“Ermənistan Baş naziri Nikol Paşinyandan əvvəl sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Alxas Qazaryan jurnalistlərin Nikol Paşinyan hökumətinin Qarabağı Azərbaycana təhvil verməsi ilə bağlı suallarını cavablandırarkən deyib.
“Keçmiş prezidentlərin heç biri Qarabağın “müstəqilliyini” tanımayıb, əksinə, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”, - o bildirib.









