Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı .....                     Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. .....                     "Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı .....                     Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: .....                     Moskva yaxınlığında Su-57-ni Ukrayna vurub? .....                     Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? .....                     Nazirlikdəki əmilər bu məktəb direktoru ilə bacara bilmirlər? .....                     Agentlikdə sənəd qəbulu problemi .....                     Yardım üçün açılan bank hesabları niyə bloklanır? .....                     Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır? .....                     Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar .....                     Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? .....                     "Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... .....                     Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı .....                     Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib .....                     Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? .....                     Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? .....                     Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... .....                     Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? .....                     ""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" .....                     Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR .....                     Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır .....                     "Deməli, həmin effekti yarada bilmirik..." .....                     Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB .....                     Bu sistem yaşatmır... ÖLDÜRÜR! .....                     Hərbi-ruhani rejim UÇURUMA GEDİR... .....                     Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... .....                     MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır .....                     Bu addım çoxdan atılmalı idi... .....                     Türkiyəli sənətçi həm də belə qazanacaq... .....                     Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi .....                     Korovinin iddialarına cavab gecikmədi .....                     Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi .....                     “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” .....                     Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib .....                     Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı .....                     İki müharibə Azərbaycanın bir addımlığına çatdı .....                     Şəmsi Səmədzadə həbsdən AZAD OLDU .....                     "Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub .....                 

Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?
Tarix: 18-10-2024, 10:35 | Çap et
Neft və milyonlar səltənətinin DƏRMAN BARONU...
Bu ölkədə qulaq hər gün bir söz eşitməsə, həqiqətən də kar olar. Təsəvvür edin ki, bir neçə gün əvvəl "Türk dünyasında sürücülük təhsili" mövzusunda konfrans keçirilib. Əlbəttə, belə konfranslar, forumlar əksər hallarda maxinasiya mahiyyəti daşıyır. Amma hər işin də bir əndazəsi var, heç olmasa elə adda konfranslar təşkil olunmalıdır ki, ictimai-siyasi, sosial-iqtisadi yükü olsun. Axı türk dünyasında sürücülük təhsili iranlılar demişkən, nə mənə şeydi?!
Anaxeber.info-nun verdiyi informasiyaya görə, məlum olur ki, konfransda Azərbaycan-Şimali Kipr parlamentlərarası dostluq qrupunun rəhbəri, avtomobillərinin sayı bilinməyən oliqarx-deputat Cavanşir Feyziyev də orada iştirak edibmiş.
Bəs, tədbirin əsas məqsədi bilirsinizmi nə olub? Buyurun, tanış olun - "türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığının inkişafında olduğu kimi, müasir dövrdə sürücülük təhsili sahəsində də qarşılıqlı iş birliyinin yaradılmasına kömək etmək, eləcə də sürücülük təhsili sahəsindəki dünya standartlarının öyrənilib tətbiq edilməsi, xüsusilə yeni nəsil elektrikli və ağıllı avtomobillərin idarə olunması ilə bağlı ortaq təhsil proqramının tətbiqi sahəsində əməkdaşlığın yaradılması".
Təbii, anlamaq olar ki, türkdilli ölkələr sürücülük sahəsində dünya təcrübəsini biri-birindən öyrənir, bəs deputat Cavanşir Feyziyevin konfransda bu mövzuda danışa biləcəyi nə ola bilər? Ümumiyyətlə, onu heç parlamentdə çıxış edən, deputat olduğu Şəkinin problemlərini, seçicilərin narazılıqlarını iclaslarda qaldıran görən olubmu? Bütün ölkə bilir ki, Cavanşir Feyziyev milyonçudur, dərman və müxtəlif sahələrdə biznesi var. Yəni özünə və siyasi himayədarlarına mənfəəti toxunan şəxsdir. Onun nə deputat kimi nə Milli Məclisə, nə seçicilərə faydası var. Feyziyev bəlkə də parlamentin ən varlı üzvüdür. Ona görə də MM-də çıxış etməsi istisna hallarda yadına düşür, ya da hansısa telekanalda görünür. Əsas onun biznesinin yağ kimi getməsidir. Doğrudur, son illər Feyziyev xüsusən də "Avromed" şirkətində olan payının bir hissəsini satıb, səhmləri azalıb, amma oliqarx həyatında ciddi dəyişiklik olmayıb. Bununla belə, son aylar Feyziyevin məhkəmə işlərindən başı açılmır. Ona aid şirkətin ayrı-ayrı instansiyalarda hüquqi müstəvidə çəkişməsi xəbərləri yayılır. Bu xüsusda şirkət ya cərimələnir, ya da iddia irəli sürür. Misal üçün deputat Cavanşir Feyziyevə məxsus dərman firması olan “Avromed Company” haqqında növbəti dəfə cərimə protokolu tərtib edilib. Dəfələrlə inzibati qaydada cərimələnən dərman firması bu dəfə də gömrük qaydalarını pozub. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozan “Avromed Conpany”nini bu qayda pozuntusuna görə cərimə gözləyir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
"Avromed”lə bağlı işə Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılıb. Belə bir protokol Nizami rayon Məhkəməsində də qəbul edilib. Həmçinin, Feyziyevin əczaçılıq sahəsində fəaliyyət göstərən “Dokta” firması ticarət qaydalarını pozmaqda ittiham edilib. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 452.4-cü İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi) maddəsi ilə protokol tərtib edilib. Habelə, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası ilə bağlı məhkəməyə müraciət olunub. Sözügedən klinika ilə bağlı məhkəməfə iddianı da məhz deputat Cavanşir Feyziyevə məxsus “Avromed Company” QSC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Ümumiyyətlə, siz internet resurslarında "Feyziyevin "Avromed" və "Dokta" firmaları cərimələndi" yazsanız, təkcə 2024-cü il üçün onlarla belə real, faktla rastlaşa bilərsiniz. Hətta onun "Vita aptekləri" və "Buta farm"ı da bu siyahıda yer alırlar. Bu da göstərir ki, deputat Feyziyev biznesində nələrisə düzgün qurmayıb, qanunları tez-tez pozur, qaydalara riayət etmir... Əgər belə olmasaydı, il ərzində çoxsaylı məhkəmə şikayətləri verilməzdi. Amma görünür ki, Feyziyev öz firmalarının adlarının məhkəmələrdə və mediada tez-tez hallanmasından narazı deyil. Halbuki heç bir biznes sahibi belə mənfi informasiya ilə hər dəfə gündəmə gəlmək istəməz, şirkətlərinin adına neqativ arzulamaz.
Onu da deyək ki, bu il martın 8-də Böyük Britaniya məhkəməsi Londonda deputat Cavanşir Feyziyev və həyat yoldaşına məxsus 50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb. Məhkəmə Feyziyev və həyat yoldaşının bu mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu iddia edir.
Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib, lakin məhkəmə martın 8-də vəsatəti rədd edib.
Yəni Feyziyevin nə Avropada, nə Azərbaycanda məhkəmələrdən başı açılmır. Bu faktların özü təsdiq edir ki, o, deputatdan daha çox milyonçudur, adı Qərb və yerli məhkəmələrdə gedən işlərdə hallanır. Görün nə qədər qaranlıq maliyyə işləri həyata keçirilib ki, onun məhkəmə dosyeləri Bakıdan Londona qədər uzanır.
Feyziyev kimi deputat, yaxud məmur, nazir biznesmenlərimizin sərvətlərinin, maliyyə ehtiyatlarının gerçək miqdarı barədə heç birimizin dolğun məlumatı yoxdur. Çünki bu pullar əksər hallarda “çirklidir” və maliyyə hesabatlarında, vergi sənədlərində və s. əks olunmur. Ona görə də 50 milyonun Feyziyevin sərvətinin “neçədə biri” olduğunu demək mümkün deyil.
Onun biznes səltənətin siyahısına gəlincə, Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisi olduğunu qeyd edir. Bu şirkət yalnız turizmlə məşğul olmur. Şəkidə yerləşən dördulduz "Şəki Saray Hotel"in sahibidir. Mehmanxananın direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsız qoz bağları salıb. C.Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan siqaret zavodunun direktorudur. “Tabaterra” zavodu ildə 14 milyard ədəd siqaret buraxa bilər. Bütün bunlardan əlavə, C.Feyziyevin xanımının, oğlunun Azərbaycanda böyük biznesi var. Yəni deputatın biznes fəaliyyətindən çəkildiyini söyləmək mümkün deyil. Və bu zaman sözsüz ki, onun şirkətləri, maliyyə hesabatlarında və digər məsələlərdə müəmmalı fəaliyyəti səbəbindən mütəmadi məhkəmələrdə problemləri olur...

Anaxeber.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təqaüd üstündə başlayan mübahisə qanla bitdi: 86 yaşlı ata oğlunu bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 08:59
Ramiz Mehdiyevin 9 aylıq ev dustaqlığından nə doğuldu?.. - REPLİKA
Bu gün, 08:49
"Rock and Steel Construction" MMC fəaliyyətini DAYANDIRDI: Külli miqdarda borcu qaldı - FOTO
Bu gün, 08:46
Neft qiymətləri 1 həftə əvvəlki səviyyədə: - Nə qədər davam edəcək?
Bu gün, 08:44
Moskva yaxınlığında Su-57-ni Ukrayna vurub?
Bu gün, 08:42
Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? - AXI NİYƏ?..
