"Şikayətim AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidəndir. 500 nömrəli avtobus 80 qəpikdən insan daşıyır amma 90% avtobuslarda ya konsidioner işləmir ya da boş boş isti hava vurur..." "DİA-AZ" xəbər verir ki, bu barədə Heydar Rza adlı sosial şəbəkə istifadəçisi öz hesabında gileyini ictimailəşdirib.
Narazı vətəndaş daha sonra bildirir: "İnsanların həyatına qənim kəsilmisiniz? Qocası var yaşlısı var ürəyi zəif olan var. İçəridəki temperatur göstəricisi 35 dərəcə göstərir. Camaat tər su içində evinə gedir. Dəfələrlər qaynar xəttə yığıb məlumat vermişəm bir tədbir görən yoxdur. Belə özbaşınalıq olar? Hara şikayət edək? Prezident aparatına? Bu qədər vətəndaşa qarşı laqeydlik olmaz axı..."






