Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan dünən İstintaq Komitəsi tərəfindən dindirilib.
Axar.az xəbər verir ki, bunu Çarukyanın vəkili Emin Xaçatryan deyib.
O bildirib ki, Çarukyana qarşı cinayət işi 2019-cu ildə açılıb, lakin özü dünənə qədər bundan xəbərsiz olub:
“Bir gün əvvəl Mərkəzi Seçki Komissiyasının razılığı olmadan Çarukyana qarşı cinayət işi başlanıb və ölkədən çıxış qadağası qoyulub. Prokurorluq əvvəlcə Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlamalı idi, çünki Qagik Çarukyan parlamentə namizəddir və buna görə də toxunulmazlığa malikdir”.
Qeyd edək ki, ötən gün Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Çarukyan ölkədən çıxarkən saxlanılıb. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin 2-ci bəndi (xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma) ilə cinayət işi başlanıb.








