Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                 

Niyazi Bayramov vətəndaşa NECƏ ZƏRBƏ VURUBSA... - Hələ də qapılarda qalıb...
Tarix: 31-10-2024, 08:11 | Çap et
Niyazi Bayramov vətəndaşa NECƏ ZƏRBƏ VURUBSA...
“Dedilər ki, Prezidentin tapşırığı var, rayonda kimsəsiz uşaqlar üçün istirahət yeri tikilməlidir. Mənim də 8 sot torpağım Mingəçevirin ən yaxşı yerində, Kürün qırağındadır. Dedim, Prezidentimizin göstərişi qarşısında boynumuz qıldan incədir. Dedilər, əvəzinə mərkəzdən torpaq verərik sənə. Razılaşdıq. 200 min manatlıq torpağım əlimdən gedəndən sonra anladım ki, məni aldadıblar”.

Mingəçevir sakini Fəxrəddin Əhmədov Meydan TV-yə danışır ki, bir neçə il əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı (hazırda Gəncənin icra başçısıdır) Niyazi Bayramov və Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi Şəhriyar Mustafayev tərəfindən aldadılıb. Vətəndaşın iddiasına görə, bir neçə il əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinə dəvət olunub. Ona bildirilib ki, Prezident tərəfindən Mingəçevirdə kimsəsiz uşaqlar üçün sanatoriya tikintisinə göstəriş verilib, onun mülkiyyətində olan torpaq sahəsi sanatoriyanın yeri üçün əlverişlidir. Əvəzinə başqa yerdə torpaq sahəsi ayırmaqla həmin sahəni ondan istəyiblər:

“Razılıq verdim, dedilər, sabah Şəhriyarın sürücüsüylə gedin notariusa, torpağı onun adına alqı-satqı et, Prezidentin tapşırığı əsasında işlər başlanmalıdır, vaxt yoxdur, sonra gerisini də həll edərik. Mən də inandım, düşündüm ki, sözü deyən bu boyda şəhərin başında dayanan icra başçısıdır. Sabahı gün getdik, 200 min manat dəyəri olan 8 sot torpağı 5 manata mənim adımdan alqı-satqı müqaviləsi ilə Şəhriyar Mustafayevin sürücüsünə verdim. Mənə heç 5 manat da verilməyib. Çünki əvəzi olaraq Mingəçevirin mərkəzində torpaq vəd olunmuşdu”.

“Gördüm ki, torpaqda iş aparılmır, geri tələb etdim”

Fəxrəddin Əhmədovun sözlərinə görə, vəd olunan torpağa görə bir neçə dəfə icra hakimiyyətinə get-gəl edib, üstəlik də torpaq sahəsində hər hansı iş aparılmadığını görüb:

“Hər dəfə bir bəhanə gətirirdilər. Qış keçsin yayda işlərə başlanılacaq, yay olurdu, deyirdilər, payız gəlsin, iş başlayacaq. Dedim, xeyli vaxt keçdi, burda heç nə tikilmədi. Ya torpağımı özümə qaytarın, ya da vəd etdiyiniz torpaq sahəsini verin”.

İcra hakimiyyətinin başçısı dəyişəndən sonra Fəxrəddin Əhmədov narahat olmağa başlayıb və Bakıdakı qurumlara yazıb:

“Baş Prokurorluğa, Korrupsiya İdarəsinə, Daxili İşlər Nazirliyinə yazmışam, hamısının da dəfələrlə qəbulunda olmuşam. Mehriban Əliyevanın qəbulunda olmuşam, köməkçisi qəbul edib. Mənim şikayət etdiyimi görəndə götürüb torpağı tez başqasının adına alqı-satqı ediblər”.

“O torpaqları məmurlar öz aralarında bölüşdürüb”

Fəxrəddin Əhmədov deyir, aldadılaraq əlindən alınan torpaq sahəsi 1991-ci illərin əvvəlinədək 5 nömrəli Dəmir-Beton Məmulatları Zavodunun işçiləri üçün istirahət zonası yaradılmasına görə ayrılıb: “Ancaq zavod fəaliyyətini dayandırdığı üçün bu, baş tutmayıb. 20 sot ərazinin 8 sotu ona fərdi ev tikmək üçün qanuni satılıb, qalan sahəni isə Mingəçevirin məmurları öz aralarında bölüşdürüb”.

“Gəncəyə də getmişəm, Niyazi Bayramovun qəbulunda olmuşam. O da mənim yanımda Şəhriyar Mustafayevə zəng vurub, deyib ki, bunun torpağını özünə qaytarın. Baxdım ki, mənimlə oyun oynayırlar, daha ora da getmirəm. Bircə Prezidentin qəbulunda olmamışam, başqa bütün məmurların qəbulunda olmuşam. İstəyirəm ki, Prezident bu işi nəzarətə götürsün, bilsin ki, bölgələrdə məmurlar onun adından istifadə edib vətəndaşların əmlaklarını fırıldaqçılıqla ələ keçirirlər”,-deyə Əhmədov əlavə edib.

Rəsmi qurum: “Özünə də, oğluna da torpaq ayrılıb”

Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Fəxrəddin Əhmədov sözügedən torpaq sahəsini 2014-cü ilin 30 mayında Mingəçevir Şəhər 2 nömrəli Notariat Kontorunda vətəndaş Elşad Həsənova alqı-satqı müqaviləsi əsasında 5400 manata satıb. Elə həmin ilin iyulunda Mingəçevir Bələdiyyəsi ona fərdi ev tikintisi üçün şəhərdəki 17 saylı məktəbin qarşısındakı ərazidən oğluna 4, özünə də ayrıca 4 sot torpaq sahəsi ayırıb.

Fəxrəddin Əhmədovsa deyir, Mingəçevir Şəhər İcra Hakimiyyəti qəbula getdiyim Bakıdakı qurumlara da eyni sözü yazıb cavab məktubu göndərir. Əslində isə torpaq sahələrini yerli bələdiyyəyə rüsum ödəməklə özü alıb:

“Üst qurumlara cavab yazırlar ki, guya mənə həmin torpağın əvəzi olaraq 8 sot torpaq verilib. Halbuki, mən bələdiyyədən özümün və oğlumun adına rüsum ödəyib qanuni şəkildə torpaq almışam. Bunun o məsələyə aidiyyəti yoxdur”.

Hüquqşünas Namizəd Səfərov deyir, əslində rəsmi qurumun “vətəndaşa başqa yerdə torpaq ayrılıb” deməsi suallar yaradır:

“Hansı səbəbdən vətəndaşa torpaq ayrılıb? Elə durduğu yerdə vətəndaşa dedilər ki, gəl 4 sot sənə, 4 sot oğluna torpaq verək? Ondan alınan torpağın əvəzi olaraq ayrılıbsa, bəs vətəndaşdan aldıqları torpaq kimdədir? Bir halda ki, o torpağın üzərində Prezidentin göstərişi olduğu deyilən sanatoriyanı tikməyiblər, torpaq sahəsi niyə sahibinə qaytarılmayıb, başqasına satılıb? Vətəndaş bütün bunları məhkəmədə mübahisələndirə bilər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru