2 il əvvəl yaranan şirkət AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb .....                     Tramp–Meloni gərginliyi böyüyür: .....                     Qurban Qurbanov Elvini bağışlayıb? .....                     Rəşad Dağlı həmin cinayətdən danışdı: .....                     “İt” yenə sərsəmlədi: .....                     “Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” .....                     Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim .....                     Krım xaos içində: .....                     "Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu .....                     Milyardlar ölkədən necə çıxarılır? .....                     Kremllə Pekin arasında sərin yellər əsir... .....                     Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı .....                     Qardaşının evinə qonaq getmişdi .....                     “2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” .....                     Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi .....                     Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu .....                     Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək .....                     Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi .....                     Orden qalmaqalı BÖYÜYÜR .....                     “Tacirə əsəbləşirəm, çox eqoist adamdır, .....                     Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? .....                     Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı .....                     “Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI .....                     Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi .....                     GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... .....                     “Huawei Azərbaycan”ın direktoru dəyişdirilib .....                     Molla rejimi süquta doğru .....                     Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal .....                     AYNA yollarda nişanlanma işlərinə .....                     “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb .....                     1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı .....                     Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur .....                     Deputat ATV-ni saxtakarlıqda .....                     “Ruslanın qisasını aldım” .....                     Moskva merinin "Telegram" kanalı ələ keçirildi .....                     Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, .....                     Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR .....                     AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq .....                     “Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı .....                 

Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? - TƏFƏRRÜAT
Tarix: Bu gün, 12:09 | Çap et

Amerikada tibb təhsili alan, gələcəkdə neyrocərrah olmaq istəyən azərbaycanlı tələbənin öz ölkəsinə gəlib həkim müşahidə etmək istəməsi Azərbaycan səhiyyəsi üçün problem yox, uğur kimi qəbul olunmalı idi”.

Gununsesi.infonun xəbərinə görə, bunu ABŞ-da yaşayan tanınmış telejurnalist Qənirə Ataşova oğlu Fərhad Anaroğlunun Respublika Neyrocərrahiyyə Xəstəxanasında həyata keçirilən cərrahi əməliyyatı işləməsinə imkan verilməməsi barədə olay haqqında yazıb.

Jurnalistin olayla bağlı qeydlərini təqdim edirik:

“Söhbət oğlum Fərhad Anaroğludan gedir. O, ABŞ-da, Virginia Universitetində tibb istiqamətində təhsil alan 4-cü kurs tələbəsidir. Uşaqlıqdan neyrocərrah olmaq arzusu ilə böyüyüb və bu sahəyə marağı Azərbaycanın tanınmış neyrocərrahı Ələsgər Həsrətovun peşəkarlığına olan böyük hörmətindən yaranıb.

Dünyada “shadowing” deyilən bir təcrübə var. Azərbaycan dilində buna həkimi müşahidə etmək deyilir. Tələbə həkimə müraciət edir, həkim razılıq verir və tələbə sadəcə prosesi kənardan izləyir. O, əməliyyata müdaxilə etmir, xəstəyə toxunmur, tibbi qərar vermir. Sadəcə müşahidə edərək öyrənir. Dünya təcrübəsində tibb tələbələri ixtisas seçməzdən əvvəl son qərarı vermək üçün peşəkar həkimlərin yanında izləyici rolunda yer alırlar.

Çünki, həkim YouTube-dan əməliyyat videosuna baxmaqla yetişmir. Həkim canlı tibbi mühiti görərək, təcrübəli həkimin qərarvermə prosesini izləyərək, əməliyyat otağının məsuliyyətini hiss edərək formalaşır.

Əməliyyat otağında olan hər kəs “əməliyyat edən şəxs” deyil. Orada tibb bacısı da olur, xəstəni gətirən də, aparan da, texniki heyət də, hətta cihazların tətbiqini izləyən firma işçiləridə. Bunların heç biri cərrah deyil. Müşahidəçi tələbəni “əməliyyatda iştirak edən şəxs” kimi təqdim etmək isə ya tibbi təhsilin mahiyyətini bilməməkdir, ya da məsələni məqsədli şəkildə təhrif edərək intriqa yaratmaqdır. Dünyada həkim praktikasını əldə etmək üçün sənədləşmə işində ən qəliz ölkə Amerika Birləşmiş Ştatlarıdır. Buna baxmayaraq, məhz müşahidəçi — “observership” və ya “job shadowing” olmaq üçün Amerikada belə təkcə həkimin icazəsi yetərlidir. O da Amerikaya giriş əldə etmək üçün viza sənədləri arasında olmalıdır.

Fərhad Azərbaycana məhz Ələsgər Həsrətovun təcrübəsini müşahidə etmək üçün getmişdi. O, Amerikaya qayıdanda professorlarına, tələbə yoldaşlarına Azərbaycanda gördüyü peşəkar tibbi təcrübədən danışacaqdı. Bu, tibb tələbəsi üçün vacib mərhələdir. Ələsgər həkimin gördüyü işlərdən, apardığı mürəkkəb əməliyyatlardan, ölkədə neyrocərrahiyyəyə verdiyi töhfələrdən danışacaqdı.

Amma təəssüf ki, bu gözəl hadisə xəstəxana daxilindəki xoşagəlməz intriqaların mövzusuna çevrildi. Görünən odur ki, Amerikadan gələn bir tələbənin məhz Ələsgər həkimi müşahidə etməsi bəzilərini narahat edib. Tələbənin öyrənmək arzusu dəstəklənmək əvəzinə, süni problem yaradaraq TƏBİB-ə xəbər veriblər ki, Fərhad əməliyyat edir.

Burada əsas sual budur: xaricdə oxuyan azərbaycanlı tələbə öz ölkəsinə gəlib sahəsinin ən güclü həkimlərindən birini müşahidə etmək istəyirsə, niyə bunun qarşısı alınmalıdır? Ələsgər həkim 15-dən çox peşəkar beyin cərrahı yetişdirib. Doğrusu, bu həkimin adını heç vaxt tərif alanlar siyahısında görməmisiniz. Çünki mütəxəssis yetişdirən və insanları xilas edən həkimə quyu qazanlar elə ətrafındadır.

Bir daha deyim ki, Ələsgər Həsrətov ölkədə mürəkkəb beyin əməliyyatlarını tətbiq edən, 10-dan artıq beyin əməliyyatını ölkəyə gətirən, minlərlə insana şəfa verən həkimdir. O, öz sahəsində ciddi imza qoyub. Belə bir həkimin yanında müşahidə aparmaq istəyən tələbəyə dəstək vermək əvəzinə, məsələni problem kimi təqdim etmək nə tibbə, nə təhsilə, nə də dövlət marağına xidmət edir.

Fərhad yenə də Amerikada Ələsgər həkimin peşəkarlığından danışacaq. Amma təəssüf ki, bu dəfə təkcə onun tibbi təcrübəsindən yox, həm də Azərbaycanda peşəkar həkimin ətrafında yaradılan maneələrdən danışmalı olacaq.

Bu hadisə yalnız bir tələbənin əməliyyat otağından uzaqlaşdırılması deyil. Bu, xaricdə oxuyan azərbaycanlı gənclərə, peşəkar həkimlərə və tibbi təhsilin mahiyyətinə münasibət məsələsidir.

Əgər biz xaricdə oxuyan gənclərimizin Azərbaycanla bağını qorumaq istəyiriksə, onların qarşısına süni maneələr çıxarmamalıyıq.

Bilikli, savadlı, Vətənə bağlı gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır və gənclərin qarşısında bütün imkanlar açıq olmalıdır. Bunu isə Prezident İlham Əliyev deyib. (Mənbə: İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışı: 05 dekabr 2019)”.

Qeyd edək ki, məsələ ilə bağlı TƏBİB jurnalistin sorğusuna cavab verib.

Ancaq bu cavab hadisənin mahiyyətindən daha çox rəsmi qaydalara istinadla ictimaiyyəti çaşdırmağa yönəlib.

Belə ki, TƏBİB cavabında iddia edib ki, guya Fərhad orada hər hansı bir əməliyyatda iştirak edib və bu qaydalara ziddir.

Xarici ölkələrin təhsil müəssisələrində təhsil alan tələbələrin Azərbaycanda təcrübə keçməsi isə müvafiq hüquqi əsaslar çərçivəsində rəsmiləşdirilməlidir. Belə hallarda təcrübənin təşkili ikitərəfli razılaşma əsasında həyata keçirilə bilər.

Sözügedən tələbənin Respublika Neyrocərrahiyyə Xəstəxanasında təcrübə keçməsi ilə bağlı müəssisə rəhbərliyinə edilən müraciət müəyyən olunmuş qaydalara uyğun gəlmədiyinə görə müsbət cavab verilməmişdir”.

