Tanınmış jurnalist Günay Novruzqızına “Azərsun Holdinq”də vəzifə verilib.
"Bakupost"un məlumatına görə, o, qurumun Xarici Kommunikasiya şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, G. Novruzqızı daha əvvəl “Lider” və “Xəzər TV”də aparıcı, “Park Bulvar” Ticarət Mərkəzində mətbuat xidmətinin rəhbəri, Aqrar Sığorta Fondunda mətbuat katibi, eləcə də “Bazarstore” MMC-də PR və marketinq meneceri kimi çalışıb.






