Putindən Ermənistanla bağlı sərt qərar .....                     “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı .....                     Bu xanımlara yüksək vəzifə verildi .....                     General-mayor Anar İsmayılova ağır itki üz verib .....                     “Baku Electronics” müştərinin qanına susayıb? .....                     Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə .....                     Azərbaycan neftinin qiyməti 107 dolları ötüb .....                     Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. .....                     "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə .....                     Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... .....                     "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" .....                     Trampdan UCUZ NEFT VƏDİ... .....                     Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib .....                     Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... .....                     "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… .....                     Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? .....                     "2000 manat bu xərci qarşılayacaqmı?!." .....                     Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? .....                     Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU .....                     “O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” .....                     Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... .....                     "Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı .....                     "Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” .....                     Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." .....                     "Çünki o daşlarda, o qayalarda onların qanı var..." .....                     Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ .....                     Peşə Təhsilində küləvi narazılıq .....                     Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR .....                     Daha bir TENDER HOQQABAZLIĞI .....                     Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general .....                     Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib .....                     Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                 

Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Tarix: Bu gün, 09:18 | Çap et
Bu günə qədər dərc etdiyimiz araşdırmalarda Elm və Təhsil Nazirliyində formalaşan qruplaşmanın dövlət satınalmaları üzərindən on milyonlarla manat dövlət vəsaitinin talamasına dair ciddi fakt və sübutlarla çıxış etmişik. Təkzibolunmaz faktlar göstərir ki, nazirin dostları və sinif yoldaşlarından ibarət qruplaşmanın əsas üzvləri olan Tural Ayvazlı, Valeh Mirzalıyev, Elnur Əliyev və başqaları bütün maliyyə dövriyyəsinə nəzarəti ələ keçirərək dövlət büdcəsinin səmərəsiz, şəxsi maraqlarına xərclənməsi ilə məşğuldurlar.
Korrupsiya şübhəsi doğuran çoxmilyonluq tender
Bu dəfə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (VÖEN 1500016711) ilə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC (VÖEN 1402405651) arasında 23 may 2024-cü ildə (038-B/24 nömrəli) bağlanan satınalma müqaviləsindən danışacağıq.
Nazirliklə müqavilə bağlayan şirkətin təsisçisi həmin Nazirlikdə idarə rəisi vəzifəsini tutur
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC (VÖEN: 1402405651 ) 30 avqust 2012-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarına görə, şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 4, mənzil 105 göstərilir. Şirkətin qanuni təmsilçisi isə Emin Əlövsət oğlu Axundovdur. Reyestr məlumatlarının dəyişiklik tarixçəsinə əsasən, MMC-nin Xanlarov Vüsal Tərlan oğlu tərəfindən təsis edildiyi göstərilir.
Bəs Vüsal Xanlarov kimdir? Elm və Təhsil Təhsil Nazirliyində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi…
Yəni Nazirlik milyonlarla manatlıq müqavilə bağlayır, müqavilənin qarşı tərəfində dayanan şirkətin təsisçisi isə həmin Nazirlikdə idarə rəisidir. Başqa sözlə, dövlət vəsaiti hesabına satınalma aparan qurumun əməkdaşı eyni zamanda bu satınalmadan gəlir əldə edən şirkətin təsisçisidir. Bu faktın özü tenderin şəffaflığını birbaşa sual altına qoyur.
Qeyd edək ki, haqqında danışdığımız 038-B/24 nömrəli müqavilənin predmeti STEAM əsaslı tədrisin təşkili xidmətlərinin satın alınmasıdır. Satınalan təşkilatı - nazir Emin Əmrullayevin dostu və sinif yoldaşı Valeh Taleh oğlu Mirzalıyev, təchizatçı şirkəti isə onun qanuni təmsilçisi Emin Əlövsət oğlu Axundov təmsil edib. Satınalan təşkilatın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Seyid Yəhya Bakuvi küçəsi 18, təchizatçı şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev, ev 4, mənzil 105 kimi göstərilib.
