşkarlanmadı, ekran işığını azaldanda belə olması normaldır. Halbuki, ekran işığının mövzuya ümumiyyətlə aiddiyatı yoxdur. Bildiyiniz yola verdilər. Mağaza müdiri dedi ki, ios-u axırıncı versiyaya qədər yüksəldin, problem ona görədir və götürüb bir müddət işlədin, əgər davam etsə problem, gətirərsiz, isupportun müdürü mənim dostumdur, deyəcəm köməklik edəcək. Mən hardan bilim ki, bunlar artıq dələduzluqda, yola verməkdə peşəkardırlar və əslində, məni də yola verirlər. Götürdüm gəldim telefonu. Bir qədər də işlətdim, yenə eyni problemlər. Bu mənə pis təsir etdi (özümü “loxlanmış” hiss etdim). Yenə müdirlərinə zəng edib telefonu apardım. Verdilər isupporta, üstündən 15 gün filan keçdi, xəbər yox idi. Müdirlərinə(Orxan) zəng edirdim, deyir 1-ci gün xəbər edəcəm, 1-ci gün yığırdım, deyir qoy bir dənə mail yazım onlara xəbər edirəm. Yenə xəbər çıxmadı, səhər zəng etdim, deyir, yarım saata mənə yığ mail yazım görüm nə deyirlər. Açıq-aşkır hörmətsizlik etdi və mən mədəni danışığı kənara atıb bir az sərt danışdım. Səhəri gün özüm isupporta zəng etdim, dedilər telefon bizdə deyil mağazaya vermişik. Orxana zəng edəndə dedi, gedirəm ora görüm nə yerdə qaldı və mən ona dedim ki, onlar deyir sizə vermişik telefonu. Bir az tutuldu, söhbəti dəyişdi. Gedib mağazadan aktı götürdüm, yenə yazıblar ki, problem aşkar olunmadı, format tövsiyyə olunur, format haa... İsupporta getdim və dedim ki, problemə dair screen recordlarım var, ekran əsməsi, menyunun gecikməsi filan. Oğlan dedi, o normaldır zad, format edin gedəcək. Uje hər dəfə Sumqayıtdan Bakıya getməkdən, işdən icazə almaqdan bezdiyim üçün razılaşdım və Orxana zəng etdim, dedi problem deyil 2-3 saata format edəcəyik, gəlib götür. 4 saat şəhərdə boş gözlədim, sonra getdim götürməyə, məlum oldu ki, Orxan özü yoxdur, işçilərdən də heç kimin mövzudan xəbəri yoxdur, format da olunmayıb. Daha bir məsuliyyətsizlik və hörmətsizlik. Yenə 2-3 saat şəhərdə fırlanıb gözlədim ki, format etsinlər. Götürüb gəldim. Problem yenə davam edir və üstəlik, bu dəfə başqa problem çıxıb, qalereyada videoya baxanda və başqa bir app-də ekran donub qalıb və heç bir knopka işləmədi. Bir neçə dəfə bu təkrarlanıb. Başqa telefonla ekranın videosun çəkmişəm, sübutlarım var. Üstəlik, feysbukda yuxarıda messencerin loqosunda ekran sürüşməsi peyda olub. Bunu hal-hazırda record etdim, bura atıram. Bir az uzun oldu, amma hadisəni tam detallı paylaşmaq istədim. Bu vəziyyətdə nə edə bilərəm? Bəlkə mən bilmirəm və bu şeylər doğurdan normaldır? İstənilən halda sabah yenidən isupporta gedəcəyəm..."

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ana və xəstə övladına ZÜLFƏLİ ZÜLMÜ - "Harayına çatan yoxdur..."
Bu gün, 07:06 |
|
|
|
| • 'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
Bu gün, 06:56 |
|
|
|
| • TƏBİB və AAYDA-da kadr təyinatı bitmir - Problemlərin bəxti nə zaman açıqlacaq?
Bu gün, 06:46 |
|
|
|
| • Nura Suri Roza Zərgərlinin müdafiəsinə qalxdı - "Başa düşə bilmirəm..."
Bu gün, 06:38 |
|
|
|
| • AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
| • 730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21 |
|
|
|
| • Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17 |
|
|
|
| • Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11 |
|
|
|
| • “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27 |
|
|
|
| • “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23 |
|
|
|
| • “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19 |
|
|
|
| • UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14 |
|
|
|
| • Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12 |
|
|
|
| • Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06 |
|
|
|
| • “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05 |
|
|
|
| • Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54 |
|
|
|
| • "Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43 |
|
|
|
| • "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39 |
|
|
|
| • Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33 |
|
|
|
| • Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28 |
|
|
|
| • Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25 |
|
|
|
| • Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19 |
|
|
|
| • Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14 |
|
|
|
| • Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12 |
|
|
|
| • Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08 |
|
|
|
| • Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06 |
|
|
|
| • İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56 |
|
|
|
| • Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53 |
|
|
|
| • Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49 |
|
|
|
| • “GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45 |
|
|
|
| • Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Dünən, 15:39 |
|
|
|
| • Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Dünən, 15:36 |
|
|
|
| • Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Dünən, 15:33 |
|
|
|
| • Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Dünən, 14:35 |
|
|
|
| • Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Dünən, 14:31 |
|
|
|
| • "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Dünən, 14:29 |
|
|
|
| • "Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Dünən, 13:17 |
|
|
|
| • “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Dünən, 13:15 |
|
|
|
| • Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Dünən, 13:11 |
|
|
|
| • “Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Dünən, 12:59 |
|
|
|
| • BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Dünən, 12:54 |
|
|
|
| • Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Dünən, 12:50 |
|
|
|
| • Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Dünən, 12:42 |
|
|
|
| • Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:34 |
|
|
|
| • Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Dünən, 12:26 |
|
|
|
| • Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Dünən, 12:24 |
|
|
|
| • “Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Dünən, 12:22 |
|
|
|
| • Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Dünən, 12:13 |
|
|
|
|