Ataşova isə deyir ki, öyrənmək istəyən gəncin yolunu kəsmək yox, ona qapı açmaq lazımdır: “Öyrədənin isə əlundən öpmək lazımdır”.

Gununsesi.info-nun araşdırması zamanı isə məlum olub, adıçəkilən tibb müəssəsində baş verən bu olay daxili intirqalardan qaynaqlanır.

Belə ki, direktor Fərhad Həsənovun fəaliyyəti nəticəsində tibb müəssisəsində qarşıdurmalar, yuxarı orqanlara bir-birindən şikayətlər və sair olaylar yaşanır.

Sonuncu fakt isə dünya səviyyəli həkim Ələsgər Həsrətova qarşı yaranan qısqanclıqdan qaynaqlandığı sirr deyil.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2 il əvvəl yaranan şirkət AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb - AY MAŞALLAH...
Bu gün, 13:38
Tramp–Meloni gərginliyi böyüyür: - NATO və “foto qalmaqalı”
Bu gün, 13:35
Qurban Qurbanov Elvini bağışlayıb? - SƏN DEMƏ...
Bu gün, 13:15
Rəşad Dağlı həmin cinayətdən danışdı: - "Dedi ki..."
Bu gün, 13:13
“İt” yenə sərsəmlədi: - “3 milyon erməni Azərbaycana qayıtmalıdır”
Bu gün, 13:11
“Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” - Araz Musayev Elçin Quliyevə müraciət etdi
Bu gün, 13:09
Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim - TƏFƏRRÜAT
Bu gün, 13:06
Krım xaos içində: - Yarımadada turizm də dayandırıldı
Bu gün, 13:03
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu - BUNDAN SONRA...
Bu gün, 13:00
Milyardlar ölkədən necə çıxarılır? - AKTUAL
Bu gün, 12:56
Kremllə Pekin arasında sərin yellər əsir... - İNCƏLƏMƏ
Bu gün, 12:54
Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı – Həbsdən təcili xəstəxanaya aparıldı
Bu gün, 12:49
Qardaşının evinə qonaq getmişdi - 8-ci mərtəbədən yıxılıb öldü
Bu gün, 12:47
“2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” - GİLEY
Bu gün, 12:42
Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi - ƏMR
Bu gün, 12:40
Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 12:29
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Bu gün, 12:26
Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi - FOTO
Bu gün, 12:22
Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ
Bu gün, 12:20
“Tacirə əsəbləşirəm, çox eqoist adamdır, Kənan mənim ifama görə tanındı, utanmırsan xalqı aldadırsan?”
Bu gün, 12:16
Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? - TƏFƏRRÜAT
Bu gün, 12:09
Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı – QƏRAR
Bu gün, 12:01
“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI - NARAZILIQ VAR...
Bu gün, 11:59
Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi - BAZARI KİM QARIŞDIRIR?
Bu gün, 11:53
GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 11:42
“Huawei Azərbaycan”ın direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 11:27
Molla rejimi süquta doğru - İranın dağılması niyə qaçılmazdır?
Bu gün, 11:25
Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal – Bakıdan REAKSİYA
Bu gün, 11:22
AYNA yollarda nişanlanma işlərinə 29,4 milyon manat xərcləyəcək
Bu gün, 11:20
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Bu gün, 11:18
1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı
Bu gün, 10:59
Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur - FOTO
Bu gün, 10:56
Deputat ATV-ni saxtakarlıqda İTTİHAM ETDİ
Bu gün, 10:54
“Ruslanın qisasını aldım” - Orxan Hacıyevin qatilinə hökm oxundu
Bu gün, 10:47
Moskva merinin "Telegram" kanalı ələ keçirildi - "Moskva yanacaq" (FOTO)
Bu gün, 10:44
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Bu gün, 10:42
Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR - NARAZILIQ VAR...
Bu gün, 10:37
AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
“Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” - Xalq artisti
Bu gün, 10:26
İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı QƏRAR
Bu gün, 10:23
Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA
Bu gün, 10:20
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:13
Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… - KİV
Bu gün, 10:12
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub - FOTO
Bu gün, 10:09
1 qəpiyə yumurta alasan, o da xarab çıxa... - MALƏSƏF...
Bu gün, 10:01
Bu xanıma yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:58
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:56
Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... - Bütün bunları bir araşdıran olarsa...
Bu gün, 09:48
Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 09:25
“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” - UŞAKOV
Bu gün, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru