Ukraynanın Rusiyanın yanacaq infrastrukturuna endirdiyi sistemli zərbələrin və görünən və gözlənilən mənzərənin bir də real çətin tərəflərinə baxaq.
Bu vaxta qədər Rusiya ölkə üzrə əsasən benzin qıtlığı yaşayıb. Hərbi maşınların, kınd təsərrüfatı və digər ağır texnikaların əsasən istifadə etdiyi dizel yanacağı sahəsində lokal məhdudiyyətlər xaric ölkə miqyaslı narahatedici bir qıtlıq yaşanmayıb. Bunun əsas səbəbi isə keyfiyyətli benzindən fərqli olaraq, dizeli Rusiya tələbatəndan ikiqat artıq istehsal edirdi və böyük ölçüdə ixrac edirdi. İxracı azaltmaqla və bu günlərdə tam dayandırmaqla qıtlığı bu günə qədər idarə etdi, ən azından strateji sahələrdə qıtlığın təsirini minimuma sala bildi.
Amma arıtq o ixrac buferini də istifadə edib. İndən sonra da hücumlar davam etsə vəziyyət mürəkkəbləşəcək. Üstəlik payızda kənd təsərrüfatı qışda isə ümumi ölkənin yanacaq tələbatı daha da artacaq.
Ukrayna Rusiyanın burnundan gətirəcək bu qışı. Məncə qışa qədər yanacaq infrastrukturunu tam yorandan sonra, qış qabağı Rusiyanın elektrik enerjisi infrastrukturunu hədəfə alacaqlar.
Müəllif: Cavid Qara - Mənbə: "DİA-AZ"








