Əsas Səhifə > Ana xəbər / Güney Press > “Huawei Azərbaycan”ın direktoru dəyişdirilib
“Huawei Azərbaycan”ın direktoru dəyişdirilibBu gün, 11:27 |
|
Çin kapitallı “Huawei Technologies Azərbaycan” MMC-də rəhbəri dəyişdirilib. Banker.az xəbər verir ki, Yang Tianxiao şirkətin direktoru təyin edilib.O bu vəzifədə Xu Hui-ni əvəzləyib. Xu Hui 2021-ci ildən müvafiq vəzifədə çalışırdı. “Huawei Technologies Azərbaycan” 2011-ci ildə yaradılıb və 300 min dollar nizamnamə kapitalına sahibdir. Şirkət Azərbaycanda işğaldan azad edilmiş ərazilərində “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının təchizatçısı kimi iştirak edir. Geri qayıt |