Müqavilənin şərtləri təchizatçı şirkət üçün kifayət qədər böyük həcmli öhdəliklər nəzərdə tutur. Məlumata görə, müqavilənin ümumi dəyəri isə milyonlarla manat təşkil edib.
300 min manat “Training Plus” MMC-nin hesabına köçürülüb və sonradan nağdlaşdırılıb?
Araşdırmamız daha bir diqqətçəkən müqaviləni ortaya çıxarıb. “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC ilə “Training Plus” MMC (VÖEN: 1308571521) arasında 25 oktyabr 2024-cü ildə 038-24140 nömrəli xidmət müqaviləsi bağlanıb.
Müqavilədə sifarişçi qismində Emin Əlövsət oğlu Axundovun rəhbərlik etdiyi “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC, icraçı qismində isə Elnarə Rəşadət qızı Qasımlının rəhbərlik etdiyi “Training Plus” MMC göstərilib.
Nizamnamə kapitalı cəmi 10 manat olan bu şirkət Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 27D, mənzil 192 ünvanında qeydiyyatdadır.
Müqavilənin predmeti STEAM təhsili üzrə “Rəqəmsal bacarıqlar” və “Səriştə əsaslı suallarla işləmə yollarının öyrədilməsi” mövzusunda təlimlərin təşkilidir. Bu xidmət üçün dövlət vəsaitindən 300 min manat ayrılıb. Burada əsas müəmma 300 min manatın sonrakı taleyi ilə bağlıdır.
Redaksiyamıza daxil olan məlumata görə, müqavilə üzrə nəzərdə tutulan 300 min manat “Training Plus” MMC-nin hesabına köçürülüb və həmin vəsaitin sonradan nağdlaşdırıldığı iddia olunur.
Məsələnin bütün detalları, o cümlədən pulun sonrakı hərəkəti hüquq-mühafizə orqanları tərəfindən bank əməliyyatları və maliyyə sənədləri əsasında yoxlanılmalıdır.
Korrupsiya şübhəsini gücləndirən əsas məqam isə 300 min manatlıq xidmətin iqtisadi əsaslandırılmasının və ciddi internet resursu olmayan “Training Plus” MMC-yə bu məbləğin ödənilməsinin aydın olmamasıdır.
Xüsusi qeyd: Bu vəsait qarşılığında neçə təlim keçirilib, neçə iştirakçı və təlimçi cəlb olunub, təlimlərin müddəti və keçirildiyi ünvanlar, təlimçilərin ixtisası, xərclərin strukturu və nəticələrin necə qiymətləndirildiyi açıqlanmalıdır.
Biz sosial şəbəkələrdə və internet resurslarında müqavilələrdə göstərilən tarixlərə uyğun olaraq bu təlimlərin keçirildiyini təsdiqləyən hər hansı məlumat tapa bilmədik.
Əgər dövlət vəsaitləri talanmayıbsa, o zaman….
Naziri Emin Əmrullayevin dostlarından xahiş edirik ki, 300 min manatlıq xidmətin faktiki göstərildiyini təsdiqləyən sənədləri: təhvil-təslim aktlarını, iştirakçı siyahılarını, davamiyyət cədvəllərini, təlim proqramlarını, foto-video materiallarını, təlimçi müqavilələrini, əməkhaqqı ödənişlərini və yekun hesabatları ictimaiyyətə açıqlasınlar.
Əgər bu sənədlər açıqlanmayacaqsa, ortaya çıxan sualların hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalması da doğru olmazdı. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əvvəlki araşdırmalarımızda ortaya qoyduğumuz faktlarla birlikdə bu məsələləri də hüquqi baxımdan qiymətləndirməsi məqsədəuyğun görünür.
Aşağıdakı sualların cavablandırılması vacibdir:
1. 038-B/24 nömrəli əsas müqavilə və satınalma şərtləri subpodratçı cəlb edilməsinə icazə verirmi?