Bu gün, 08:07
Nazirlikdəki əmilər bu məktəb direktoru ilə bacara bilmirlər? - İTTİHAM VAR...
Bu gün, 08:04
Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
Bu gün, 07:55
Yardım üçün açılan bank hesabları niyə bloklanır? – Əkrəm Həsənov səbəbləri açıqladı
Bu gün, 07:50
Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Təcili yardım cavab vermədi, xəstəyə “Baralgin”i aptekdən almağı tapşırdılar – TƏBİB-dən şikayət
Bu gün, 07:21
Bilik artıq defisit deyil: bəs təhsilin məqsədi nədir? - AKTUAL
Bu gün, 07:15
"Həkim Baba Sağlamlıq Mərkəzi" fəaliyyətini DAYANDIRDI: Borcla... - TƏFƏRRÜAT
Bu gün, 07:13
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
Bu gün, 07:10
Pentaqon pilotsuz aparat istehsalını artırmaqda çətinlik yaşadığını etiraf edib - "Reuters"
Bu gün, 07:07
Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir? - Görünəni odur ki...
Bu gün, 07:05
Kəndləri boşaldan səbəb: Məktəblərin bağlanması doğru qərardır? - AKTUAL
Bu gün, 07:04
Fermerlər geri çəkilir, heyvan sayı azalır: Ət yenə bahalaşacaq? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyindən tender udur... - HOQQABAZLIQ!
Bu gün, 06:43
Bölgələrdə xəstəxanalar boşdur: Pul yoxdur, yoxsa həkim? - AÇIQLAMA
Bu gün, 06:37
""Xalq Sığorta"dan CANINIZI QURTARIN!" - MÜRACİƏT
Bu gün, 06:24
Kapital Bank müştərisinə ÇİLƏ YAŞADIR - GİLEY
Bu gün, 06:19
Hər həftə qırxılmış üzünün fotosunu polislərə yollayır
Bu gün, 06:12
"Deməli, həmin effekti yarada bilmirik..." - partiya sədri
Bu gün, 06:08
Xəzər dənizinə savaşı RUSLAR GƏTİRİB - ONA GÖRƏ DƏ...
Bu gün, 06:02
Bu sistem yaşatmır... ÖLDÜRÜR! - MALƏSƏF...
Bu gün, 05:52
Hərbi-ruhani rejim UÇURUMA GEDİR... - FAKT BUDUR!
Bu gün, 05:45
Gün ərzində 20 özəl xəbəri doğacaq qədər BÖYÜK DEYİLİK... - MEDİA ABSURDU
Bu gün, 05:12
MEDİA agentliyi ekspertlərə də qadağa qoymalıdır - ÇAĞIRIŞ
Bu gün, 05:05
Bu addım çoxdan atılmalı idi... - ÇARŞABIN ALTINDAN PÜLƏNƏN ÇİRKAB...
Bu gün, 04:55
Türkiyəli sənətçi həm də belə qazanacaq...
Bu gün, 04:43
Abşeronda qadın ərini dişləyərək ona xəsarət yetirdi
Dünən, 19:05
Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
Dünən, 18:59
Dövlət qurumu 3,4 milyon manatlıq tenderə bir həftə vaxt verdi – LƏĞV EDİLDİ
Dünən, 18:40
“Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” - Fərhad Mehdiyev
Dünən, 18:36
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
Dünən, 18:30
Qadınlar üçün ən yaxşı ölkələr açıqlandı – Azərbaycan 111-ci sırada…
Dünən, 17:40
İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?
Dünən, 17:38
Şəmsi Səmədzadə həbsdən AZAD OLDU - AÇIQLAMA
Dünən, 17:36
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:31
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət
Dünən, 17:27
Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir
Dünən, 17:24
Ukraynanın Xəzər dənizində gəmiləri vurması son dərəcə təhlükəlidir - Peskov
Dünən, 17:22
“AzSığorta” ikinci rübdə zərər etdiyini açıqladı - DETALLAR
Dünən, 17:16
Toy qiymətimi iki dəfə artıracağam - Vüqar Muradov
Dünən, 17:10
Deputatlar bu yay harada dincələcək? - SORĞU
Dünən, 17:09
Matevosyan Paşinyanı İTTİHAM ETDİ
Dünən, 17:01
Ruben Vardanyanın ofşor maliyyə şəbəkələri ilə əlaqələri barədə yeni faktlar ortaya çıxıb - ARAŞDIRMA
Dünən, 16:52
Ramiz Mehdiyevlə bağlı HANSI QƏRAR VERİLƏ BİLƏR... - GƏLİŞMƏ
Dünən, 16:40
Bu şirkət bir ildə Elm və Təhsil Nazirliyindən 26,7 milyon manatlıq sifariş alıb - TƏFƏRRÜAT
Dünən, 16:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru