Avropa İttifaqı (Aİ) Ukraynaya nə qədər lazımdırsa siyasi, maliyyə, humanitar, hərbi və diplomatik dəstək göstərməkdə davam edəcək.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Kiyevdə Ukraynanın müstəqilliyinin 35-ci ildönümü mərasimində çıxış edərkən bildirib.
"Biz nə qədər lazımdırsa və nə qədər müddətə lazımdırsa dəstək göstərməkdə davam edəcəyik", - Koşta deyib.
Onun sözlərinə görə, Moskva hərbi əməliyyatları dayandırmayana və sülhə həqiqi sadiqliyini nümayiş etdirməyənə qədər, Aİ Rusiyaya təzyiqləri artıracaq.
O, həmçinin Ukraynanın Aİ-yə daxil olmasını dəstəklədiyini təsdiqləyərək, onun gələcək üzvlüyünü həm ölkənin özü, həm də bütövlükdə Avropa üçün "təhlükəsizliyin və uzunmüddətli demokratik sabitliyin ən yaxşı təminatı" adlandırıb.
"Rusiya qalib gəlməyəcək", - Koşta bəyan edib.