2. Satınalan təşkilat “Training Plus” MMC-nin prosesə cəlb edilməsindən xəbərdar olubmu?
3. Şirkətin cəlb edilməsi ilə bağlı satınalan təşkilatın yazılı razılığı alınıbmı?
4. “Training Plus” MMC-yə ödənilən 300 min manat əsas müqavilədə nəzərdə tutulan konkret hansı iş və ya xidmətin icrasına görədir?
5. Bu xidmətlərin dəyəri əsas təchizatçının ilkin qiymət təklifinə daxil edilibmi?
6. “Training Plus” MMC-nin texniki imkanları, təlimçi heyəti və resursları 300 min manatlıq bu həcmdə xidməti göstərməyə kifayət edirdimi?
Nağdlaşdırma nə vaxt pul yuyulması şübhəsi yaradır?
Şirkətin hesabından pul çıxarılması öz-özlüyündə cinayət və ya pul yuyulması demək deyil. Lakin xidmətin faktiki göstərilmədiyi, sənədlərin saxtalaşdırıldığı, qiymətin şişirdildiyi və vəsaitin sonradan vəzifəli və ya əlaqəli şəxslərə qaytarıldığı müəyyən edilərsə, bu əməliyyatlar mənimsəmə, korrupsiya və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması şübhəsi yaradır.
Suallarımız sadədir, sənədləri göstərin. Əgər göstərə bilmirsinizsə, bu sualların cavabını biz araşdırmağa davam edəcəyik.
Yenə də Elnur Əliyev…
Elm və Təhsil Nazirliyində şəffaflığı şübhə doğuran o qədər layihələr var ki, təkcə bu araşdırma ilə kifayətlənmirik. Məsələn, reyestr məlumatlarına görə, Elnur Qəzənfər oğlu Əliyevin təsisçisi olduğu “Peşəkar Təlim və İnkişaf Mərkəzi Əlavə Təhsil Müəssisəsi” MMC (VÖEN: 1802977201) 21 aprel 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manat, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 64, qanuni təmsilçisi isə Mehtiyev Nəcməddin Saday oğlu kimi göstərilir. Reyestr məlumatlarında şirkətə 2016-2024-cü illərdə vergi hesabatlarının vaxtında təqdim edilməməsi ilə bağlı dəfələrlə maliyyə sanksiyası tətbiq edildiyi də qeyd olunur.
“Milyonerlər məhəlləsi”ndə yeyilən milyonlar
Araşdırdığımız digər şirkətlər sırasında “Edupark” MMC (VÖEN: 2004997201) və “Innovatıve Business Pruducts” MMC (VÖEN: 1002491601) də var. Bu şirkətlərin Elm və Təhsil Nazirliyinin müxtəlif strukturları ilə xidmət və sifarişlər üzrə münasibətləri ayrıca araşdırma mövzusudur.
Eyni zamanda, Təhsil İnstitutunun tabeliyində olan Təhsil Texnologiyaları Mərkəzi (VÖEN: 2000489501) ilə bağlı da ciddi suallar mövcuddur. Mərkəzin rəhbəri Emin İbrahimov və onun nazirliyin müxtəlif strukturları ilə əlaqələri, eləcə də STEAM, icma əsaslı məktəbəqədər təhsil və peşə təmayüllü siniflər layihələri çərçivəsində dövlət vəsaitlərinin necə xərcləndiyi də ayrıca araşdırma mövzusudur.
Bu sualların cavablarını sənədlər üzərindən axtaracağıq. Növbəti araşdırmalarımızda həmin vəsaitlərin hansı şirkətlərə, hansı əsaslarla və hansı şəxslərin iştirakı ilə yönəldildiyini konkret faktlarla təqdim edəcəyik.
Müəllif: Samir Feyruzov
"DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44
Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02
"2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00
Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37
Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34
"Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14
Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11
"Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52
Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42
Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24
Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib - KİV
Bu gün, 06:18
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru