ASAN xidmət adı altında PUL TƏLƏSİ? .....                     Xidmət haqqı tutulur, xidmət yoxdur! .....                     Gedişin ədəbi versiyası .....                     Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... .....                     "İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" .....                     Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... .....                     Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... .....                     Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? .....                     ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq .....                     AQTA rəsmən BAHALAŞMAya səbəb olur .....                     AHİK şefi ilə bağlı ŞOK İDDİA .....                     Rusların SOCAR HƏMLƏSİ .....                     Fermerlərə problem yaşadan başçı... .....                     "Əgər həftəiçi 5 gün veriliş aparacağamsa... .....                     ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır .....                     Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı .....                     Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm .....                     LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? .....                     Restoran müdiri Niyama ev hədiyyə etdi .....                     Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... .....                     Şuşadan qaçan Ohanyan: .....                     “Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” .....                     Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq .....                     Doğumla ölümün bərabərləşəcəyini deyən alim: .....                     Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu .....                     ATU 59 min manata nələr almağı planlaşdırır? .....                     “Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını .....                     Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib .....                     İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI .....                     İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi .....                     "Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" .....                     Siyasi tamaşa: .....                     Separatçılar özlərinə “spiker” axtarır .....                     Paşinyan Rusiyadan əliboş döndü: .....                     Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib .....                     “Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub .....                     “Türkiyədə qayda-qanun var, bizdə isə...” .....                     Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü .....                     YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... .....                     “Çiməndə qəfil sel aparıb” .....                 

Rusların SOCAR HƏMLƏSİ - NƏ ETMƏLİ?
Tarix: Bu gün, 05:42 | Çap et

Rusiya hərbçilərinin Ukraynanın Nikolayev vilayətində SOCAR-ın yanacaqdoldurma məntəqəsinə dronlarla zərbə endirməsini təsadüfi hadisə və ya müharibənin qaçılmaz fəsadları kimi qiymətləndirmək olmaz. Söhbət Moskvanın Ukraynada Azərbaycanın iqtisadi mövqelərini sarsıtmağa yönəlmiş düşünülmüş strategiyasından gedir. Bunun məqsədli xarakter daşıdığını 2025-ci ilin avqustunda Odessa yaxınlığında Azərbaycan qazının nəqlində mühüm həlqə olan qaz kompressor stansiyasına dəfələrlə zərbə endirilməsi də təsdiqləyir. Hədəf kimi dövlət şirkətinə məxsus mülki obyektlərin, hətta Kiyevdəki diplomatik nümayəndəliyin seçilməsi onu göstərir ki, Rusiya artıq hərbi hədəflərlə Azərbaycanın suveren aktivləri arasında fərq qoymur.

Görünür, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov məhz buna görə iyulun 6-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

Azərbaycan tərəfi Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatı ilə həyata keçirilmiş hücumla bağlı qəti etirazını bildirib və Rusiya tərəfinə müvafiq nota təqdim edib.

Qeyd olunub ki, pilotsuz uçuş aparatı ilə həyata keçirilən bu hücum ilk belə hadisə deyil. Ukrayna ərazisində SOCAR-a məxsus obyektlər, o cümlədən Odessadakı qaz kompressor stansiyası və neft bazası bundan əvvəl də hərbi zərbələrə və döyüş əməliyyatlarının digər dağıdıcı nəticələrinə məruz qalıb. Nəticədə şirkətə xeyli maddi ziyan dəyib, əməkdaşları arasında isə xəsarət alanlar olub.

Vurğulanıb ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu cür hadisələrin davam etməsi onların məqsədyönlü xarakter daşıdığını göstərir.

Görüş zamanı, həmçinin Azərbaycan Respublikasının Kiyevdəki səfirliyinin və Xarkov şəhərindəki fəxri konsulluğunun binalarına ziyan dəyməsi ilə nəticələnən bir neçə hava zərbəsi də xatırlanıb. Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası və Konsulluq Əlaqələri haqqında Vyana Konvensiyası ilə müəyyən edilmiş öhdəliklərə uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin toxunulmazlığının ciddi şəkildə təmin edilməsinin zəruriliyi vurğulanıb.

XİN-in məlumatında bildirilir ki, Rusiya tərəfi sadalanan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş insidentlərlə bağlı müvafiq izahat verməyə, həmçinin mülki obyektlərin, diplomatik və konsulluq nümayəndəliklərinin müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etməyə çağırılıb.

Qeyd etmək lazımdır ki, SOCAR sadəcə biznes qurumu deyil, Bakının regionun enerji müstəqilliyinin təmin edilməsində əsas alətlərindən biridir. Trans-Balkan marşrutunun inkişafı Ukrayna və Avropaya Rusiyanın qaz inhisarından uzaqlaşmaq imkanı yaradır ki, bu da Kremldə ciddi narahatlıq doğurur. İnfrastruktur obyektlərinə endirilən zərbələr Moskvanın Bakıya maliyyə və reputasiya zərəri vurmaq, Avropanın enerji bazarındakı təsir rıçaqlarını qoruyub saxlamaq və Azərbaycanın müstəqil xarici siyasət kursundan narazılığını nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir.

Bu addımlar sərt siyasi siqnaldır: Moskva beynəlxalq hüququn normalarına məhəl qoymadan, çoxşaxəli siyasət yürüdən və suverenliyini möhkəmləndirən dövlətləri “cəzalandırmağa” hazır olduğunu nümayiş etdirir. Bu cür aqressiv davranış ölkələr arasında dostluq və tərəfdaşlıq haqqında indiyədək verilmiş bütün bəyanatları faktiki olaraq mənasızlaşdırır. Kreml praqmatizmi açıq şantaj və güc təzyiqi ilə əvəz edərək Azərbaycanın maraqlarına tam etinasız yanaşdığını nümayiş etdirir.

Baş verənlərin fonunda cavab tələb edən mühüm suallar ortaya çıxır. Moskvanın bu aqressiv siyasətindən rəsmi Bakı hansı nəticələri çıxarmalıdır? Azərbaycan belə təzyiq şəraitində xaricdəki aktivlərinin və milli maraqlarının müdafiəsini necə təmin edə bilər?

Tanınmış ukraynalı jurnalist və bloqer Roman Tsımbalyuk yaranmış vəziyyətlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

Mənim üçün aydındır ki, Putinin başçılıq etdiyi hərbi xunta əlinin çata bildiyi bütün regionlarda Ukraynanın enerji infrastrukturunu tamamilə məhv etmək niyyətindədir. Mən hesab etmirəm ki, onlar yalnız SOCAR şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini hədəfə alırlar. Son aylarda Sumı, Xarkov, Zaporojye və Xerson vilayətlərində müxtəlif şəbəkələrə məxsus 200-dən çox yanacaqdoldurma məntəqəsi yandırılıb. Bu, onların ümumi siyasətidir.

Bununla belə, Azərbaycana haqqını verməliyəm. Azərbaycan belə hərəkətlərin yolverilməz olduğunu rəsmi səviyyədə bəyan etməkdən və öz mülkiyyətinin məhv edilməsinə görə məsuliyyətin birbaşa Rusiyanın üzərinə düşdüyünü bildirməkdən çəkinməyən yeganə ölkədir. Əminəm ki, Ukraynada Azərbaycana məxsus yanacaqdoldurma məntəqələrinin, stansiyaların və neft bazalarının yandırılması faktı gec-tez məhkəmə instansiyalarında araşdırılacaq.

Fikrimcə, Azərbaycan Avropanın enerji bazarında çoxdan Rusiyanın ən ciddi rəqiblərdən birinə çevrilib. Bu müharibədə Azərbaycana məxsus aktivlər Moskva üçün ikinci dərəcəli hədəflər kimi görünə bilər, amma onların ümumi strategiyası aydındır: Ukraynanı məhv etmək, Azərbaycanı isə özünə tabe etdirmək. Əminəm ki, indiki şəraitdə vəziyyəti təkcə bəyanatlarla və ya səfirlərin Xarici İşlər Nazirliyinə çağırılması ilə dəyişmək mümkün deyil”, – şərhçi bildirib.

Onun sözlərinə görə, müharibə gedirsə, buna hərbi vasitələrlə cavab verilməlidir.

Fikrimcə, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi prinsipial əhəmiyyət daşıyır. Lakin bu, müdafiənin yalnız son mərhələsidir. Vəziyyəti həqiqətən dəyişmək üçün raket daşıyıcılarını, Rusiyanın taktiki aviasiyasını və silah istehsal olunan zavodları məhv etmək lazımdır. Beynəlxalq hüquqa istinad etməklə Putini nəyəsə inandırmağa çalışmaq faydasızdır.

Biz, ukraynalılar, SOCAR-ı səmimi qəlbdən sevirik – həm yüksək xidmət keyfiyyətinə, həm də Azərbaycan dövlətinin müharibə şəraitinə baxmayaraq burada fəaliyyətini davam etdirməsinə görə. Hətta mənim Rovno şəhərinin dairəvi avtomobil yolunda sevdiyim SOCAR yanacaqdoldurma məntəqələri də var. Başa düşürük, bütün obyektlərin zərər gördüyü, yalnız SOCAR-ın aktivlərinin toxunulmaz qaldığı şərait yaratmaq mümkün deyil. Ya hər şey zərbə altında olacaq, ya da biz beynəlxalq təzyiq və güc vasitəsilə rusları geri çəkilməyə məcbur edəcəyik. Qeyd etmək istəyirəm ki, biz, Azərbaycana məxsus aktivlərin məhv edilməsinin qisasını Omskda yaxşı almışıq və bunu bundan sonra da etməyi planlaşdırırıq.

Amma təəssüf ki, son nəticədə burada müzakirə ediləcək xüsusi bir şey yoxdur: qarşı tərəf sadəcə hər şeyi məhv etmək istəyir”, – Tsımbalyuk yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
Bu gün, 07:05
Xidmət haqqı tutulur, xidmət yoxdur! - ƏSL BAZARDIR!
Bu gün, 06:58
Gedişin ədəbi versiyası - Gec-tez o mina partlayacaq...
Bu gün, 06:51
Ukrayna Rusiyaya elə bir zərbə vurur ki... - SƏSİ HƏLƏ ÇOX ÇIXACAQ...
Bu gün, 06:47
"İnsanların aldığı ən ağır zərbələrin çoxu yadlardan deyil" - Nura Suri
Bu gün, 06:35
Ermənilərin absurd NAXÇIVAN TƏRANƏLƏRİ... - "O qədər mənasız və sarsaq fikirdir ki..."
Bu gün, 06:29
Allahşükür Paşazadəni tənqid etmək asandır, AMMA... - İNCƏ NÜANS
Bu gün, 06:25
Əmrullayev cəza tədbirini NİYƏ YUBADIR? - ortada RƏSMİ İTTİHAM var...
Bu gün, 06:15
ABŞ-nin İrana yeni zərbələri daha genişmiqyaslı olacaq - "Reuters"
Bu gün, 06:01
AQTA rəsmən BAHALAŞMAya səbəb olur - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:50
AHİK şefi ilə bağlı ŞOK İDDİA - BU NƏDİ BELƏ?
Bu gün, 05:46
Rusların SOCAR HƏMLƏSİ - NƏ ETMƏLİ?
Bu gün, 05:42
Fermerlərə problem yaşadan başçı... - TENDER KEÇİRİR
Bu gün, 05:37
"Əgər həftəiçi 5 gün veriliş aparacağamsa... ...bu, digər işlərimə problem yaradacaq"
Bu gün, 05:32
ABŞ İranın hər hücumuna qarşı 20 hücumla cavab verməyə hazırdır - Tramp belə deyir...
Bu gün, 05:29
Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı - AKTUAL
Bu gün, 05:27
Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm - Tramp belə deyir...
Dünən, 17:35
LGBT ətrafında bitməyən müzakirələr: Qərb nəyi hədəfləyir? – Azərbaycan detalı
Dünən, 17:33
Restoran müdiri Niyama ev hədiyyə etdi - Saxta çıxdı
Dünən, 17:19
Milyonlar qazanan iki biznesmenin sonu: Biri özünü öldürdü, digəri... - TƏFƏRRÜAT
Dünən, 17:11
Şuşadan qaçan Ohanyan: - "İntiqam vaxtı gələcək"
Dünən, 17:08
“Eurohome”da mağazası yanan sahibkar: “Məni intihar həddinə çatdırıblar” - NARAZILIQ VAR...
Dünən, 16:56
Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq - 5 kq-lıq qızıl qalmaqalı
Dünən, 16:48
Doğumla ölümün bərabərləşəcəyini deyən alim: - "Milli Məclisə bizi çağırsınlar, deyək"
Dünən, 16:46
Restoranda müştərini döydü, amnistiyaya düşdü, zərərçəkmiş yenidən şikayətçi oldu - TƏFƏRRÜAT
Dünən, 16:41
ATU 59 min manata nələr almağı planlaşdırır?
Dünən, 16:33
“Stock Baku” QSC təsisçisi olduğu şirkətin kapitalını 2.4 milyon manat artırır
Dünən, 16:24
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib - AY, NƏ GÖZƏL...
Dünən, 16:21
İrandan növbəti Zəngəzur XƏBƏRDARLIĞI – Tehranın “sancısı” nə?!
Dünən, 16:07
İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi - “Mənə qarşı qanunsuzluq edilib”
Dünən, 16:03
"Evə usta çağıranda ona pul verirlər, aktyoru da efirə çağıranda ona qonorar ödəmək lazımdır" - Xalq artisti
Dünən, 15:45
Siyasi tamaşa: - Minalanan torpaq Azərbaycanda, maşın isə Ermənistanda
Dünən, 15:36
Separatçılar özlərinə “spiker” axtarır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:35
Paşinyan Rusiyadan əliboş döndü: - Həlledici “döyüş” başlayır
Dünən, 15:28
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Dünən, 15:24
“Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 15:21
“Türkiyədə qayda-qanun var, bizdə isə...” - Bələdiyyələrlə bağlı acı reallıq açıqlandı
Dünən, 15:16
Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü - DETALLAR
Dünən, 15:10
YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... - TƏFƏRRÜAT
Dünən, 15:01
“Çiməndə qəfil sel aparıb” – çayda batan Nüşrəvanın qardaşı elə şeylər danışdı ki...
Dünən, 14:59
İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" – NƏ ETMƏLİ?
Dünən, 14:55
Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI
Dünən, 14:51
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib
Dünən, 14:48
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Dünən, 14:39
Kənan Seyidova birinci müavin təyin edildi - ƏMR
Dünən, 14:36
"Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." -ŞİKAYƏT
Dünən, 14:33
Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib
Dünən, 14:28
Pit Heqset İsrailə səfərini ləğv edib
Dünən, 14:27
Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu
Dünən, 13:55
"Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." - ETİRAZ!
Dünən, 13:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru