Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR... - NARAZILIQ VAR...
Tarix: 28-10-2024, 08:21 | Çap et
 Naxçıvanda şəhid anası Muxtar Respublikanın Baş naziri Ceyhun Cəlilovdan Prezident İlham Əliyevə şikayət edib. "DİA-AZ" xəbər verir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz paylaşım edib. Jurnalist daha sonra yazır: "Şəhid anasının sözlərinə görə, dövlətin şəhid ailələrinə ayırdığı imtiyazlardan yararlana bilmir. Baxmayaraq ki, Ceyhun Cəlilov Naxçıvan MR Əmək və Sosial Müdafiə naziri işlədiyi dövrdə qanuni haqqı ilə təmin olunacağına dair şəhid anasına söz veribmiş. Amma qısa müddətdən sonra Ceyhun Cəlilov Baş nazir təyin olunandan sonra verdiyi sözlər də havadan asılı qalıb. Başı təbii ki, nazir işlədiyi dövrdə keçirdiyi qanunsuz tenderləri legitimləşdirməyə və ya tamamilə ləğv etməyə qarışıb. Anaya cavab isə Ceyhun Cəlilovun nazirlikdə yüksək vəzifəyə təyin etdirdiyi yoldaşının xalası oğlundan gəlib: “Sizə şəhid ailələrinə verilmiş imtiyazlar düşmür”. Vəssəlam, şüt-tamam..."
***
"DİA-AZ" bildirir ki, bunun ardından H.Oğuz Ceyhun Cəlilovla bağlı əldə etdiyi digər ilginc faktları da açıqlayıb. O yazır: "Dilimizdə məşhur bir ifadə var – kölgəli adam. Adətən, hakimiyyət səlahiyyətlərindən öz qohum-əqrəbaları üçün faydalanan kadrlara belə deyirik. Bəzən isə hakimiyyətə gəlib qanunu hər şeydən üstün tutan, qohumbazlıq etməyən, korrupsiyaya bulaşmayan dövlət məmurlarını da eyni məntiqlə “öz dibinə işıq salmayan çırağa” bənzədirik. Naxçıvanın Baş naziri Ceyhun Cəlilov da Maşallah, Maşallah, göz dəyməsin, kölgəli adamlardanmış. Eynilə “canişin” əfəndi kimi. Şəhid anasının Prezidentə video-müraciəti ilə bağlı bizimlə əlaqə saxlayan bir Naxçıvan sakini yazıda keçən bəzi məqamlara aydınlıq gətirərkən belə deyib. Onun iddiasına görə, şəhid anasının şikayətində adı keçən Atabəy Məmmədli əslində Naxçıvanın Baş naziri Ceyhun Cəlilovun yoldaşının yox, yeznəsinin (bacısının yoldaşı) xalası oğlu imiş. Yəni Baş nazir təyin olunar-olunmaz yeznəsinin xalası oğlunu da yaxşı işə düzəldəcək qədər kölgəli adam imiş. Sual edə bilərsiniz: Ceyhun müəllimin kölgəsi hətta yeznəsinin xalası oğlunun da başına düşübsə, bəs yeznənin özü bundan necə faydalanıb? Məktub müəllifinin iddiasına inansaq, yeznəsinin özünə həqiqətən də bu kölgənin ən qaymaq yeri düşüb. Kölgəli Baş nazir onu hətta Bakıda “Dost” xidmətində rəhbər vəzifəyə təyin etdirməyi bacarıb. Şamxal adlı yeznə hazırda Departament rəhbəridir. Birinci ixtisası isə ədəbiyyatşünaslıq imiş. Yadıma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Ol düşdü. Vaxtilə özünü şair sayan bu adam nazir Səlim Müslümovla əlbir olub sosial yardıma möhtac əhalinin haqqını yeyir və daha sonra yazdığı şeirlərdə kasıb-kusubun halına ağlayırdı. Amma bu timsah yaşları uzun sürmədi. Əjdər Ol külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edildi. Bir növ nazir Səlim Müslümovun yerinə yatmaq vəzifəsini öhdəsinə götürdü. Prinsipcə, “Dost” Xidməti də elə Əmək və Sosial Müdafiə Nazirliyinin nəzdində yaradılmış bir qurumdur. İndi onun Departament rəhbərini belə Naxçıvanın Baş naziri təyin etdirir. O da Əjdər Ol kimi ədəbiyyat adamıdır. Görünən budur ki, ƏƏSMN şeir-sənət adamları olmadan keçinə bilmir. Yəqin işin sonunda nazirin əvəzinə yatmaq üçün bu bədii hissəyə də ehtiyac var. Allah Şamxal müəllimə Əjdər Ol taleyini yaşatmasın. Yoxsa o da Ceyhun Cəlilovun kölgəsinin və əzbərlədiyi şeirlərin qurbanı ola bilər..."

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19 |
|
|
|
| • "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13 |
|
|
|
| • “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
| • Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05 |
|
|
|
| • Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56 |
|
|
|
| • SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53 |
|
|
|
| • Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35 |
|
|
|
| • Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22 |
|
|
|
| • Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10 |
|
|
|
| • AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06 |
|
|
|
| • Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56 |
|
|
|
| • Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
| • ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26 |
|
|
|
| • "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
| • "Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00 |
|
|
|
| • "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51 |
|
|
|
| • Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47 |
|
|
|
| • Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32 |
|
|
|
| • Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26 |
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21 |
|
|
|
| • Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17 |
|
|
|
| • ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10 |
|
|
|
| • İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09 |
|
|
|
| • "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07 |
|
|
|
| • Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04 |
|
|
|
| • Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01 |
|
|
|
| • Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47 |
|
|
|
| • Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45 |
|
|
|
| • Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42 |
|
|
|
| • Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32 |
|
|
|
| • Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08 |
|
|
|
| • "Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53 |
|
|
|
| • Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48 |
|
|
|
| • Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45 |
|
|
|
|