İqtisadiyyat.az xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi satınalma müsabiqəsi yekunlaşıb.
Nişanlanma işlərinin həyata keçirilməsi üçün “Sumqayıt Texnologiyalar Parkı”nın tabeliyindəki “STP-Btech” şirkəti 29.4 milyon manat ödəniş təklif edib.
Hazırda təklif dəyərləndirilmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.
Xatırladaq ki, AYNA ötən il respublika ərazisində - magistral yollarda xətlənmə işlərinə 11 milyon 465 min manat, nişanlanma işlərinə isə 33 milyon 549 min manat (ümumilikdə 45 milyon manat) vəsait sərf edib.








