Çin kapitallı “Huawei Technologies Azərbaycan” MMC-də rəhbəri dəyişdirilib.
Banker.az xəbər verir ki, Yang Tianxiao şirkətin direktoru təyin edilib.
O bu vəzifədə Xu Hui-ni əvəzləyib. Xu Hui 2021-ci ildən müvafiq vəzifədə çalışırdı.
“Huawei Technologies Azərbaycan” 2011-ci ildə yaradılıb və 300 min dollar nizamnamə kapitalına sahibdir. Şirkət Azərbaycanda işğaldan azad edilmiş ərazilərində “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi iştirak edir.








